Icma.az
close
up
RU
İdman bürcü Astroloji PROQNOZ: 23 29 iyun

İdman bürcü Astroloji PROQNOZ: 23 29 iyun

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Əksər insanlar astroloji proqnozların onların taleyinə sirayət etdikləri qənaətindədir. Tarixən ən məşhurlar belə mənsub olduqları bürcə görə günə necə başlayacağını tənzimləyiblər. Bütün sahələrdə olduğu kimi, bürclər idmançılar arasında da böyük maraq doğurur. Astroloqların təbirincə desək, bürclər bəzi ipuçları verir, nəticə çıxarmaq isə sizdən asılıdır.

İdman.biz-in təqdim etdiyi “İdman bürcü” müxtəlif idman növlərilə məşğul olan sağlam ruh sahiblərinin həftə ərzində necə hərəkət etmələrində bir növ mayak rolunu oynayacaq. Eyni zamanda, peşəkar idmançı olmasanız belə, “İdman bürcü”nü oxumaqla istirahətə və ya məşqə necə yanaşmağın istiqamətlərini görə biləcəksiniz.

Qoç
Bu həftə uzun müddət təxirə saldığınız bir məqamla bağlı sınaqdan keçəcəksiniz. Bir qədər təmkinli olmalı, işlərinizə yeni prizmadan baxmalısınız. Ola bilsin ki, artıq bir sıra çətinliklərin həll yolunu tapmısınız, lakin daxili müqavimət sizə hərəkət etməyə mane olur. İntuisiyanıza qulaq asın - o sizə doğru yolu göstərəcək. Şəxsi həyatınızda güvənə biləcəyiniz biri ilə tanış olmaq şansı var. Üzgüçülük, futbol, cüdo, güləş və karate ilə məşğul olan idmançıların bəxti üzlərinə güləcək.

Buğa
Bu həftə Buğalar üçün karyera yüksəlişi, yeni imkanlar açılacaq. Peşəkar sahədə təşəbbüs göstərməyin vaxtıdır. Risk etməyə və öz fikirlərini müzakirəyə çıxarmağa dəyər. Əgər son həftələrdə həmkarlarla münasibətlərdə şübhələr yaranıbsa, artıq bütün anlaşılmazlıqlara aydınlıq gətirməyin vaxtıdır. Sevgidə səmimi söhbətlərə açıq olsanız, ümidləriniz özünü doğruldacaq. Həndbol, voleybol, basketbol, futzal, güləş və atıcılıq idman növlərində uğurlar vəd olunur.

Əkizlər
Bu həftə özünüz və hədəfləriniz üzərində işləməyə başladığınızdan sizə məmnunluq hissi gətirəcək. Bununla belə, ətrafınızdakıları da unutmayın. Yaxınlarınıza, xüsusən də dəstəyinizə ehtiyacı olanlara diqqət yetirməyə çalışın. Həftənin ikinci yarısı maliyyə sferasında gözlənilməz dəyişikliklər baş verəcək. Yeni təkliflərə hazır olun və maliyyə vəziyyətinizi yaxşılaşdırmaq şansını qaçırmayın. Basketbol, cüdo, sambo, tennis, həndbol və voleybolçular üçün yaxşı başlanğıc olacaq.

Xərçəng
Bu həftə Xərçənglər daxili aləmə diqqət yetirməlidirlər. Hissləriniz xüsusilə kəskin ola bilər və bəlkə də əvvəllər görmədiyiniz şeyləri duyacaqsınız. Öz arzu və istəklərinizi reallaşdırmaq üçün yaxşı vaxtdır. Yaxınlarınızla münasibətlərdə müəyyən gərginlik olacaq, lakin dözümlülük nümayiş etdirsəniz, hər şey yoluna düşəcək. Karyera yüksəlişində şanslarınız olacaq. Avarçəkmə, atıcılıq, qaçış, qılıncoynatma, güləş və velosiped idmanında nailiyyətlər qaçılmazdır.

Şir
Şirlərin bu həftə enerjisi pik həddə çatacaq və hər hansı bir işə başlamaq üçün əla zamandır. Uzun müddətdən bəri təxirə saldığınız bəzi vacib işləri tamamlamaq vaxtıdır. Tərəfdaşlarla münasibətlərdə daha təmkinli olmalısınız. Dinləmək və eşitmək vacibdir, əks halda anlaşılmazlıqlar üzə çıxa bilər. Maliyyə durumunuz sabit olacaq, lakin böyük investisiyaları riskə atmamalısınız. Güləş, cüdo, stolüstü tennis, gimnastika və karate ilə məşğul olanları şəxsi həyatları ilə bağlı xoş müjdələr gözləyir.

Qız
Bu həftə Qızlar gələcəkləri ilə bağlı mühüm seçim etməli olacaqlar. Qərarlar üzərində uzun müddət düşünməyə meyllisiniz, lakin bugünlərdə intuisiyanıza etibar etməlisiniz. Planlarınızı həyata keçirmək üçün bütün resurslarınızı işə salın. Şəxsi münasibətlərdə gözlənilməz dönüşlər istisna edilmir, lakin hər şey daha çox güzəştə getməyinizdən asılıdır. Sağlamlığınıza diqqət edin, istirahəti ailənizlə birgə keçirin. Futzal, minifutbol, karate, basketbol və güləş idman növlərində uğurlar qazanmaq şansı böyükdür.

Tərəzi
Bu həftə Tərəzilər xüsusilə çevik olmağı tələb edəcək vəziyyətlərlə qarşılaşacaqlar. Xüsusilə şəxsi həyatınızda qarşıdurmadan çəkinin. Diplomatik və barışdırıcı olmaq daha yaxşıdır. Yekun qərar verməzdən əvvəl düşünmək daha faydalı olacaq. Maliyyə çətinlikləri mümkündür, ona görə də böyük alış-veriş etməməyə çalışın. İstirahətinizə daha çox vaxt ayırın. Karate, güləş, boks, şahmat və üzgüçülük idman növlərində bol-bol uğurlar vəd edilir.

Əqrəb
Bu həftə Əqrəblər hədəflərini nəzərdən keçirəcəklər. Həyatınızda nəyisə dəyişdirmək qərarına gəlsəniz, başqalarının dəstəyi çox vacib olacaq. Yaxınlarınızdan biri sizə kömək təklif edəcək, fürsəti qaçırmayın, bu, sizin üçün çox dəyərli olacaq. Yaxınlarınıza qarşı açıq və dürüst olun, onlarla fikirlərinizi bölüşməyə çalışın. Atçılıq, voleybol, otüstü hokkey, üzgüçülük və qaçış növlərində uğurlar gözləniləndir.

Oxatan
Oxatanlar bu həftə həyatda baş verən dəyişikliklərlə bağlı mühüm qərar verməli olacaqlar. Yeni layihəyə başlamaq və ya fəaliyyətinizin istiqamətini dəyişmək şansınız olacaq. Səbirlə hərəkət etsəniz, uğurlar qaçılmazdır. Yaxınlarınızla münasibətlərdə daha çox təmkinli olmalı, anlayış göstərməlisiniz. Maddi durumunuz sabit qalacaq. Gimnastika, avarçəkmə, sambo və güləş növləri ilə məşğul olanların xoş müjdələr alacağı qaçılmazdır.

Oğlaq
Bu həftə Oğlaqlar şəxsi həyatlarında ciddi dəyişikliklər hiss edəcəklər. Sizə mane olan bir şeydən imtina etməli olacaqsınız. Bu iş, münasibət və ya vərdişlər ola bilər. Dəyişiklikdən qorxmamaq vacibdir, çünki bu, sizə çoxdan gözlənilən uğur və daxili sərbəstlik gətirəcək. Sevgidə həm yaxınlıq anları, həm də fikir ayrılıqları mümkündür. Partnyorunuzun hisslərini başa düşməyə və dialoqa açıq olmağa çalışın. Voleybol, stolüstü tennis, hokkey, həndbol və basketbol növlərində hədsiz uğurlar gözlənilir.

Dolça
Dolçalar həftə ərzində diqqətlərini öz ehtiyaclarına yönəltməlidir. Hər hansı bir şey maraqlarınıza uyğun gəlməsə, "yox" deməkdən qorxmayın. Şəxsi həyatınızda dəyişikliklər gözlənilir, buna hazır olun. Qarşı tərəflə münasibətlərdə balansı mütləq qoruyun: tərəfdaşınızı idarə etməyə çalışmayın, ona sərbəstlik verin. Maliyyə məsələlərində qərar verməyə tələsməyin, hər şey aydınlaşana qədər gözləmək daha yaxşıdır. Atletika, avarçəkmə, atıcılıq, çövkən, güləş və cüdo növləri ilə məşğul olanlar üçün şanslı həftədir.

Balıqlar
Bu həftə Balıqlar özünü düşünmə və yeni yollar axtarma çalışacaq. Özünüzü və əsl istəklərinizi daha yaxşı anlamaq imkanınız olacaq. Yalnız özünüzə, daxili hisslərinizə güvənə bilərsiniz. Bu, bir sıra sıxıntılardan xilas olmağınıza kömək edəcək. Şəxsi münasibətlərdə dürüst olmağa dəyər, amma digər insanın hisslərinə hörmət etməyi unutmayın. İş sferasında faydalı olacaq dəyişikliklər mümkündür. Stolüstü tennis, boks, futbol, cüdo və şahmatla məşğul olanlar üçün uğurlar qaçılmazdır.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 22 İyun 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri