Icma.az
close
up
RU
İdman bürcü Astroloji PROQNOZ: 17 23 mart

İdman bürcü Astroloji PROQNOZ: 17 23 mart

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Əksər insanlar astroloji proqnozların onların taleyinə sirayət etdikləri qənaətindədir. Tarixən ən məşhurlar belə mənsub olduqları bürcə görə günə necə başlayacağını tənzimləyiblər. Bütün sahələrdə olduğu kimi, bürclər idmançılar arasında da böyük maraq doğurur. Astroloqların təbirincə desək, bürclər bəzi ipuçları verir, nəticə çıxarmaq isə sizdən asılıdır.

İdman.biz-in təqdim etdiyi “İdman bürcü” müxtəlif idman növlərilə məşğul olan sağlam ruh sahiblərinin həftə ərzində necə hərəkət etmələrində bir növ mayak rolunu oynayacaq. Eyni zamanda, peşəkar idmançı olmasanız belə, “İdman bürcü”nü oxumaqla istirahətə və ya məşqə necə yanaşmağın istiqamətlərini görə biləcəksiniz.

Qoç
Həftənin əvvəli Qoçlar həddən artıq enerjili olacaqlar. Çərşənbə günü təcili qərarlar tələb edən gözlənilməz hallar yarana bilər. Həftəsonu karyera yüksəlişinizə təsir edə biləcək yeni tanışlıqlar gözlənilir. İntuisiyanıza qulaq asın - bu sizi düzgün istiqamətə yönəldəcək. Avarçəkmə, atıcılıq, qaçış, qılıncoynatma, güləş və velosiped idmanında nailiyyətlər qaçılmazdır.

Buğa
Bazar ertəsi Buğalar rifahına fikir verməli və həddindən artıq gərginlikdən çəkinməlidirlər. Çərşənbə axşamı maliyyə perspektivləri yarana bilər, lakin mühüm qərarlar qəbul etməyə tələsməyin. Həftə sonu yaxınlarınızla mənəvi istirahət üçün mükəmməl vaxt olacaq. Sizi xoş sürprizlər gözləyir. Karate, güləş, boks, şahmat və üzgüçülük idman növlərində bol-bol uğurlar vəd edilir.

Əkizlər
Əkizlər üçün həftənin ilk yarısı yeni layihələr üçün əlverişli olacaq, lakin xırda işlərə vaxt itirməməlisiniz. Çərşənbə günü həyacan yaradacaq gözlənilməz xəbərlər alacaqsınız. Maliyyə durumunuzda müsbət dəyişikliklər baş verəcək. Bazar günü şəxsi həyatınızı kökündən dəyişə biləcək romantik sürprizlər mümkündür. Gimnastika, avarçəkmə, sambo və güləş növləri ilə məşğul olanların xoş müjdələr alacağı qaçılmazdır.

Xərçəng
Həftənin əvvəli Xərçənglər iş məsələlərində təfərrüatlara daha çox diqqət yetirməlidirlər. Cümə axşamı çoxdankı anlaşılmazlıqları aradan qaldırmağa kömək edəcək vacib söhbətlər ola bilər. Arzuladığınız şəxslə görüşəcəyiniz vəd edilir. Həftəsonu istirahətə vaxt ayırmalısınız. Üzgüçülük, futbol, cüdo, güləş və karate ilə məşğul olan idmançıların bəxti üzlərinə güləcək.

Şir
Bazar ertəsi Şirlərə gözlənilməz dəyişikliklər gətirəcək. Cümə günü perspektivli təkliflər alacağınız işgüzar görüşlər ehtimalı yüksəkdir. Həftə sonu daxili səsinizi dinləməyə dəyər - bu, çətin vəziyyətdə nə edəcəyinizi sizə xəbər verəcək. İstirahətinizi çalışın ailənizlə birlikdə keçirəsiniz. Cüdo, çövkən, avarçəkmə, güləş, atletika və atıcılıq növləri ilə məşğul olanlar üçün şanslı həftədir.

Qız
Çərşənbə axşamı Qızların karyerasında mühüm mərhələ olacaq. Nəticənin ürəyinizcə olacağına sevinə bilərsiniz. Çərşənbə günü ehtimal olunan tənqidlərdən uzaq durmağa çalışın. Çünki bu, münaqişələrə səbəb ola bilər. Bazar günü tənhalıq üçün əlverişlidir - bu, yeni həftəyə qədər gücünüzü bərpa etməyə kömək edəcək. Otüstü hokkey, voleybol, güləş, qaçış, üzgüçülük və atçılıq növlərində uğurlar gözləniləndir.

Tərəzilər
Həftənin əvvəlində Tərəzilərin diqqətini planlaşdırmaya yönəltməsi vacibdir. Cümə axşamı gözlənilməz görüşlər ola bilər. Həftə sonu şəxsi həyatınıza diqqət yetirməlisiniz - tərəfdaşınız sizdən təşəbbüs gözləyə bilər. Çalışın, sizə olan ümidləri vaxtında doğruldasınız. Həndbol, güləş, atıcılıq, voleybol, futzal və basketbol idman növlərində uğurlar vəd olunur.

Əqrəb
Bazar ertəsi Əqrəblər üçün peşəkar sahədə qətiyyət tələb ediləcək. Həftənin ortasında maliyyə daxilolmaları mümkündür, lakin xərcləyərkən diqqətli olmalısınız. Yaxınlarınızla bağlı xoş xəbər alacaqsınız. Bazar günü ehtiyaclarınız və uzunmüddətli hədəfləriniz barədə planlarınızı qətiləşdirin. Voleybol, hokkey, həndbol, basketbol və stolüstü tennis növlərində hədsiz uğurlar gözlənilir.

Oxatan
Həftə Oxatanlar üçün müəmmalı məqamlarla yadda qala bilər. İlk günlər vacib suallara cavab tapmağa çalışacaqsınız. Cümə axşamı planlarınızı həyata keçirməklə bağlı qərar verilməli olacaqsınız. Şənbə günü yaradıcı potensialınızı üzə çıxarmaq və yeni ideyalardan ilham almaq şansınız olacaq. Güləş, minifutbol, futzal, basketbol və karate idman növlərində uğurlar qazanmaq şansı böyükdür.

Oğlaq
Həftə Oğlaqlara yeni imkanlar açacaq. Çərşənbə axşamı məsuliyyəti öz üzərinizə götürməkdən qorxmayın - hərəkətləriniz əhəmiyyətli nəticələr verəcək. Cümə günü karyera yüksəlişinə təsir edə biləcək maraqlı işgüzar danışıqlar gözlənilir. Həftə sonu ailənizlə səyahət baxımından münasibdir. Güləş, stolüstü tennis, cüdo, gimnastika və karate ilə məşğul olanlar şəxsi həyatları ilə bağlı xoş müjdələr alacaq.

Dolça
Həftə ərzində Dolçalar üçün çoxdan diqqət tələb edən məsələlər gündəmə gələcək. Çərşənbə günü intuisiyanız sizə lazımsız mübahisələrdən qaçmağa və həll yolu tapmağa kömək edəcək. Maliyyə məsələlərində artım hiss ediləcək. İstirahətə və xoş söhbətlərə vaxt ayırın. Üzgüçülük, şahmat, güləş və karate idman növlərində bol-bol uğurlar vəd edilir.

Balıq
Balıqlar üçün həftənin əvvəli gərgin keçəcək, lakin cümə axşamına yaxın vəziyyət sabitləşəcək. Cümə günü gözlənilməz təkliflər mümkündür. Bu, gələcək karyeranızda irəliləyişlərə səbəb olacaq. Bazar günü istirahətinizə vaxt ayırın, təbiət qoynunda dincəlsəniz daha münasibdir. Tennis, sambo, voleybol, basketbol, həndbol və cüdoçular üçün yaxşı başlanğıc olacaq.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 16 Mart 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see307

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see304

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see295

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see265

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see260

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see252

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see248

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see243

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see241

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see218

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see216

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see216

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see215

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see212

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see202

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see194

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri