Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Çoxtərəfli əməkdaşlığa və regional sabitliyə verilən önəm

Çoxtərəfli əməkdaşlığa və regional sabitliyə verilən önəm

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

“Azərbaycan beynəlxalq münasibətlər sistemində çoxtərəfli siyasi platformaların inkişafına, dövlətlər arasında dialoqun genişlənməsinə və qarşılıqlı etimad mühitinin möhkəmləndirilməsinə ardıcıl töhfələr verən ölkələrdən biridir. Müasir dünyanın mürəkkəb geosiyasi mənzərəsi, güc mərkəzləri arasında rəqabətin dərinləşməsi, regional münaqişələrin davam etməsi və təhlükəsizlik çağırışlarının çoxşaxəli xarakter alması beynəlxalq əməkdaşlığın yeni mexanizmlərini zəruri edir”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Onun sözlərinə görə, belə bir şəraitdə dövlətlərin yalnız öz milli maraqları çərçivəsində deyil, həm də ortaq məqsədlər naminə birgə fəaliyyət göstərməsi qlobal sabitliyin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Çünki beynəlxalq münasibətlərdə yaranan problemlərin uzunmüddətli həlli qarşıdurma ritorikasının gücləndirilməsindən deyil, dialoq imkanlarının qorunmasından, fərqli mövqelərin uzlaşdırılmasından və qarşılıqlı anlaşmanın inkişaf etdirilməsindən keçir. Bu mənada Azərbaycanın da dəstəklədiyi çoxtərəfli əməkdaşlıq formatları dövlətlər arasında siyasi təmasların genişləndirilməsi ilə yanaşı, etimadın institusional əsaslarının yaradılmasına da xidmət edir. Xüsusilə təhlükəsizlik məsələlərinin getdikcə daha çox qarşılıqlı asılılıq qazandığı indiki mərhələdə regional platformaların rolu artır. Müxtəlif siyasi və iqtisadi maraqlara malik ölkələrin ortaq müzakirə müstəvisində bir araya gəlməsi fikir ayrılıqlarının dialoq yolu ilə aradan qaldırılması, risklərin düzgün qiymətləndirilməsi və əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi üçün əlverişli zəmin yaradır. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə - AQEM də bu baxımdan mühüm beynəlxalq platformalardan biridir. 1992-ci ildə Qazaxıstanın təşəbbüsü ilə irəli sürülən və sonradan geniş institusional inkişaf yolu keçən AQEM Asiya məkanında etimad tədbirlərinin gücləndirilməsini, təhlükəsizlik sahəsində dialoqun inkişafını və dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsini hədəfləyir. Azərbaycanın bu platformada iştirakı isə ölkəmizin beynəlxalq münasibətlərdə dialoqa, çoxtərəfli əməkdaşlığa və regional sabitliyə verdiyi önəmin göstəricisidir. Bakı üçün belə formatlar yalnız diplomatik təmasların genişləndirilməsi deyil, həm də Azərbaycanın sülh, etimad və qarşılıqlı faydalı tərəfdaşlıq prinsiplərinə əsaslanan xarici siyasətinin beynəlxalq müstəvidə təşviqi baxımından əhəmiyyətlidir.
Deputat bildirib ki, AQEM-in fəaliyyətini tənzimləyən əsas sənədlər 1999-cu ildə qəbul edilmiş “AQEM üzv dövlətləri arasında münasibətlərin rəhbər prinsipləri haqqında Bəyannamə” və 2002-ci ildə təsdiqlənmiş “Almatı Aktı”dır. Bakı sammitinə qədər təşkilatın 28 üzvü var idi, amma Laos Xalq Demokratik Respublikasının platformaya tam hüquqlu üzv seçilməsi ilə onların sayı 29-a çatıb. Bundan əlavə, bir sıra ölkələr, həmçinin BMT, ATƏT, Beynəlxalq Miqrasiya Təşkilatı, Ərəb Dövlətləri Liqası, Türk Dövlətləri Parlament Assambleyası kimi beynəlxalq təşkilatlar qurumda müşahidəçi statusuna malikdirlər. Azərbaycan Qazaxıstanın təşəbbüsünü dəstəkləyən ilk dövlətlərdəndir. Ölkəmiz “Təhlükəsiz və səmərəli nəqliyyat dəhlizləri sistemlərinin inkişaf etdirilməsi” sahəsində etimad-qurucu tədbirin əlaqələndiricisi funksiyalarını yerinə yetirir. AQEM Nazirlər Şurasının 2024-cü il 19 mart tarixli qərarı ilə 2024-2026-cı illər üzrə təşkilata sədrlik ölkəmizə keçib. Sədrlik müddətində Azərbaycan bu platformanın güclənməsi üçün səylə çalışıb, bir çox vacib tədbirlər reallaşdırıb.
Millət vəkili qeyd edib ki, oktyabrın 15-də isə Bakıda AQEM-in 7-ci Zirvə Görüşü yüksək səviyyədə baş tutub. Prezident İlham Əliyev Zirvə Görüşündə çıxışı zamanı Azərbaycanın sədrliyi dövründə təşkilatın institusional güclənməsinə, nəqliyyat və bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil və elm sahələrində əməkdaşlığın təşviqinə xüsusi diqqət yetirildiyini bəyan etdi. Dövlətimizin başçısı Azərbaycanın sədrliyi dövründə görülən işləri belə qiymətləndirib: “Azərbaycan AQEM-ə iki il ərzində sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırmış və nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq etmişdir”.
Cənab Prezident, həmçinin çıxışında vurğuladı ki, Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə çıxış edir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi 30 il ərzində Ermənistan tərəfindən işğal olunub. Ermənistan bir milyon azərbaycanlını həm Qarabağ və Şərqi Zəngəzurdakı, həm də indiki Ermənistan ərazisindəki öz əzəli tarixi torpaqlardan qovaraq etnik təmizləmə həyata keçirib. BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etsə də, lakin onlar 30 il ərzində kağız üzərində qaldı. Məsələnin həlli üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupu isə daha çox Ermənistanın maraqlarını müdafiə edib. Avropa Parlamenti və Avropa Şurası isə ölkəmizə qarşı müxtəlif bəhanələrlə təzyiq göstərməyə çalışıb, erməni işğalını görməzdən gəlib. Dövlət başçısının dediyi kimi, Ermənistanın əvvəlki rəhbərliyi – Ermənistanın hər üç keçmiş prezidenti və onların tərəfdarları, bu müharibə cinayətkarları və uşaq qatilləri hələ də layiq olduqları cəzanı almayıblar.
Dövlət başçısının dediyi kimi, Ermənistanın indiki rəhbərliyi də ölkəmizə qarşı hərbi təxribatlar törətdi. Buna görə də, Azərbaycan öz gücünə ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Separatçıların liderləri və müharibə cinayətkarları isə həbs edilərək ədalət mühakiməsinə çıxarıldılar. Cənab Prezident çox düzgün olaraq onların məhkəmə prosesini Nürnberq tribunalının analoqu hesab edib. Çünki həmin cinayətkarlar erməni faşizminin rəhbərliyində təmsil olunubrlar.
Millət vəkilinin fikrincə, Prezident İlham Əliyevin AQEM-in sammitində bu mövzuya əhatəli toxunması anlaşılandır. Çünki BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatlarının qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələr davam edəcək və yeniləri meydana çıxacaq. Ona görə də, dövlətimizin başçısı bununla bağlı beynəlxalq ictimaiyyətə çağırış etmiş oldu.
“Zirvə Görüşünün ən mühüm nəticələrindən biri Azərbaycanın AQEM-ə sədrliyinin daha iki il uzadılması oldu. Sammitdə çıxış edən digər liderlər də indiyədək Azərbaycan sədrliyini yüksək dəyərləndiriblər. Şübhəsiz ki, ölkəmiz növbəti iki ildə də AQEM-in nüfuzlu beynəlxalq platforma kimi güclənməsinə öz töhfəsini verəcək. Zirvə Görüşünün yekunlarına dair qəbul edilən Bakı Bəyannaməsində də Azərbaycanın AQEM-ə sədrliyinin üzv dövlətlər tərəfindən yüksək qiymətləndirildiyi, ölkəmizin ikiillik sədrliyi dövründə müxtəlif istiqamətlərdə irəli sürdüyü təşəbbüslərin və keçirdiyi tədbirlərin alqışlandığı bildirilir” – deyə, YAP İdarə Heyətinin üzvü vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Oktyabr 2026 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see330

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see269

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see264

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see257

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see256

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see243

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see235

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see235

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see231

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see231

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see225

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see221

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see219

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see211

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see197

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see196

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see191

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see184

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri