Icma.az
close
up
RU
İdman sahəsinə verilən xüsusi önəm

İdman sahəsinə verilən xüsusi önəm

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan idmanının ən uğurlu və ənənəvi sahələrindən biri olan güləş növbəti dəfə ölkəmizə böyük qürur yaşatdı. Avropa çempionatında Azərbaycan güləşçilərinin komanda hesabında çempion olması xalqımız tərəfindən böyük sevinc və fəxarətlə qarşılandı. Qazanılan bu möhtəşəm nailiyyətdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  güləşçiləri və onların məşqçilərini qəbul etməsi ölkədə idmana göstərilən yüksək diqqət və qayğının bariz nümunəsi oldu. Bu görüş həm idmançılar üçün böyük mənəvi stimul, həm də Azərbaycan idmanının gələcək inkişafı baxımından mühüm hadisə kimi yadda qaldı.

Möhtərəm Prezident cənab İlham Əliyev qəbul zamanı çıxış edərək Azərbaycan güləşçilərinin Avropa çempionatında göstərdikləri nəticəni yüksək qiymətləndirdi. Dövlət başçısı bildirdi ki, komanda hesabında Avropa çempionu olmaq böyük zəhmətin, güclü hazırlığın, intizamın və vətən sevgisinin nəticəsidir. O, vurğuladı ki, Azərbaycan güləş məktəbi uzun illərdir öz gücünü beynəlxalq arenalarda sübut edir və bugünkü gənc idmançılar da bu şanlı ənənəni uğurla davam etdirirlər. Prezidentin sözlərinə görə, idmançılarımız yarış meydanında yalnız öz güclərini deyil, həm də Azərbaycan xalqının iradəsini və qələbə əzmini nümayiş etdiriblər.

Avropa çempionatında milli komandamızın qazandığı uğur həqiqətən tarixi nəticə hesab olunur. Həm yunan-roma, həm də, sərbəst güləş üzrə millilərimizin komanda hesabında birinci olması Azərbaycan güləşinin Avropada lider mövqeyini bir daha təsdiqlədi.

Çempion güləşçilər də öz növbəsində göstərilən diqqətə görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər. Onlar qeyd etdilər ki, ölkə rəhbərliyinin idmana və idmançılara verdiyi dəyər onları daha böyük uğurlar qazanmağa ruhlandırır. İdmançılar Azərbaycanın üçrəngli bayrağını bundan sonra da beynəlxalq arenalarda zirvələrə qaldırmaq üçün var gücləri ilə çalışacaqlarını vurğuladılar. Məşqçilər isə bu nəticələrin təsadüfi olmadığını, uzunmüddətli hazırlıq, peşəkar yanaşma və güclü komanda ruhunun məhsulu olduğunu qeyd etdilər.

 Cənab Prezident Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul etməsi bir daha sübut etdi ki, Azərbaycanda idman sahəsinə xüsusi önəm verilir və bu diqqət öz bəhrəsini verir. Belə görüşlər idmançılarda özünəinam yaradır, gənc nəsildə idmana marağı artırır və qələbə ruhunu daha da gücləndirir. Şübhəsiz ki, Azərbaycan güləşçilərinin qazandığı bu parlaq uğur ölkəmizin idman tarixində yeni şərəfli səhifə açmış oldu.

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 May 2026 20:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri