Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

İdman bürcü Astroloji PROQNOZ: 21 27 iyul

İdman bürcü Astroloji PROQNOZ: 21 27 iyul

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Əksər insanlar astroloji proqnozların onların taleyinə sirayət etdikləri qənaətindədir. Tarixən ən məşhurlar belə mənsub olduqları bürcə görə günə necə başlayacağını tənzimləyiblər. Bütün sahələrdə olduğu kimi, bürclər idmançılar arasında da böyük maraq doğurur. Astroloqların təbirincə desək, bürclər bəzi ipuçları verir, nəticə çıxarmaq isə sizdən asılıdır.

İdman.biz-in təqdim etdiyi “İdman bürcü” müxtəlif idman növlərilə məşğul olan sağlam ruh sahiblərinin həftə ərzində necə hərəkət etmələrində bir növ mayak rolunu oynayacaq. Eyni zamanda, peşəkar idmançı olmasanız belə, “İdman bürcü”nü oxumaqla istirahətə və ya məşqə necə yanaşmağın istiqamətlərini görə biləcəksiniz.

Qoç
Bu həftə Qoçlar işlə bağlı məsələlərə xüsusi diqqət yetirməlidirlər: karyera dəyişiklikləri üçün əlverişli zamandır. Varlanmaq üçün bol şanslar açılacaq. Gözəl iş təklifi gözlənilir. Şəxsi həyata gəlincə, həddindən artıq məşğulluq zəminində ailədə və ya sevgilinizlə münaqişələr yarana bilər. Amma sevgilinizdə də az yoxdur; çoxlu vədlər verir, lakin hamısını yerinə yetirmir. Davalarınızı minimum həddə çatdırmaq üçün sevgilinizlə danışın, narahat edən bütün məqamları müzakirə edin. Tennis, sambo, voleybol, basketbol, həndbol və cüdoçular üçün yaxşı başlanğıc olacaq.
Buğa
Həftənin əvvəli bəzi cəsarətli ideyaların həyata keçirilməsi üçün mükəmməl vaxtdır. Başqaları sizin ideyanızın reallığına inanmaya bilərlər, əsas odur ki, siz özünüz uğura inanın. Buna görə də mütləq intuisiyanıza güvənin, o, sizə heç vaxt səhv yol göstərməz. Subaylar, həftənin ikinci yarısında evlilik təklifi ala bilərsiniz. Bu təklif sizin dostunuzdan da gələ bilər. İllərdir sizi sevən, lakin cəsarət edib öz hisslərini deyə bilməyən o insana mütləq “hə” deyin. Onunla xoşbəxt olacaqsınız. Üzgüçülük, şahmat, güləş və karate idman növlərində bol-bol uğurlar vəd edilir.
Əkizlər
Həftə Əkizlər üçün əlverişli olacaq. Davamlı uğurlar gözlənilir. Sizə qarşı olanları ifşa edib, həyatınızdan silmək vaxtıdır. Çalışın ətrafınıza yaxşı insanları yığın. Həftənin sonunda çoxdan görmədiyiniz insanlarla görüşəcəksiniz və bu, sizin üçün çox faydalı olacaq. Sevincli xəbərlər bununla da bitməyəcək: müdiriyyət fəaliyyətinizi yüksək qiymətləndirəcək. Maddi durumunuzda artım hiss edəcəksiniz. Amma sevgi cəbhəsində yeniliklər gözləməyin, vaxt gələndə sevinəcəksiniz. Səbirli və təmkinli olmağa çalışın. Avarçəkmə, güləş, qaçış, qılıncoynatma, atıcılıq və velosiped idmanında nailiyyətlər qaçılmazdır.
Xərçəng
Bu həftə Xərçənglər sevindirici xəbər eşidəcək: bu, çoxdan gözlədiyiniz vacib məlumat ola bilər. Bu günlərdə sevgi münasibətinə başlamağa çalışmayın. Xoşunuza gələn biri varsa, onu mütləq yoxlayın, yalnız bundan sonra ürəyinizi ona açın. Xərçənglərin karyera yüksəlişi üçün əlverişli dövrdür. Bütün maneələrə baxmayaraq, arzularınızın dalınca gedin və sonda mütləq uğur qazanacaqsınız. Həftənin sonunda gözlənilməz iş təklifi vəd edilir. Sağlamlığınızla bağlı problemlər ola bilər, bol vitaminli qidalar qəbul edin. Boks, futbol, şahmat, stolüstü tennis və cüdo ilə məşğul olanlar üçün uğurlar qaçılmazdır.
Şir
Bu həftə Şirlər qarşılıqsız sevgi ilə üzləşəcək. Lakin sonda sevgilisi ilə qovuşacaq. Tez-tez xəyyallara dalan Şir reallıqla barışmalıdır: həyatınızı dəyişmək üçün imkanlarınız var. Bunlardan istifadə etsəniz, varlanma ehtimalınız yüksəkdir. Karyeranızda kiçik dəyişikliklər gözlənilir; çalışın öz əməyinizlə müdiriyyətin diqqətini çəkin. Həftənin sonunda dostunuz sizə gəlirli iş təklif edə bilər: mütləq şəkildə qəbul edin, uğurlarınız bol olacaq. Güləş, stolüstü tennis, cüdo, gimnastika və karate ilə məşğul olanları şəxsi həyatları ilə bağlı xoş müjdələr gözləyir.
Qız
Qızlar bu həftə puluna qənaət etməli, xərcləri əvvəldən planlaşdırmalıdırlar. Təsadüfi tanışlıq həyatınızı dəyişəcək. Bu, gələcəkdə sizinlə iş birliyi quracaq insan ola bilər. Əks-cinsin nümayəndəsi sizin könlünüzü almaq üçün dəridən-qabıqdan çıxacaq. Sizin təkrarolunmaz cazibəniz çox insanın ağlını başından alır. Həftəsonu səyahət etmək üçün imkan olacaq. Bu təklif sizin dostunuz tərəfindən gələ bilər. Cüdo, güləş, karate, üzgüçülük və futbolla məşğul olan idmançıların bəxti üzlərinə güləcək.
Tərəzi
Tərəziləri yeni tanışlıqlarla dolu həftə gözləyir. Xəyalları reallığa çevirməyin əsl vaxtıdır: ideyanız varsa, mütləq gerçəkləşdirin. İnanın ki, bütün işləriniz alınacaq! Gözlənilməz iş təklifi və ya karyera yüksəlişi vəd olunur. Sevgisiz sferasında da şanslı günlərdir: tanış olacağınız şəxsə güvənin. Onunla xoşbəxt olma ehtimalı yüksəkdir. Həftəsonu şansınız çox yüksəkdir: bəxt sizin tərəfinizdə olacaq. Güləş, minifutbol, futzal, basketbol və karate idman növlərində uğurlar qazanmaq şansı böyükdür.
Əqrəb
Bu həftə tələsik heç nə etməyin, buraxın hər şeyi həyatın axarına. Həftənin ortalarından etibarən iş üçün əlverişli dövr başlayacaq. Yeni iş təklifi, müqavilələr və karyera yüksəlişi gözlənilir. Pulunuzu düzgün yerə yönəldin: kiçik biznes açmaqla və ya investisiya etməklə daha çox pul qazana bilərsiniz. Sevgilinizə daha çox vaxt ayırın, ona xoşbəxt anlar yaşatmağa çalışın. Voleybol, hokkey, həndbol, basketbol və stolüstü tennis növlərində hədsiz uğurlar gözlənilir.
Oxatan
Oxatanlar özünə nəzarəti itirmək, idarəolunmaz duyğulara düşmək riski altındadır. Tələskənliyə əsla yol vermək olmaz. Bunun nəyə gətirib çıxara biləcəyini demək çətindir. Səyahət etmək planlarınız varsa, çalışın gələn həftəyə saxlayın. Həftəsonu ailəniz tərəfindən təzyiqə məruz qalacaqsınız. Fikriniz ailə üzvlərinizin fikrləri ilə üst-üstə düşməyəcək. Hətta bu səbəbdən kiçik münaqişələr baş verə bilər, çalışın səbirli olun. Həndbol, güləş, atıcılıq, voleybol, futzal və basketbol idman növlərində uğurlar vəd olunur.
Oğlaq
Oğlaq üçün həftə müsbət hadisələrlə yadda qalacaq. Əgər hələ də ikinci yarınızı tapmamısınızsa, bu həftə çılğın və romantik insana rast gələcəksiniz. Lakin ailəniz və dostlarınızın seçiminizi başa düşə və qəbul edə bilməyəcəklərinə hazır olun. Başqalarının məsləhətlərinə əhəmiyyət verməyin, çünki xoşbəxtliyiniz kənar müdaxilələrə məruz qalmamalıdır. Sağlamlığınıza diqqət yetirin. Sambo, avarçəkmə, güləş və gimnastika növləri ilə məşğul olanların xoş müjdələr alacağı qaçılmazdır.
Dolça
Bu həftə Dolçaları sevgi dolu günlər gözləyir. Ağlasığmaz bir dövr başlayır: hər gün sanki bir serial olacaq. Xoşbəxt günləriniz kədərli günlərinizdən xeyli çox olacaq və bu “film” gözəl bitəcək. Maddi sıxıntıya görə o qədər də məyyus olmayın. Zəkanız sayəsində ölkədə ən varlı şəxsə çevrilə bilərsiniz. Həftəsonu sevincinizə səbəb olacaq köhnə tanışlarınızla rastlaşacaqsınız. Otüstü hokkey, voleybol, güləş, qaçış, üzgüçülük və atçılıq növlərində uğurlar gözləniləndir.
Balıq
Bu həftə bəzi vacib qərarları təkbaşına qəbul etməli olacaqsınız: çalışın, intuisiyanıza qulaq asın. Sevdiyiniz insanla münasibətlər pisləşə bilər. Birtərəfli mövqe tutmaqdan əl çəkin, başqalarının da fikrini anlamağa çalışın və lazımsız yerə hər şeyi dramatikləşdirməyin. Maddi baxımdan çox əlverişli həftədir. Pulunuz sürətlə artacaq. Həmçinin yaxın qohumunuzdan maddi yardım və ya hədiyyə gözlənilir. Cüdo, çövkən, avarçəkmə, güləş, atletika və atıcılıq növləri ilə məşğul olanlar üçün şanslı həftədir.
İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:275
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 20 İyul 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see327

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see320

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see315

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see313

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see312

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see301

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see281

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see251

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see250

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see231

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see224

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see204

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see201

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see194

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see193

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see192

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see192

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see191

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri