Icma.az
close
up
RU
İdarəetmədə rəqəmsallaşma erası

İdarəetmədə rəqəmsallaşma erası

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

“Elektron hökumət” nəzarəti ələ alır

Son illərdə Azərbaycanda iqtisadiyyatın neft sektorundan asılılığının azaldılması istiqamətində atılan addımlar ölkəmizin innovativ iqtisadiyyat modelinə keçid prosesini sürətləndirib. Bu kontekstdə rəqəmsal ixrac, yəni proqram təminatı, rəqəmsal platformalar və IT xidmətlərinin xarici bazarlara çıxarılması  Azərbaycanın beynəlxalq texnologiya bazarında müsbət imicinin formalaşması baxımından əhəmiyyətli üstünlüklər yaradır.

2023-cü ildə Azərbaycanın IT sektorunun ixrac həcmində əhəmiyyətli artım qeydə alınıb. Xüsusilə proqram təminatı sahəsində startapların və mütəxəssislərin xarici bazarlara çıxması stimullaşdırılıb. Bu artımı təşviq edən əsas amillər sırasında  startap ekosisteminin fəaliyyətinin gerçəkləşdirilməsi, texnoparklar və inkubasiya mərkəzlərinin yaradılması, “Made in Azerbaijan” brendinin IT sahəsində tanıdılması, rəqəmsal bacarıqların artırılmasına dair milli proqramların hazırlanması kimi məsələlər xüsusi yer alıb.  

Hazırda elektron hökumət və dövlət sektorunun transformasiyası kimi məsələlərə böyük əhəmiyyət verilir. Azərbaycanda elektron hökumət sistemi davamlı olaraq təkmilləşdirilir. “myGov”, “e-gov”, “ASAN Xidmət”  kimi platformalar şəffaflıq, operativlik və şəxsi məlumatların qorunması baxımından ölkənin texnoloji imicini formalaşdırır. Eyni zamanda, rəqəmsal transformasiya strategiyasına uyğun olaraq bütün dövlət qurumları bulud texnologiyalarına keçilir. “Smart City”, “Smart Village” layihələrinin icrası diqqətdə saxlanılır. Vahid məlumat bazalarının inteqrasiyası aparılır. Startapların maliyyələşdirilməsi, ideyadan bazara çıxarılması prosesində inkubasiya və akselerasiya proqramlarının rolu yüksəlir. 

Yeri gəlmişkən, yuxarıda diqqətə çatdırdığımız istiqamətdə ­“INNOLAND”, “SABAH.Hub”  kimi mərkəzlərin  fəaliyyəti getdikcə canlandırılır. Nəqliyyat, Rəqəmsal İnkişaf və Rabitə Nazirliyi tərəfindən qrant proqramları təqdim olunur. Bununla bağlı BMT və beynəlxalq təşkilatlarlə birgə layihələr uğurla həyata keçirilir.

Xatırladaq ki, 2024-çü ildə Azərbaycanda “2025-2028-ci illər üçün süni intellekt Strategiyası” qəbul edilib. Bu strategiya ilə ölkəmizin elmi-tədqiqat, sənaye və sosial sahələrdə rəqəmsal texnologiyaların tətbiqetmə qabiliyyətini artırmaq üzrə yol xəritəsi müəyyənləşdirilib. Prezident İlham Əliyev bu il martın 19-da müvafiq sərəncamla həmin  Strategiyanı təsdiqləyib. 

Sərəncamın imzalanmasında məqsəd Azərbaycanda süni intellektin inkişafını sürətləndirmək, bu sahədə tədqiqatların aparılmasını təşviq etmək, süni intellekt üzrə informasiya texnologiyalarının və onların idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsini, infrastrukturunun əlçatanlığını gerçəkləşdirmək, habelə ixtisaslı kadr potensialını gücləndirmək olub. 

Burada bir məqamı da xüsusi vurğulamaq istərdim. Belə ki, Azərbaycanda  süni intellektin inkişafına belə həssas münasibət təsadüfi deyil. Çünki Prezident İlham Əliyev tərəfindən informasiya-kommunikasiya texnologiyaları neft sənayesindən sonra prioritet sahə elan edilib, eləcə də, “qara qızıl”ın “insan kapitalı”na çevrilməsi devizi irəli sürülüb. 

Belə bir yanaşma isə texnologiya, innovasiyaya, intellektual insan kapitalına əsaslanan iqtisadiyyatın inkişaf etdirilməsi deməkdir. Süni intellekt isə bu sahədə bir katalizator rolunu oynayır. Başqa sözlə, rəqəmsal iqtisadiyyatın inkişafı, sənayedə, kənd təsərrüfatında məhsuldarlığın artırılması, enerji səmərəliliyi baxımından bu texnologiya böyük potensiala malikdir. Bu sənədi qəbul etməklə Azərbaycan dövləti həmin potensialı reallaşdırmaq əzmində olduğunu nümayiş etdirir.  

Prezident İlham Əliyevin tapşırığı ilə ölkədə rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi, eləcə də müasir texnoloji sahələri dəstəkləyən rəqəmsal cəmiyyətin inkişafı sahəsində aparılan islahatlar ölkəmizin dünya dövlətləri arasında mövqeyini getdikcə yüksəldib. Bundan başqa, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və   “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” kimi sənədlərdə iqtisadiyyatın və cəmiyyətin rəqəmsal transformasiyası istiqamətində müəyyən layihələrin həyata keçirilməsi qarşıya  mühüm vəzifələr kimi qoyulub. 

Rəqəmsal hökumətin ən mühüm komponentlərindən biri  dövlət qurumları arasında məlumat mübadiləsini gücləndirən “Rəqəmsal körpü” layihəsidir: Hazırda rəqəmsal transformasiyanı daha da sürətləndirmək üçün bu sistemdə təkmilləşdirmələr həyata keçirilir. Bu cür layihələrin davamlı olacağı nəzərdə tutulur.  

Rəqəmsal sənəd dövriyyəsi Azərbaycanda sənədsiz idarəetməyə doğru daha bir addımdır.  Çünki  ölkəmiz COP29-a evsahibliyi missisiyasını öz üzərinə götürməklə davamlı, innovativ təcrübələrə üstünlük verir. Bu kontekstdə rəqəmsal sənəd dövriyyəsi sistemi sayəsində hər ay 500 min vərəqdən çox kağıza qənaət edilir. Yəni, bu, hər il 2 min ağac qənaətinə bərabərdir. Hazırda özəl sektorun da rəqəmsal sənəd dövriyyəsində aktiv iştirakı  təşviq edilir.  

Təbii ki, son illərdə Azərbaycan Dövlət Neft Şirkəti də qətiyyətlə, usanmadan innovasiyalara doğru uğurlu addımlar atıb. Şirkət  rəqəmsallaşmanın tətbiq dairəsini genişləndirmək məqsədilə  Azərbaycan İnvestisiya Şirkəti ilə saziş imzalayıb. Bu sazişlə Cəbrayıl rayonunda 240 MVt-lıq Günəş Elektrik Stansiyasının tikintisini nəzərdə tutan “Şəfəq” layihəsinin həyata keçirilməsini, “yaşıl” enerjinin Sənqəçal terminalına daxil edilməsini və Dövlət Neft Şirkətinin  bu layihə ilə regionda emissiyalarını 11 faiz azaltmasını şərtləndirən amillər sırasında rəqəmsallaşma önəmli ter tutub.  

Azərbaycanda transformasiya mühüm önəm daşıyır və sənaye transformasiyadan keçir. Geniş mənada hərtərəfli inkişafa, şaxələndirməyə ehtiyac var. Bu məsələdə ən mühüm amil IV sənaye inqilabıdır. İlkin olaraq strategiyada sənayenin transformasiyası ilə biznesin birləşdirilməsi nəzərdə tutulur. Burada da ən mühüm addımlarından biri hüquqi çərçivə ilə birliktə növbəti nəsil texnoloji mərkəzin yaradılmasıdır. Bu da, öz növbəsində, Türkiyədə təcrübəsi ilə səsləşir.  

Bundan başqa, hökumət Azərbaycan iqtisadiyyatında əlverişli mühit formalaşdırmağa çalışır. Bununla bağlı görülən işlər özündə startaplar üçün proseslərin sadələşdirilməsini ehtiva edir. Burada vergi imtiyazları, eləcə də əqli mülkiyyət hüquqlarının mühafizəsi həm yerli, həm də xarici investisiyaların cəlb edilməsinə töhfə verir. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:275
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 May 2025 06:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see557

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see209

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see204

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see190

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see179

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see177

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see177

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see175

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see172

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see172

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see168

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see167

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see166

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see166

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see166

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see165

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see165

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see165

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see162

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri