Icma.az
close
up
RU
Putin Hindistanla münasibətlərə xüsusi önəm verir

Putin Hindistanla münasibətlərə xüsusi önəm verir

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankar 23-24 avqustda Moskvada səfərdə olub.

Hindli nazir Moskvada hökumətlərarası komissiyasının iclasında iştirak edib.

Rusiya Prezidenti Vladimir Putin Subrahmanyam Jaishankarı qəbul edib.

Gununsesi.info bildirir ki, politoloq Elxan Şahinoğlu məsələyə münasibət bildirib:

“Hindistanın xarici işlər nazirinin Moskvaya budəfəki səfəri ona görə diqqəti çəkib ki, Yeni Dehli Vaşinqtonla Moskva arasında balansı qorumağa çalışır. Məsələ burasındadır ki, Vaşinqton Yeni Dehli ilə Moskva arasında sıx əlaqələrin əleyhinədir. Vaşinqtonun təzyiqinə baxmayaraq, Yeni Dehli Moskva ilə əməkdaşlıqdan imtina etmək istəmir, əksinə iki ölkə arasında ticarət əlaqələrinin həcmi artıb. Doğrudur, Vladimir Putin Subrahmanyam Jaishankarla söhbətində ticarət tərəfdaşlığının həcminin bir qədər azaldığını etiraf etsə də, Rusiya Prezidenti builki göstəricilərdən məmnun qaldığını söyləyib. Putin buna görə Hindistanın baş naziri Narendra Modiyə minnət olduğunu vurğulayıb. Görünür, Putin bununla demək istəyib ki, Modi Vaşinqtonun təzyiqlərinə baxmayaraq, Rusiya ilə ticarət əlaqələrinin artmasında maraqlı olub.

Hindistan Rusiyadann neft alışının həcmini artırıb. Bunun iki səbəbi var. Birinci, səbəb Hörmüz boğazımda yaranan gərgin vəziyyətlə əlaqəlidir. Hindistan ABŞ-İran müharibəsindən əvvəl neftə olan tələbatının əsas hissəsini Hörmüz boğazı üzərindən əldə edirdi. Hazırda bu mümkün deyil. Ona görə Hindistan Rusiyadan neft alışını artırmaq məcburiyyətində qalıb. İkinci səbəb Rusiya neftinin qiymətlərinin Hindistan üçün münasib olmasıdır. Rusiya Qərbin sanksiyaları qarşılığında Hindistana nefti dünya bazar qiymətlərinə nisbətən ucuz satmağa üstünlük verir. Rusiyanın neft emalı zavodları Ukraynanın dron zərbələri altında olduğundan Moskva Hindistandan benzin alışını artırıb. Bu iki ölkə arasında ticarət həcminin artmasına şərait yaradır”.

O qeyd edib ki, Rusiya Hindistanla Şanxay Əməkdaşlıq Təşkilatı və BRİKS çərçivəsində də əməkdaşlığın inkişafında maraqldır:

“Şanxay Əməkdaşlıq Təşkilatının növbəti zirvə toplantısı bu ayın sonunda Qırğızıstanda keçiriləcək. BRİKS-in zirvə toplantısı isə sentyabr ayında Hindistanda baş tutacaq. Vladimir Putin hər iki sammitdə iştirak etməyi planlaşdırır. Halbuki, Rusiya Prezidenti bundan əvvəlki sammitlərdə iştirakdan ehtiyat edirdi. Bu dəfə isə Putin Yeni Dehlidəki sammitdə iştiraka üstünlük verir. Təsadüfi deyil ki, Putin Hindistanın xarici işlər naziri ilə söhbətində yaxınlarda Narendra Modi ilə görüşəcəyinə işarə edib”.

Günay

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 25 Avqust 2026 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see474

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see345

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see316

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see286

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see258

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see256

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see252

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see246

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see236

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see225

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see212

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see210

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see210

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see209

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see205

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see203

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see203

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see200

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see193

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri