İddialı klubda qeyri müəyyənlik rəhbər şəxs komandadan getdi
Idmanxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ötən mövsüm Azərbaycan II Liqasında çempion olan “Şahdağ Qusar” klubunun direktoru Elçin Cananov tutduğu vəzifəsindən ayrılıb. Bu barədə bölgə təmsilçisinin sosial şəbəkə hesabından məlumat paylaşılıb.
Cananovun rəhbərliylə fikir ayrılığı səbəbindən komandadan getdiyi bildirilib. Direktorun vəzifəsindən ayrılmasının əsas səbəbi isə klubun sponsoru ilə bağlıdır. Belə ki, kluba himayəlik edən şirkət növbəti mövsüm üçün “Şahdağ Qusar”a yüksək büdcə ayırmaq niyyətində deyil.
Bu səbəbdən də klub daxilində qeyri-müəyyənlik hökm sürür. Mövcud vəziyyəti bir neçə dəfə rəhbərliyin diqqətinə çatdıran Cananov konkret cavab ala bilməyib. O, komandanın hazırlıqlar üçün gecikdiyini və yeni transferlərin edilməsinin vacibliyini vurğulayıb.
Ancaq klubun sponsoru bunlara məhəl qoymayıb və xüsusən də büdcə ilə bağlı qərarını dəyişməyib. İddialı olacağı gözlənən “Şahdağ Qusar”dakı bu bəlirsizlik komandanın direktorunun vəzifəsindən ayrılmağa vadar edib.
İdmanxeber.az
Baxış sayı:98
Bu xəbər 26 İyun 2025 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















