Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

Bir roman düşmənin ideoloji qalasını necə yıxdı? KONKRET

Bir roman düşmənin ideoloji qalasını necə yıxdı? KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Birbaşa mətləbə keçərək deyim ki, müharibə mövzusunda yazılmış əsərlər adətən iki təhlükə ilə üzləşir. Birinci təhlükə hadisələrin pafosun içində itib-batmasıdır. İkinci təhlükə isə insan talelərinin siyasi və ideoloji mübahisələrin kölgəsində qalmasıdır. Yazıçı Natiq Məmmədlinin yeni çap olunan “Biz, onlar və bizim dağlar” romanı məhz bu iki təhlükədən uzaq durmağa çalışan milli ədəbiyyatımızın azsaylı əsərləri cərgəsində dayanır.

Əsərdəki hadisələr İkinci Qarabağ müharibəsinin ən ağır döyüş istiqamətlərindən biri olan Suqovuşan və Talış ətrafında cərəyan edir. Roman real hadisələrdən qaynaqlansa da, müəllifin əsas marağı hərbi əməliyyatların xronikasını yaratmaq deyil. O, müharibənin insan psixologiyasında, vicdanında və seçimlərində yaratdığı sarsıntıları araşdırmağa çalışır.

Son illərdə müasir ədəbiyyatında müharibə haqqında ən uğurlu əsərlərin böyük hissəsi döyüşün özündən daha çox insanın daxili dünyasına diqqət yetirir. Bu mənada “Biz, onlar və bizim dağlar” da müasir müharibə romanının mühüm xüsusiyyətlərini daşıyır. Burada qəhrəmanlıq anlayışı yalnız silahlı mübarizə ilə məhdudlaşmır; insanlığını qorumaq, nifrətin hökm sürdüyü şəraitdə vicdanın səsini eşidə bilmək də mənəvi qəhrəmanlıq kimi təqdim olunur. Müəllifin qeyd etdiyi kimi “Bəli, biz bu müharibədə qalib gəldik – ən əhəmiyyətlisi budur ki, öz insanlığımızı, öz simamızı qoruyaraq qalib gəldik. Bu bizim üçün Vətən müharibəsi idi. Çünki tarixin məğlubiyyətlər zəncirini qırmaq, ədaləti bərpa etmək, Vətəni bütövləşdirmək istəyirdik. Məqsədimiz bizim dağların qarşısında alnıaçıq, üzüağ olmaq idi”.

Romanın ən diqqətçəkən və cəsarətli tərəfi onun polifonik, yəni çoxsəsli strukturundadır. Yazıçı hadisələrə yalnız bir pəncərədən baxmır; o, oxucunu həm “Biz”-in, həm də “Onlar”-ın dünyasına aparır. Səngərin digər tərəfində — bunkerdə çarəsizcə ölümünü gözləyən, illərdir onlara aşılanan yalan ideologiyanın qurbanı olmuş erməni əsgərlərinin (Hayk, Qaqik, Vartan və digərləri) qorxuları və daxili xaosu o qədər canlı təsvir olunub ki, düşmən obrazı quru bir hədəf olmaqdan çıxıb canlı, etiraf edən xarakterə çevrilir. Digər tərəfdə isə öz torpağında haqq savaşı aparan, lakin qəlbindəki mərhəməti itirməyən Azərbaycan əsgəri dayanır. Vüqar Ağayevin silahsız və zirehsiz şəkildə bunkerə girməsi, yaralı düşmən əsgərinə “Mən səni öldürmək istəmirəm” deməsi sadəcə bir hərbi epizod deyil. Bu, əsərin əsas fəlsəfəsini — “Live and Let Live” (Yaşa və qoy yaşasın) sloqanını doğuran, nifrətin üzərində qazanılmış mənəvi qələbənin rəmzidir. Azərbaycan hərbçisinin bu humanist obrazı, xalqımızın ruhunun bədii pasportu kimi oxucunun qəlbinə toxunur.

O məqam da diqqətimi çəkdi ki, müəllif romanda coğrafiyanı sadəcə bir fon kimi istifadə etmir, onu canlı bir obraza çevirir. “Bizim dağlar” ucalığın, tarixin və ədalətin simvoludursa, onun zirvəsini bürüyən duman müharibənin gətirdiyi qeyri-müəyyənliyi, xaosu və insanların psixoloji gərginliyini əks etdirir. Amma hər kəsin can atdığı, arzuladığı tək bir hədəf var: Qala. Qala romanda sadəcə azad olunmalı bir məntəqə deyil, o, mənəvi təmizlənmənin, milli qürurun bərpasının və müharibənin bəşəri mənada bitməsinin metaforasıdır. Qalanın azad olunması ilə sanki dağların üzərindəki o ağır duman çəkilir, yerini aydınlığa və sülhə verir.

… və romanın verdiyi əsas mesaj barədə. Məlumdur ki, erməni təbliğatının ən amansız silahı hər zaman rəmzlər olub. Onlar “Biz və bizim dağlar” abidəsi ilə coğrafiyanı millətçiliyə qurban vermişdilər. Yazıçı bu romanıilə düşmənin ən böyük rəmzini götürür, onun daxili strukturunu sökür və onu Azərbaycanın zəfər hekayəsinin elementinə çevirir. Adın daxilinə yerləşdirilən “Onlar” ifadəsi düşməni öz yalanı ilə üzbəüz qoyan bədii bir güzgüdür. Bu, sadəcə bir ad deyil; bu, düşmənin onilliklər boyu sığındığı ideoloji qalanın bədii dillə fəth edilməsidir. Müəllif o daş abidənin əlindən mənəvi mülkiyyət hüququnu alır və dağların əbədi sahibinin əslində kim olduğunu hamıya bəyan edir.

Fikir versəniz kitabın üz qabığında dağların zirvəsində nəbz xətti – kardioqram təsvir olunub. Yəni o dağlar erməni millətçiliyi üçün donmuş, daşlaşmış bir abidə idi, bizim üçün isə  Azərbaycanın ürəyinin ritmi ilə döyünən doğma varlıqlardır.

Ümumiyyətlə, Natiq Məmmədlinin romanını siyasi bəyanat kimi deyil, müharibənin insan üzərində qoyduğu izlər haqqında yazılmış ədəbi mətn kimi dəyərləndirmək daha doğru olar. Çünki əsərin mərkəzində duran əsas sual tərəflərin kimliyi deyil. Əsas sual budur: insan ən ağır sınaq anında öz vicdanını və insanlığını qoruya bilirmi?Romanın dəyəri də məhz bu sualın cavabını axtarmasında gizlənir.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://konkret.az
archiveBu xəbər 19 Oktyabr 2026 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see300

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see268

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see267

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see249

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see242

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see229

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see225

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see224

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see216

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see213

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see212

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see203

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see196

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see188

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see184

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see175

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see174

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see174

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

10 Noyabr 2026 05:25see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri