Icma.az
close
up
RU
İdarəetmədə ciddi dəyişikliklər Geniş islahatlar başlayır

İdarəetmədə ciddi dəyişikliklər Geniş islahatlar başlayır

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Azərbaycanda xeyli vaxtdır dövlət idarəçiliyinin təkmilləşdirilməsi, beynəlxalq təcrübəyə əsaslanan və müasir çağırışlara cavab verən idarəetmə sisteminin yaradılması istiqamətində islahatlar aparılır. Bu islahatların məqsədi daha çevik, şəffaf və səmərəli idarəetmə aparatının yaradılmasıdır.

Strateji uğurların davamlılığını təmin etmək paralel strukturların, səmərəliliyi aşağı səviyyədə olan qurumların və kifayət qədər çevik fəaliyyət mexanizminə malik olmayan təşkilatların idarəetmə vahidi kimi əvəzlənməsini tələb edir. Bütün bunların reallaşması üçün isə sistemli islahatların davam etdiriləcəyi gözlənilir.

Ölkədə bir sıra mühüm postlara təyinatların aparılmamasının da gözlənilən islahatlarla bağlı olduğu bildirilir. Məsələn, xeyli vaxtır ki, Ekologiya və Təbii Sərvətlər naziri postu boşdur. Eynilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının 3 müavini, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı və s. postlara yeni təyinatlar verilməyib. Bunun səbəbinin həmin postlara uyğun kadrların tapılmaması ilə deyil, gözlənilən idarəetmə islahatları ilə əlaqəli olduğu bildirilir.

Bakupost.az-ın əldə etdiyi məlumata görə, yaxın vaxtlarda ölkədə nazirlik, komitə və icra hakimiyyəti orqanlarını əhatə edəcək ciddi struktur və kadr dəyişiklikləri aparılacaq. Bu dəyişikliklər nəticəsində bir sıra qurumlar ləğv ediləcək, bəzi idarəetmə orqanları mərkəzləşdiriləcək, habelə bir sıra komitə və nazirliklər digərləri ilə birləşdiriləcək.

Məlumatda o da qeyd olunur ki, məsələ ilə bağlı uzun müddət hakimiyyət daxilində aparılan müzakirələr artıq başa çatıb. Aparılacaq islahatlarla bağlı təkliflər ümumiləşdirilərək sənəd halına gətirilib. Yaxın vaxtlarda dövlət başçısının idarəetmə aparatında struktur və kadr dəyişiklikləri ilə bağlı müvafiq fərman və sərəncamlar imzalayacağı bildirilir.


Azər,
BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 01 Oktyabr 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see368

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see353

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see312

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see278

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see261

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see228

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see218

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see215

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see213

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see199

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see193

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see183

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see182

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see181

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see181

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see177

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see176

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see176

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri