Icma.az
close
up
RU
İdeoloji təhlükəsizlik müstəvisində Azərbaycan gəncliyi

İdeoloji təhlükəsizlik müstəvisində Azərbaycan gəncliyi

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Türk dünyasının gələcəyi onların əlindədir

Türk dünyasının inteqrasiya prosesləri ideoloji və mənəvi müstəvidə dərin köklərə söykənir. Elə bu amili nəzərə aldıqda milli dəyərlər, gənclər siyasəti və ideoloji təhlükəsizlik məsələlərinin strateji xarakter daşıdığını söyləmək mümkündür. Günümüzün sürətlə dəyişən, hibrid təhdidlərin və qlobal informasiya müharibələrinin kəskinləşdiyi bir dövrdə milli özünüdərk və mənəvi dəyərlərə sadiqlik türk xalqlarının dövlətçilik sütunlarının toxunulmazlığını təmin edir. Milli-mənəvi dəyərlərin qorunması və gənc nəslə ötürülməsi isə ideoloji təhlükəsizliyin özəyini təşkil edir. İdeoloji təhlükəsizlik xarici təsir agentlərinə və ya dezinformasiya axınına qarşı inzibati tədbirlər görməklə bitmir, həm də cəmiyyətin, xüsusən gənclərin daxili immunitetini gücləndirməyi hədəfləyir. Çünki gənclərin milli prinsiplər, vətənpərvərlik və tarixi yaddaşa hörmət ruhunda tərbiyə olunması TDT-yə üzv ölkələrin ortaq gələcəyinin təminatıdır.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən sözügedən məsələyə toxunub. Ölkə başçısı qeyd edib ki, müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır. Onların əsas səylərini hələ formalaşmamış, formalaşma mərhələsində olan və manipulyasiya etməyin daha asan olduğu gənc nəslə yönəltdiklərini deyən dövlətimizin başçısı vurğulayıb: "Məhz buna görə deyirəm, bilirəm ki, ölkələrimizin hər birində fəal gənclər siyasəti həyata keçirilir. Lakin hesab edirəm ki, TDT çərçivəsində məhz gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik".

Ümumən, Azərbaycanda gənclər siyasətinin formalaşması və inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu öndər gəncliyi hər bir xalqın, dövlətin gələcəyi və intellektual potensialı kimi qiymətləndirirdi. Dahi rəhbərin rəhbərliyi ilə əsası qoyulmuş gənclər siyasəti yetişməkdə olan nəslin cəmiyyətin fəal üzvünə çevrilməsinə, onların bilik və bacarıqlarının ölkənin inkişafına yönəldilməsinə zəmin yaratdı. Həmin siyasətin məntiqi nəticəsidir ki, müasir Azərbaycan gəncliyi həm yerli, həm də beynəlxalq müstəvidə öz sözünü deməyə, dövlətin maraqlarını müdafiə etməyə qadirdir. 

II Qarabağ müharibəsində qazanılan tarixi qələbə də məhz illər boyu formalaşan vətənpərvər, milli ruhda böyüyən gəncliyin fədakarlığı və azadlıq əzmi sayəsində mümkün oldu. Şəxsi heyətin böyük əksəriyyətini təşkil edən gənclər ən müasir texnologiyaları, PUA-ları idarə etməkdən tutmuş, Şuşanın sıldırım qayalarını aşmağa qədər yüksək peşəkarlıq göstərdilər. On minlərlə gəncin könüllü şəkildə cəbhəyə axışması, minlərlə azadlıq fədaisinin gənc yaşda şəhadətə ucalması milli vətənpərvərliyin ən ali nümunəsi idi. Əsas məqam o idi ki, döyüş sadəcə səngərdə getmirdi. Xarici dilləri bilən, rəqəmsal dünyanı yaxşı mənimsəmiş gənclər sosial şəbəkələrdə, rəqəmsal platformalarda xaricdən gələn ideoloji təhdidlərin, Ermənistanın dezinformasiya hücumlarının qarşısını almaq üçün gecə-gündüz mübarizə aparır, tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırırdılar. Minlərlə gənc könüllü olaraq cəbhəyə yardım toplanmasında, şəhid və qazi ailələrinə dəstək göstərilməsində, sosial bütövlüyün qorunmasında ön sırada yer alırdı.

Günümüzdə gənclərlə iş sahəsində ən vacib məqamlardan biri onların həm də ideya müəllifi və tərəfdaşı kimi görülməsidir. Gənclərin danışdırılması, onların rəy və təkliflərinin öyrənilməsi, qərar qəbuletmə proseslərinə cəlb edilməsi müasir idarəetmənin tələbidir. Dialoq platformalarının genişləndirilməsi, gənclərin real problemlərinin dinlənilməsi və onların yaradıcı potensialına meydan verilməsi cəmiyyətdə sosial bütövlüyü möhkəmləndirir.

Qloballaşma əsrində ideoloji təhdidlər daha çox sosial şəbəkələr, rəqəmsal platformalar və mədəni ekspansiya vasitəsilə həyata keçirilir. Xarici mərkəzlərdən yönəldilən ideoloji təsirlər gənclər arasında milli kimlikdən uzaqlaşma, özgələşmə, tarixi həqiqətlərin təhrif olunması və dəyərlər sisteminin aşınması kimi təhlükələr yaradır. Bu tür təhdidlərin qarşısının alınması üçün təkcə qadağalar kifayət etmir. Əsas məqsəd gənclərə tənqidi təfəkkür, rəqəmsal savadlılıq və faktları təhlil etmək bacarığı aşılamaqdır. TDT çərçivəsində gənclər siyasətinin uzlaşdırılması, ortaq layihələrin, düşərgələrin, elm və mədəniyyət forumlarının keçirilməsi türk dünyası gəncliyinin bir-birini daha yaxından tanımasına və vahid ideoloji dəyərlər ətrafında birləşməsinə xidmət edir.

Gənclərdən gözləntilər də böyükdür. Dövlət gənclər üçün lazımi şərait, təhsil və inkişaf imkanları yaradırsa, gənclərin də üzərinə mühüm məsuliyyət düşür. Onlar informasiya məkanında sayıq olmalı, milli maraqlara zidd olan ideoloji təxribatlara qarşı dayanıqlıq nümayiş etdirməli və öz bilik, bacarıqları ilə ölkənin, eləcə də bütün türk dünyasının tərəqqisinə töhfə verməlidir. Çünki milli dəyərlərini qoruyan, eyni zamanda, müasir elmi-texniki biliklərə yiyələnən gənclik ideoloji təhlükəsizliyin en etibarlı qalasıdır.

Nəzrin ELDARQIZI

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Sentyabr 2026 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see412

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see355

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see319

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see272

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see257

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see238

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see233

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see230

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see220

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see216

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see214

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see213

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see211

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see209

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see199

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see196

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see192

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see190

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri