Icma.az
close
up
RU
İdman siyasətinin nəticələri

İdman siyasətinin nəticələri

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

26 dekabr 2025-ci il tarixində idman yekunlarına həsr olunmuş mərasim keçirilmidir. Mərasim Azərbaycan dövlətinin idman sahəsinə yanaşmasının mahiyyətini, əldə olunan nailiyyətlərin arxasında dayanan strateji xətti və gələcəyə hesablanmış inkişaf modelini bir daha aydın şəkildə ortaya qoyur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev idmanın ölkənin sosial, siyasi və beynəlxalq həyatında oynadığı rolu geniş şəkildə təhlil edərək bu sahənin dövlət siyasətində prioritet istiqamət olduğunu vurğuladı. Azərbaycanda idmanın inkişafı ardıcıl və məqsədyönlü dövlət siyasətinin nəticəsidir. Son illər idman infrastrukturu demək olar ki, bütün regionları əhatə edib. İdmana ayrılan diqqət təkcə yüksək nəticələr əldə etməyə deyil, eyni zamanda sağlam cəmiyyətin formalaşdırılmasına xidmət edir. Bu baxımdan idman siyasəti sosial siyasətin ayrılmaz tərkib hissəsi kimi çıxış edir.

Ötən il, yəni 2025-ci il 2025-ci il Azərbaycan idmanı üçün mühüm nailiyyətlərlə yadda qalıb. İl ərzində idmançılarımız dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə uğurla çıxış edərək çoxsaylı medallar qazanıblar. Ölkə başçısı Prezident İlham Əliyev bu nəticələrin arxasında böyük zəhmət, intizam və peşəkarlığın dayandığını xüsusi qeyd edərək idmançılara, məşqçilərə və federasiya rəhbərlərinə təşəkkürünü bildirdi. Əldə edilən qalibiyyətlər təkcə fərdi qələbələr deyil, bütövlükdə Azərbaycan dövlətinin nüfuzunun yüksəlməsinə xidmət edir. Bu gün artıq beynəlxalq idman məkanında Respublikamız etibarlı tərəfdaş və nüfuzlu ev sahibi kimi tanınır. Ölkəmiz son illər bir sıra mötəbər beynəlxalq idman yarışlarına ev sahibliyi edib və bu tədbirlər yüksək təşkilatçılıq səviyyəsi ilə yadda qalıb. beynəlxalq idman təşkilatlarının Azərbaycana göstərdiyi etimad ölkədəki sabitlik, təhlükəsizlik və güclü idarəetmə sistemi ilə bilavasitə bağlıdır. Bu amillər Azərbaycanın idman diplomatiyasını da gücləndirir və ölkəmizi qlobal idman xəritəsində ön plana çıxarır.

Gənclərin idmana cəlb olunması məsələsi xüsusi yer tutur. Gənclər arasında idmanın təşviqi təkcə idmançı hazırlığı deyil, eyni zamanda vətənpərvər, intizamlı və sağlam düşüncəli nəslin formalaşdırılması deməkdir. Dövlət tərəfindən gənclər üçün yaradılan şərait, məktəb və ali təhsil müəssisələrində idman infrastrukturunun gücləndirilməsi, regionlarda idman məktəblərinin fəaliyyəti bu siyasətin real nəticələrini göstərir. Gələcək illərdə də gənclər idmanının inkişafı prioritet olaraq qalacaq.

Mərasimdə idman elminin tətbiqi, məşqçi kadrlarının hazırlanması, tibbi və psixoloji təminat məsələlərinə də toxunuldu. Müasir idman sahəsində ancaq fiziki hazırlıq kifayət etmir, elmi yanaşma və texnoloji yeniliklər mühüm rol oynayır. Qarşıdakı dövrdə idman sahəsində elmi-tədqiqatların genişləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi əsas hədəflərdən biri olacaq. Bu isə Azərbaycan idmanının rəqabət qabiliyyətini daha da artıracaq.

Azərbaycan idmançılarının qələbələri xalqın birliyini möhkəmləndirir, ölkədə pozitiv ictimai ovqat yaradır və gənclərə güclü motivasiya verir. 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasim bir daha təsdiqlədi ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən idman siyasəti real nəticələr verir. Bu siyasət yalnız bugünkü uğurlarla kifayətlənmir, gələcək nəsillər üçün də möhkəm təməl yaradır. Azərbaycan idmanı inkişaf yolunda inamla irəliləyir və qarşıdakı illərdə də yeni zirvələrin fəth ediləcəyi şübhə doğurmur.

Nigar Abdullayeva

YAP Yasamal rayonu AMEA Folklor İnstitutu

üzrə ərazi partiya təşkilatının sədr müavini

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Yanvar 2026 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri