Icma.az
close
up
RU
IDEA Kür çayının Xəzər dənizinə birləşdiyi hissəsində ənənəvi təmizlik aksiyası keçirib

IDEA Kür çayının Xəzər dənizinə birləşdiyi hissəsində ənənəvi təmizlik aksiyası keçirib

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

IDEA İctimai Birliyi tərəfindən Kür çayının sahilində və Xəzər dənizinə birləşdiyi hissəsində ənənəvi təmizlik aksiyası təşkil edilib.

Oxu.Az xəbər verir ki, Neftçala rayonunun ərazisində keçirilən və 100-dən çox IDEA könüllüsünün iştirak etdiyi aksiyada sanitar normalara uyğun ləvazimatlar və xüsusi qayıqlar istifadə edilərək Kür çayı və onun sahilləri müxtəlif məişət tullantıları, balıqların kütləvi tələfinə səbəb olan sintetik balıqçılıq torları və balıqların təbii mühitdə inkişafının qarşısını alan, kustar üsulla hazırlanmış, istifadəsi qanunla qadağan edilmiş digər alətlərdən təmizlənib.

Bu cür alətlər və yığılan məişət tullantıları balıqların kürüləmə dövrünə təsadüf edən cari aylarda daha ciddi təhlükə yaradır. Balıqların çoxalmaq üçün çayın dənizlə qovuşduğu bu əraziyə toplandığı bir vaxtda həm onların tutulması, həm də kürüləmə üçün seçdikləri sahil və dayaz suların çirklənməsi Xəzərin gələcək bioresurslarına birbaşa zərbə vurur.

Həyata keçirilən tədbirlər nəticəsində 2.5 tondan çox tullantı toplanaraq Neftçala rayonunun tullantılar poliqonuna təhvil verilib. Aksiya zamanı, həmçinin yerli sakinlərə çayın tullantılarla çirkləndirilməsi və zərərli balıqçılıq alətlərindən istifadənin Xəzər dənizi və Kür çayının ətraf mühitinə, eləcə də faunasına mənfi təsirləri barədə məlumat verilib.

IDEA İctimai Birliyi verilən texniki dəstəyə görə Dövlət Sərhəd Xidmətinə, eləcə də aksiyaya qoşulan bütün təbiətsevərlərə göstərdikləri fəallığa və sağlam ətraf mühit naminə verdikləri töhfəyə görə təşəkkürünü bildirir. IDEA hər kəsi təbiətin mühafizəsi təşəbbüslərinə həssas yanaşmağa, sahillərimizin təmizliyinə riayət etməyə və həyata keçirilən tədbirlərə könüllü qismində qoşulmağa çağırır.

IDEA könüllüsü olmaq üçün müraciət forması.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 May 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri