Icma.az
close
up
RU
İdeyalarla qurulan körpü

İdeyalarla qurulan körpü

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan D-8-in potensialını hərəkətə gətirir

Hadisələri bütün dünyaya başa sala bilmək müasir diplomatiyanın ali sənətidir. Məhz həmin proseslər fonunda Bakının ev sahibliyi ilə İnkişaf etməkdə Olan Səkkiz Ölkə Təşkilatının (D-8) ilk Media Forumunun keçirilməsi Azərbaycanın qlobal siyasət səhnəsində oynadığı formalaşdırıcı və lider rolunun təntənəli manifestinə çevrildi. Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətində səsləndirdiyi dərin məzmunlu fikirlər və təşkilatın digər yüksək rütbəli nümayəndələrinin Azərbaycanın təşəbbüskarlığına verdiyi müstəsna qiymət D-8 ailəsinə üzv olduqdan sonra rəsmi Bakının təsisatın intellektual və ideoloji mərkəzinə, inkişaf mühərrikinə çevrildiyini açıq şəkildə nümayiş etdirdi. Forum qlobal böhranlar, informasiya xaosu şəraitində D-8 məkanında ortaq şüurun, həmrəyliyin və vahid mövqeyin formalaşdırılması üçün atılmış tarixi addım olmaqla yanaşı, həm də Azərbaycanın bütün İslam və inkişaf etməkdə olan dünyada yeni əməkdaşlıq arxitekturasının memarı kimi çıxış etdiyinin təkzibedilməz sübutudur.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan D-8 ailəsinin üzvü olduğu ilk gündən təsisatın inkişafı ilə bağlı ardıcıl səylər göstərir və həmin fəaliyyət təkcə iqtisadi sahə ilə məhdudlaşmır. Rəsmi Bakının yanaşması daha dərin və hərtərəflidir. Məqsəd təşkilat daxilində iqtisadi əlaqələrlə yanaşı, mədəni, sosial, humanitar və informasiya müstəvisində dərin inteqrasiyaya nail olmaqdır. Azərbaycanın üzvlüyündən sonrakı qısa müddətdə Bakının təşəbbüsü ilə D-8 ölkələrinin QHT-lərinin ilk görüşünün təşkil olunması, D-8 Həftəsi çərçivəsində “Yüksəksəviyyəli İqlim və Şəhərsalma Dialoqu”nun baş tutması, Azərbaycanın təşkilata formal yanaşmadığını, onun gündəliyini real və aktual məzmunla zənginləşdirmək əzmində olduğunu göstərir. D-8 Media Forumunun məhz Bakıda keçirilməsi həmin strateji xəttin məntiqi davamı və pik nöqtəsidir.

Dövlət başçısı qlobal böhranlar, bəşəriyyət qarşısında duran yeni sınaqlar, çətinliklər dövründə ölkələrin bir-birinə qarşılıqlı dəstək göstərməsini, o cümlədən media sahəsində həmrəylik nümayiş etdirməsini vurğulamaqla müasir dünyanın ən ağrılı problemlərindən birinə toxunur. Qlobal informasiya məkanının dezinformasiya, saxta xəbərlər və manipulyasiya kampaniyalarının döyüş meydanına çevrildiyi, inkişaf etməkdə olan ölkələrin çox vaxt həmin informasiya müharibəsinin hədəfi olduğu şəraitdə ortaq dəyərlərə və maraqlara malik dövlətlərin vahid informasiya cəbhəsində birləşməsi həyati əhəmiyyət kəsb edir. Azərbaycan bu zərurəti dərindən anlayaraq D-8 üçün həm də informasiya təhlükəsizliyi qalxanı yaratmağı təklif edir. Təklif otuz il boyunca Qarabağ münaqişəsi ilə bağlı Qərb mediasında sistematik təhriflər və dezinformasiya ilə üzləşən bir ölkənin acı təcrübəsindən süzülüb gələn dərin strateji müdriklikdən xəbər verir. Ölkəmiz təcrübəsindən bilir ki, informasiya suverenliyi olmadan siyasi, iqtisadi suverenlik tam təmin oluna bilməz. Buna görə də Bakı mübarizə təcrübəsini dost və tərəfdaş ölkələrlə bölüşərək, onları ortaq təhdidlərə qarşı birləşməyə çağırır.

D-8 Təşkilatının Baş katibi İsiaka Abdulqadir İmamın çıxışında səsləndirdiyi fikirlər Azərbaycanın təşəbbüslərinin təşkilat daxilində necə böyük ruh yüksəkliyi ilə qarşılandığını əks etdirir. Onun Azərbaycanın təşkilata qoşulmasından sonra “canlanmaların hiss olunduğunu” və Bakının “qeyri-adi təşəbbüslərlə” çıxış etdiyini bildirməsi real vəziyyətin etirafıdır. Həqiqətən də, Azərbaycan D-8-ə Zəfərlə nəticələnən Vətən müharibəsindən və suverenliyin tam bərpasından sonra əldə etdiyi böyük siyasi iradəni, özünəinamı və aydın strateji baxışı gətirdi. Baş katibin Bakıda özünü evindəki kimi hiss etdiyini söyləməsi Azərbaycanın təşkilat daxilində yaratdığı səmimi qardaşlıq və etimad mühitinin göstəricisidir. İsiaka Abdulqadir İmamın D-8-in mövqeyini və medianın nüfuzunu artırmaq, təşkilatın tutduğu mövqeyi beynəlxalq səviyyəyə çatdırmaq zərurəti barədə danışması birbaşa Prezident İlham Əliyevin media həmrəyliyi ilə bağlı çağırışları ilə uyğunluq təşkil edir. Onun gələcək planlar kimi ümumi yayım assosiasiyasının yaradılması, jurnalistika məktəblərinin təsis edilməsi, təqaüdlərin ayrılması və fərqlənmə mərkəzinin ərsəyə gətirilməsi kimi konkret təkliflər irəli sürməsi Bakıda başlayan prosesin artıq institusional memarlığa çevrilməkdə olduğunu göstərir. Bu təkliflər mahiyyət etibarilə D-8 məkanında Qərbin dominant media qurumlarına alternativ olacaq, hadisələri üzv ölkələrin baxış bucağından işıqlandıracaq vahid informasiya ekosisteminin yaradılmasının yol xəritəsidir. Ümumi yayım assosiasiyası, üzv ölkələrin milli xəbər agentlikləri və televiziya kanalları arasında daimi məlumat axınını təmin edə, birgə sənədli filmlər, proqramlar hazırlaya, qlobal hadisələrə vahid mövqedən reaksiya verə bilər. Jurnalistika məktəbləri və təqaüd proqramları isə daha uzunmüddətli hədəfə xidmət edir: gələcək nəsil D-8 jurnalistlərini ortaq dəyərlər, etik standartlar və peşəkar həmrəylik ruhunda yetişdirmək. Bu addımlar D-8-in sivilizasiya miqyasında təsir gücünə malik qüvvəyə çevrilməsi üçün intellektual təməlləri möhkəmləndirəcək.

Forumda iştirak edən tərəfdaş ölkələrin yüksək səviyyəli nümayəndələrinin çıxışları da Azərbaycanın liderliyinin və təşəbbüsünün necə müsbət qarşılandığını bir daha təsdiqlədi. Pakistanın federal informasiya və yayım naziri Attaullah Tararın Azərbaycanın D-8-in tamhüquqlu üzvü olduqdan sonra təşkilata verdiyi dəstəyi dəfələrlə nümayiş etdirdiyini və irəli sürülən təşəbbüsləri doğru istiqamətdə həyata keçirmək üçün vaxtın yetişdiyini vurğulaması İslamabadın Bakının strateji baxışını tam dəstəklədiyini göstərir. İndoneziyanın Xarici İşlər Nazirliyinin çoxtərəfli məsələlər üzrə baş siyasi məsləhətçisi Agustaviano Sofjanın forumun məhz Azərbaycanda keçirilməsindən məmnunluğu və rəqəmsal platformaların inkişaf etdiyi dövrdə bu sahəyə ciddi nəzarətin vacibliyini qeyd etməsi Cənub–Şərqi Asiyanın ən böyük müsəlman ölkəsinin prosesdə fəal iştirak etmək əzmində olduğunu nümayiş etdirir. Nigeriya Mətbuat Şurasının Baş direktoru Dili Ezughahın Bakının inkişafından, modernləşməsindən və tərəqqisindən heyrətləndiyini bildirməsi isə simvolik məna daşıyır. Onun timsalında Afrika qitəsinin ən böyük dövləti həm də real sosial-iqtisadi inkişaf modeli ilə Azərbaycanın D-8 ölkələri üçün cəlbedici nümunə olduğunu etiraf edir. Bakı təşkilat üçün uğurlu inkişafın və modernləşmənin canlı örnəyinə çevrilir.

Bəs Bakıda keçirilən D-8 Media Forumunun strateji məqsədləri nədən ibarətdir və o, hansı konkret nəticələrə hesablanıb? Forumun konsepsiyasından və iştirakçıların çıxışlarından aydın olur ki, hədəflər çoxşaxəli və uzunmüddətlidir. D-8-in Onillik Yol Xəritəsinin (2020–2030) prinsiplərinə və 2024-cü il Qahirə Bəyannaməsinin ruhuna əsaslanan forum, ilk növbədə, üzv dövlətlər arasında həmrəyliyi təşviq edən vahid informasiya mühitinin formalaşdırılmasını hədəfləyir. Qlobal media axınlarının çox vaxt inkişaf etməkdə olan ölkələrin problemlərini qabartdığı, uğurlarını isə görməzdən gəldiyi şəraitdə D-8 ölkələrinin öz uğur hekayələrini, inkişaf modellərini və mədəni zənginliklərini bir-birinə və bütün dünyaya çatdırması üçün yeni platformaya ehtiyac var idi. Bakı Forumu məhz həmin platformanın təməl daşını qoydu. Forum D-8 kimliyini möhkəmləndirən uğur hekayələrinin işıqlandırılması, regional və qlobal məsələlərə dair ortaq baxışların bölüşülməsi və nəticədə xalqlar arasında əlaqələrin gücləndirilməsi üçün unikal imkanlar yaradır. Bu, xüsusilə gənc nəsil üçün vacibdir. Türkiyədəki gənc İndoneziyadakı texnoloji startaplar haqqında, Malayziyadakı tələbə Nigeriyadakı mədəni irs haqqında, Pakistandakı fermer Misirdəki aqrar islahatlar haqqında birbaşa və obyektiv məlumat əldə edə biləcəyi təqdirdə, D-8 məkanı, sadəcə, hökumətlərarası təşkilat olmaqdan çıxıb, insanların şüurunda yaşayan real və canlı birliyə çevriləcək.

İkinci mühüm hədəf dezinformasiya və yanlış məlumatlandırma kimi müasir dövrün böyük bəlalarından birinə qarşı birgə mübarizə strategiyasının hazırlanmasıdır. Üzv ölkələrin media nümayəndələrinin, siyasətçilərinin və kommunikasiya mütəxəssislərinin bir araya gəlməsi, faktların yoxlanılması üzrə tərəfdaşlıqların qurulması, media savadlılığı təşəbbüslərinin həyata keçirilməsi və xüsusilə rəqəmsal sahədə ən yaxşı təcrübələrin paylaşılması üçün zəmin yaradır. Bu, eyni zamanda, D-8 ölkələrinin informasiya suverenliyini qorumaq və öz vətəndaşlarını xarici manipulyasiyalardan qorumaq üçün atılmış proaktiv addımdır. Dəqiqlik və etik standartlara sadiqliyi qorumaqla media sosial həmrəyliyin, təhlükəsizliyin və iqtisadi inkişafın əsas amilinə çevrilə bilər. Misal üçün, üzv ölkələr arasında sürətli məlumat mübadiləsi sistemi yaradıla bilər ki, hər hansı ölkəyə qarşı dezinformasiya kampaniyası başladığı an digər üzv ölkələrin mediası dərhal saxta məlumatları ifşa edən obyektiv informasiyanı yaya bilsin.

Üçüncü strateji istiqamət, media vasitəsilə dayanıqlı inkişaf məqsədlərinin təşviq edilməsidir. Forumun gündəliyi yoxsulluğun azaldılması, səhiyyə, təhsil, mədəniyyət və iqtisadi əməkdaşlıq kimi sahələrdə daha dərin təhlil və məzmunlu reportajları təşviq etməyi nəzərdə tutur. Bu, medianın cəmiyyətlərin maarifləndirilməsində və ümumi inkişaf məqsədlərinə çatmaq üçün səfərbər edilməsində fəal rol oynaması deməkdir. Jurnalistlərin və media rəhbərlərinin bir araya gəlməsi bu sahələrdə birgə layihələrin həyata keçirilməsinə, təcrübə mübadiləsinin aparılmasına və transsərhəd əməkdaşlığın genişləndirilməsinə təkan verəcək. Beləliklə, dinamik və məsuliyyətli media şəbəkəsi D-8 ölkələri arasında həmrəyliyi və iqtisadi inkişafı dəstəkləyən güclü katalizatora çevriləcək.

Bakıda keçirilən birinci D-8 Media Forumunun əhəmiyyəti zamanla daha dərindən dərk ediləcək tarixi hadisədir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə D-8 təşkilatına yeni nəfəs, yeni dinamizm və aydın strateji baxış gətirdi. Həmin forum Azərbaycanın əhalisinin ümumi sayı milyardı keçən, böyük iqtisadi və insani potensiala malik D-8 məkanında da ideyalar generatoruna və inteqrasiya proseslərinin lokomotivinə çevrildiyini sübut etdi. Qlobal informasiya məkanında həqiqətin və ədalətin səsinin daha ucadan eşidilməsi üçün Bakıda atılan addım, şübhəsiz ki, üzv ölkələr arasında əməkdaşlığın dərinləşməsinə, həmrəyliyin möhkəmlənməsinə və D-8-in beynəlxalq aləmdə nüfuzunun artmasına misilsiz töhfə verəcək. Azərbaycan tarixi prosesin önündə gedərək dost və tərəfdaş ölkələrin ümumi mənafelərini müdafiə edən qlobal məsuliyyətli ölkə kimi mövqeyini daha da gücləndirir. Bakı Forumu ilə D-8-in tarixində daha parlaq və təsirli səhifə açılır. Həmin səhifənin ilk cümlələrini məhz Azərbaycan yazır.

Yusif ŞƏRİFZADƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Noyabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see386

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see187

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see141

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see138

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri