Icma.az
close
up
RU
Dövlət siyasətinin ideoloji əsasları

Dövlət siyasətinin ideoloji əsasları

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 26 dekabr, AZƏRTAC

İdeologiya dövlətin və dövlətçiliyin fundamental sütunlarından biridir. Əgər müxtəlif təyinatlı “idxalın” hesabına digər sahələrin inkişafını qismən və ya müvəqqəti təmin etmək mümkündürsə, ideoloji müstəvidəki inkişaf yalnız dövlətin müvafiq qurumlarında aparılan gərgin analitik işlərin və millətin görkəmli nümayəndələrinin beyinlərinin birgə səyləri sayəsində ərsəyə gələ bilər. Əks halda dövlət və millət öz ideoloji “qalxanı” itirmiş olar, bu vəziyyətdə isə cəmiyyətin fərqli pozucu meyllərə yoluxması sadəcə zaman məsələsi olacaqdır. Bu cür “yoluxmalar” adətən “qloballaşma” ifadəsinin arxasında gizlənir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev çıxışlarında cəmiyyətə milli ideologiya ilə bağlı dəfələrlə müxtəlif mesajlar ötürmüş və hətta açıq müraciətlər də etmişdir.

Bu fikirlər politoloq Asif Adilin “Dövlət siyasətinin ideoloji əsasları” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Dövlət başçısının demək olar ki, əksər çıxışlarında ideoloji vurğulara rast gəlmək mümkündür. Sözsüz ki, “milli ideologiya” fəaliyyət növü kimi akademik hesab olunsa da, ideologiyanın praktik təzahürləri istisnasız olaraq hər bir vətəndaşa toxuna bilər. Heç şübhəsiz ki, ideologiya mühafizəkarlığı sevir, ancaq müşahidə olunan obyektiv və qlobal xarakterli tendensiyaları görməzdən gəlmək olmaz. Taleyimizə yazılmış müasir dünya “açıq rəqabət dünyasıdır” və bu obyektiv həqiqəti inkar etmək olmaz. Odur ki, sərt rəqabətə tab gəlmək üçün milli ideologiya öz prinsipial sütunlarını qorumaqla yanaşı, müəyyən transformasiya proseslərinə də hər zaman hazır olmalıdır. Burada vurğulamaq lazımdır ki, transformasiya bacarığı heç də mövcud dəyər, ənənə və təcrübədən imtina etmək demək deyil. Əksinə, transformasiya dəyişən reallıqlar kontekstində aktuallığın qorunması naminə sistemin daha da güclənməsi deməkdir. Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətinin fəlsəfəsini müəyyən etməyə cəhd etsək açıq şəkildə görə bilərik ki, aparılan çoxşaxəli islahatların təyinatı da məhz daha güclü və çevik sistemin formalaşdırılmasıdır.

Azərbaycanda sözügedən transformasiyanı qaçılmaz edən bir neçə mühüm amilinin adlarını sadəcə sadalayaq: tarixi Qələbə, işğalın sonu, yeni reallıq, regionda sülh paradiqmasının artan aktuallığı, “Qalib xalq” məfkurəsinin formalaşması, beynəlxalq münasibətlər sistemində dövlətimizin yeni statusu, inkarolunmaz çağdaş çağırışlar, dünyada güc amilinin prioritetliyi, təhdidlərin artım tendensiyası, beynəlxalq münasibətlər sisteminin transformasiyası, beynəlxalq hüquqa etibar limitinin tükənməsi, regionun yeni geosiyasi statusu, virtual və real dünyalar arasındakı sərhədlərin tədricən itməsi, dinlərin daxilində və dinlərarası intriqaların artması, mədəniyyət məfhumunun və dəyərlər sisteminin deformasiyaya uğraması, estetik etalonların dəyişkənliyi, ictimai-siyasi münasibətlər sistemində rəqəmsal texnologiyaların iştirak payının durmadan artması və daha nələr-nələr. Bu və digər proseslər sürətli informasiya axınlarının arxasında uğurla gizlənə bilir.

Əlbəttə, istedadlı Azərbaycan xalqının keyfiyyətləri, möhtəşəm tariximiz, zəngin mədəniyyətimiz, qibtə olunası milli identikliyimiz, unudulmaz nailiyyətlərimiz, tariximizdə Heydər Əliyev kimi Ulu Öndər obrazının və dövlətimizi Qələbəyə qədər inkişaf etdirən Müzəffər liderinin olması, bütün bunlar istənilən imtahanlardan uğurla çıxmağımızın səbəbləridir. Ancaq unutmaq olmaz ki, bütün bu keyfiyyətləri hər bir azərbaycanlının qəlbində yaşadan əsas amil isə məhz milli ideologiyadır. Bu mənada ideologiya inşa olunan yeni Azərbaycanın sığortasıdır.

Dövlət siyasətinin ideoloji əsasları kontekstində 24 dekabr tarixində Ağdamda 2-ci yaşayış kompleksinin açılış mərasimində Prezident İlham Əliyev tərəfindən səsləndirilmiş fikirlər müstəsna əhəmiyyətə malikdir. Belə ki, Prezidentin: “Əminəm ki, burada siz rahat yaşayacaqsınız, əmin-amanlıq şəraitində yaşayacaqsınız. Siz buna layiqsiniz” – sözləri dolayısı ilə “layiqli həyat” məfhumunu formalaşan yeni milli ideologiyanın əsas məzmun-müəyyənedici meyarlarından birinə çevirir. Əlbəttə ki, “layiqli həyatı” təmin etmək mürəkkəb və müxtəlif çətinliklər ilə qarşılaşa bilən prosesdir. Sözügedən proses regionda öz mövcudluğunu qorumaq istəyənləri də, yumşaq desək, maraqlandırır.

Prezidentin “Biz bilirik bizim dostumuz kim olub, düşmənlərimiz kim olub” sözləri isə ideoloji müstəvidə mütləq olaraq qorunmalı və inkişaf etdirməli daha bir milli keyfiyyətimizi müəyyən edir. Həmin keyfiyyətin şərti adı milli təmkinlikdir. Məhz təmkinliliyin sayəsində hər bir vəzifənin icra olunmasının dəqiq zamanı müəyyən oluna bilər. 44 günlük müharibənin başlanmasının dəqiq və ən effektiv zamanının müəyyən olunması da məhz həmin “təmkinlilik” keyfiyyətinin təzahürüdür. Dövlət idarəçiliyində emosional davranış və qərarlar yalnız populizm və qeyri-peşəkarlıq əlaməti hesab oluna bilər. Dünyada yaşanan müxtəlif xarakterli stresslər və təhrikedici tendensiyalar dövlət olaraq da bizi daha təmkinli olmağa çağırır.

Əlbəttə ki, “tarix” və “ideologiya” daim çiyin-çiyinə dayanan və birgə addımlayan məfhumlardır. Bu mənada Prezidentin növbəti fikirləri də əlamətdar xarakter daşıyır: “Çünki bu tarixi yaddaş həmişə bizim qəlbimizdə olmalıdır”. Beləliklə, “tarixi yaddaş” milli ideologiyamızın növbəti keyfiyyət meyarlarından biri olmalıdır. Tarixi yaddaş keçmişdə edilmiş səhvlərin gələcəkdə təkrar olunmaması və inkişaf ilə bağlı daha effektiv strategiyalarının müəyyən olunmasına xidmət edir. Təsadüfən deyilmir ki, tarix gələcəyin yol xəritəsidir.

Prezident yuxarıda qeyd olunan çıxışında səsləndirdiyi “Ayıq olmalıyıq, daim güclü olmalıyıq” fikirləri isə ideoloji müstəvidə aparılan təbliğat sayəsində xalqın “mobillik” və “çeviklik” kimi keyfiyyətlərinin daha da inkişaf etdirilməsinə hesablanıb. Unutmayaq ki, məhz sözügedən keyfiyyətlərin sayəsində biz doxsanıncı illərin əvvəllərində müstəqilliyimizi qoruya bildik və 44 günlük müharibədə qalib gələrək suverenliyimizi tam bərpa etdik. Beləliklə, “mobillik” və “çeviklik” Azərbaycan xalqının inkişafının ideoloji təminatçısıdır, habelə xaricdən müdaxilə cəhdlərə qarşı dövlətin təbii qalxanıdır.

Dövlət başçısının “Əbədi sülhə nail olmaq üçün biz hər zaman potensial düşmənlərimizdən bir neçə dəfə güclü olmalıyıq” sözləri isə milli ideologiyamızın daha bir strateji təyinatını müəyyən edir. Mili ideologiya vətəndaşların ictimai şüurunda həm də “güclü dövlət” və “güclü millət” məfkurələrinin təşviq olunmasına xidmət etməlidir. Beləliklə, Prezident İlham Əliyevin hətta cəmi bir çıxışında Azərbaycan dövlət və xalqının indidən sonra əsrlər ərzində davamlı inkişafını təmin edə biləcək ideoloji əsasları görə bilirik. Bunlar “layiqli həyat”, “milli təmkinlilik”, “tarixi yaddaş”, “milli mobillik və çeviklik”, “güclü dövlət” və “güclü millət”dir. Prezidentin sözügedən mesajlarını biz cəmiyyətə mükəmməl şəkildə ötürülmüş pas kimi qəbul etməliyik. İndi də növbə özünü vətənpərvər qüvvələrin parçası hesab edən vətəndaşlardadır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Dekabr 2025 20:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see317

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see292

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see282

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see277

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see261

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see250

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see247

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see247

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see244

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see240

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see228

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see228

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see220

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see215

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see214

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see209

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see203

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see202

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see178

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri