Icma.az
close
up
RU
İdeoloji şüarlardan sosial partlayışa KONKRET

İdeoloji şüarlardan sosial partlayışa KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İranda baş verən hadisələr spontan etirazlar deyil, onilliklər boyu yığılıb qalan sosial ədalətsizliyin, siyasi boğulmanın və iqtisadi talanın təbii nəticəsidir. Molla rejimi illərdir ölkəni ideoloji şüarlarla idarə edir, lakin bu şüarların arxasında xalq üçün nə rifah, nə təhlükəsizlik, nə də ləyaqət qalıb.

Bu gün İran cəmiyyətində müşahidə edilən dərin narazılığın əsas səbəblərindən biri SEPAH və ali dini-siyasi elitanın misilsiz varlanması, xalqın isə yoxsulluq içində yaşamasıdır. Neftdən, qazdan, strateji resurslardan əldə olunan milyardlarla vəsait xalqın həyatına deyil, rejimin qorunmasına, repressiya aparatının gücləndirilməsinə və xarici avantüralara sərf olunub. Nəticədə İran vətəndaşı inflyasiya, işsizlik, sosial təminatsızlıq və perspektivsizliklə üz-üzə qalıb.

Rejimin əsas dayaqlarından olan SEPAH artıq təhlükəsizlik qurumu yox, iqtisadi imperiyadır. Banklar, tikinti şirkətləri, limanlar, neft layihələri – hamısı bu qapalı hərbi-dini şəbəkənin nəzarətindədir. Xalq isə bu sistemdə yalnız vergi ödəyən, itaət edən və susan kütlə kimi nəzərdə tutulub. Etiraz edənlərə qarşı isə molla rejiminin dəyişməz “cavabı” var: güllə, zindan, işgəncə.

İran rejiminin qəddarlığı təsadüfi deyil, bu, sistemin öz mahiyyətidir. Çünki legitimliyi xalqdan deyil, zorakılıqdan alan rejim başqa cür mövcud ola bilməz. Qadınların, gənclərin, etnik və dini azlıqların hüquqları sistematik şəkildə tapdalanır. Rejim üçün “təhlükə” xarici düşmən yox, daxildə azadlıq istəyən öz vətəndaşıdır.

Bu mənzərədə İran prezidentinin real vəziyyəti ayrıca diqqətə layiqdir. Məsud Peşekianın (istər islahatçı, istər mülayim ritorikası ilə) xalqın etimadını qazanması faktı olsa da, İranda prezident institutunun formal xarakter daşıdığı artıq gizli deyil. Əsas qərarlar ali dini lider və ona bağlı strukturlar tərəfindən verilir. Prezidentin səlahiyyətləri məhduddur, məsuliyyəti isə sonsuzdur.

Məhz buna görə Peşekianın hadisələrdə “xarici əl axtarmağın mənasız olduğu”, problemlərin daxildən qaynaqlandığı barədə açıqlaması əslində rejimin öz daxilində belə etiraf edilmək məcburiyyətində qaldığı həqiqətdir. Bu etiraf göstərir ki, artıq ənənəvi “xarici düşmən” narrativi belə cəmiyyəti sakitləşdirmir.

İran molla rejiminin ən böyük cinayətlərindən biri də budur ki, daxili problemləri həll etmək əvəzinə illər boyu milyardlarla vəsaiti Yaxın Şərqdə proksi qruplara xərcləyib. Livan, Suriya, Yəmən, İraq – İran xalqının pulu bu ölkələrdə müharibələrə, xaosa və radikal şəbəkələrə axıdılıb. Paralel olaraq, xaricdə molla ideologiyasının təbliği üçün geniş media və dini təsir şəbəkəsi qurulub.

Bu siyasətin bir qolu da Azərbaycana yönəlib. SƏHƏR kanalı, dini-radikal təbliğat, ideoloji təsir cəhdləri illərdir davam edib. Lakin Azərbaycan dövləti və cəmiyyəti bu xəttin mahiyyətini anlayaraq onun qarşısını alıb. Çünki bu, nə din, nə mənəviyyat, nə də “qardaşlıq” idi – bu, başqa bir dövlətin ideoloji ekspansiyası idi.
Bu gün Azərbaycanda İran rejiminə simpatiya bəsləyənlər, Xomeyni bayrağı qaldıranlar, molla rejimini “ədalət nümunəsi” kimi təqdim edənlər üçün baş verənlər ciddi dərs olmalıdır. Öz xalqını bu qədər yoxsul, hüquqsuz və qorxu içində saxlayan bir rejimdən ədalət gözləmək sadəlövhlükdür. İranda baş verənlər o rejimin nə qədər çürük, riyakar və iflasa uğramış olduğunu açıq şəkildə göstərir.

Nəticə etibarilə, İranda yaşananlar nə “fitnə”, nə də “xarici plan”dır. Bu, molla rejiminin illərlə yığdığı problemlərin partlayışıdır. Xalqın səbr kasası dolub və artıq ideoloji şüarlarla bu reallığı ört-basdır etmək mümkün deyil. Tarix göstərir ki, xalqdan qopmuş, zorakılıq üzərində qurulmuş sistemlərin ömrü uzun olmur.
İran da bu tarixi qanunun istisnası deyil.

https://konkret.az/cloud/uploads/2026/01/-1.mp4

https://konkret.az/cloud/uploads/2026/01/_-.mp4

https://konkret.az/cloud/uploads/2026/01/-2.mp4

Ağagül Mürsəlov
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://konkret.az
archiveBu xəbər 03 Yanvar 2026 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri