Icma.az
close
up
RU
Şüarlardan mexanizmlərə: normallaşmada yeni mərhələ ŞƏRH

Şüarlardan mexanizmlərə: normallaşmada yeni mərhələ ŞƏRH

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Əbu-Dabidə Prezident İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan görüş Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması prosesində keyfiyyətcə yeni mərhələnin göstəricisi kimi qiymətləndirilməlidir. Bu, artıq “vasitəçilərin diktə etdiyi gündəm” yox, Azərbaycanın formalaşdırdığı regional reallıqlar üzərində qurulan ikitərəfli dialoq mərhələsidir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Tural İsmayılov Əbu-Dabidə Prezident İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdən danışarkən bildirdi.

O vurğuladı ki, Azərbaycan 2020-ci ildən sonra yaratdığı siyasi-hərbi status-kvonu diplomatik müstəvidə də institusionallaşdırır:

"Əbu-Dabi görüşü göstərdi ki, Bakı yalnız qalib tərəf kimi deyil, eyni zamanda regionda sabitliyin əsas memarı kimi çıxış edir. Sülh təşəbbüslərinin müəllifi və aparıcı tərəfi məhz Azərbaycandır. Ermənistan isə faktiki olaraq bu gündəmə uyğunlaşmaq məcburiyyətində qalıb. Görüşün əsas məqamı ondan ibarətdir ki, tərəflər artıq ümumi şüarlar yox, konkret istiqamətlər üzrə danışırlar: sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması, iqtisadi əməkdaşlıq və etimad quruculuğu mexanizmləri. Bu isə normallaşmanın praktiki fazaya keçdiyini göstərir".

Müsahibimiz əlavə etdi ki, Azərbaycanın mövqeyi dəyişməzdir və prinsipialdır:

"Sülh yalnız qarşılıqlı ərazi bütövlüyünün tanınması, Ermənistan Konstitusiyasındakı revanşist müddəaların aradan qaldırılması və regionda xarici hərbi-siyasi təsirlərin minimuma endirilməsi fonunda mümkündür. Prezident İlham Əliyev bu xətti ardıcıl və sistemli şəkildə aparır və nəticədə Ermənistan artıq manevr imkanlarını itirib və reallıqla barışmağa məcbur olub. Belə yüksək səviyyəli birbaşa təmasların davamlılığı real sülh sazişinə aparan prosesi sürətləndirə bilər".

Siyasi şərhçinin fikrincə, əsas məsələ görüşlərin sayı deyil, Ermənistanın öhdəlikləri yerinə yetirmə qabiliyyətidir.

"Azərbaycan artıq öz üzərinə düşəni edib: həm hərbi, həm diplomatik, həm də siyasi platformada regional sabitliyin əsas dayağına çevrilib.
Əbu-Dabi görüşü onu göstərir ki, Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturası məhz Bakının strateji baxışı əsasında formalaşır. Bu prosesdə Azərbaycan passiv iştirakçı deyil, oyun qurucudur. Ermənistan isə gec də olsa anlayır ki, Azərbaycanın diktə etdiyi sülh gündəmindən kənarda qalmaq onun üçün yalnız daha dərin təcrid deməkdir", - deyə Tural İsmayılov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:240
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Fevral 2026 20:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri