Icma.az
close
up
RU
Azərbaycan artıq orta gücə malik dövlətdir İdeoloji təhlükəsizlik niyə vacibdir?

Azərbaycan artıq orta gücə malik dövlətdir İdeoloji təhlükəsizlik niyə vacibdir?

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

""Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında Azərbaycan Prezidenti həmişə olduğu kimi, çox məzmunlu nitq söylədi. Təbii ki, ölkə prezidentinin ideoloji təhlükəsizlik məsələsinə diqqət yetirməsi təsadüfi deyil. Tarixən hər bir dövrün öz gerçəkliklərinə və inkişaf səviyyəsinə uyğun ideoloji əsasları mövcud olub. Möhkəm ideoloji əsaslar olmadan ümumiyyətlə güclü dövlətdən, dövlətin və cəmiyyətin inkişafından danışmaq qeyri-mümkündür".

Bunu Redaktor.az-a keçmiş deputat, politoloq Elşad Mirbəşiroğlu bildirdi. O, Prezident İlham Əliyevin qaldırdığı ideoloji təhlükəsizlik məsələsinə də toxundu:

"İdeoloji təhlükəsizlik cəmiyyətin inkişaf, gələcək və təhlükəsizlik naminə formalaşdırdığı dəyərlər sistemi, inancları, siyasi və ictimai mədəniyyətidir. Bu baxımdan, ideoloji təhlükəsizlik cəmiyyətin hərəkətverici qüvvəsi olmaqla yanaşı, kənar müdaxilələrdən qorunmalıdır. Kənar müdaxilə dedikdə informasiya hücumları, cəmiyyətə yad dəyərlərin aşılanması istiqamətində cəhdlər nəzərdə tutulur. Bir sözlə, informasiyadan, fikirlərdən və yad dəyərlərdən istifadə etməklə cəmiyyətin kənar maraqlara uyğun yönləndirilməsi cəhdlərinin qarşısının alınması ideoloji təhlükəsizlik məsələsidir. Ölkə prezidenti də ideoloji təhlükəsizlik məsələsini haqlı olaraq çox ciddi hesab edir və onu fiziki təhlükəsizlikdən heç də az əhəmiyyətli qiymətləndirmir".

Müsahibimiz əlavə etdi ki, ideoloji təhlükəsizlik etibarlı şəkildə təmin olunduqda cəmiyyətin birliyi də möhkəmlənir, qarşıya qoyulan milli və inkişaf hədəflərinə daha səmərəli şəkildə çatmaq mümkün olur:

"Bütün bunlar ümumilikdə dövlətin gücündə öz əksini tapır və ona təsir göstərir. Bu baxımdan İlham Əliyevin səsləndirdiyi fikirlər çox yerində idi. Hesab edirəm ki, bu, həm də ideoloji təhlükəsizlik məsələsinə daha həssas və ciddi yanaşmağımız üçün bir çağırışdır. Ümummilli lider Heydər Əliyevin başlatdığı və bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğunlaşdırılaraq davam etdirilən inkişaf strategiyasına gəlincə, bu strategiya ölkəmizi bu gün sözün həqiqi mənasında beynəlxalq münasibətlərdə və əməkdaşlıqda ciddi mövqeyi ilə hesablaşılan iştirakçıya çevirib. Azərbaycan bu gün orta gücə malik dövlətdir".

Mirbəşiroğlunun sözlərinə görə, Azərbaycanın iştirakçısı olduğu platformalarda hər zaman etibarlı dialoq mühiti mövcuddur.

"Azərbaycanın təşəbbüsləri həmişə inkişafa və ümumi rifaha xidmət edir. Bu da, təbii ki, dəqiqliklə müəyyənləşdirilmiş düzgün siyasi kursun nəticəsidir. Eyni zamanda, bizim çox dəqiq geosiyasi kursumuz mövcuddur. Bu gün ölkə prezidenti həmin geosiyasi kurs çərçivəsində təsirli addımlar atır. Ölkəmizin ayrı-ayrı coğrafiyalarda mövqeləri möhkəmlənir, maraqlarımız etibarlı şəkildə müdafiə olunur. Azərbaycan gələn il müsəlman dünyasını bir araya gətirəcək. Bu da, sözsüz ki, ölkəmizin müsəlman dünyasındakı təsir imkanlarına və birləşdirici amil roluna dəlalət edir.

2028-ci ildə isə Avropa Siyasi Birliyinin sammitinin Azərbaycanda keçirilməsi nəzərdə tutulur. Azərbaycan bu günə qədər çox mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. Qeyd etmək lazımdır ki, ölkəmiz müxtəlif beynəlxalq tədbirləri təşkil edərkən öz standartlarını formalaşdırmağı da bacarır. Yəni təşkilati məsələlərdə hər zaman öz dəst-xəttini tətbiq edir. Bu, tədbirlərin həm təhlükəsizlik baxımından etibarlı təşkilinə imkan verir, həm də beynəlxalq tədbirlərin səmərəliliyini təmin edir. Belə tədbirlər ölkəmizin beynəlxalq nüfuzuna müsbət təsir göstərməklə yanaşı, beynəlxalq iştirakçılıq imkanlarını da genişləndirir. Diqqət yetirsək, görərik ki, hər nüfuzlu beynəlxalq tədbirdən sonra Azərbaycanın əməkdaşlıq imkanları genişlənir. Ölkəmizlə müxtəlif layihələr üzrə əməkdaşlıq etmək istəyən dövlətlərin, o cümlədən iştirakçı dövlətlərin sayı durmadan artır. Bu baxımdan, düşünürəm ki, bu gün Azərbaycan təkcə yerləşdiyi regionda deyil, qlobal müstəvidə də kifayət qədər real təsir imkanlarına malik beynəlxalq iştirakçıdır", - deyə siyasi şərhçi yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 Oktyabr 2026 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri