Icma.az
close
up
RU
Dövlətin idman siyasətinin mərkəzində gənclər dayanır

Dövlətin idman siyasətinin mərkəzində gənclər dayanır

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


“Texnologiyanın fiziki fəaliyyəti azaltdığı sürətlə dəyişən dünyada idmanın əhəmiyyəti daha çox artır. Uşaqları və gəncləri aktiv həyat tərzinə təşviq etmək daha sağlam, daha inamlı və daha möhkəm bir nəslə sərmayə qoymaqdır.”
Newscenter.az xəbər verir ki, Milli Məclisin deputatı Könül Nurullayeva Milli Məclisdə 5 Mart – Bədən tərbiyəsi və idman günü ilə bağlı Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və idman federasiyaları ilə keçirilən görüşdə deyib.
O bildirib ki, əlçatan infrastrukturun yaradılması, gənclərin idmana yönləndirilməsi ölkənin gələcəyinə qoyulan sərmayədir. Çünki sağlam, nizam-intizamlı və məqsədyönlü gənclik güclü dövlətin təməlidir.
“Son illər ölkəmizdə idman sahəsinə göstərilən dövlət qayğısı, regionlarda inşa olunan müasir idman komplekslərinin, ümumtəhsil və ali məktəblərdə yaradılan idman infrastrukturunun gənc nəslin sağlam mühitdə yetişməsinə xidmət edir” deyən K.Nurullayeva bildirib ki, Prezident İlham Əliyevin idmana göstərdiyi xüsusi diqqət və qayğı, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın dəyərli təşəbbüsləri ölkəmizin dünyada idman dövləti kimi tanınmasına mühüm töhfə verir. Ölkəmizdə beynəlxalq əhəmiyyətli idman yarışlarının keçirilməsi, müasir stadionların və Olimpiya mərkəzlərinin tikilməsi Azərbaycanı dünyada idman dövləti kimi mövqeləndirib.
Milli vətənpərvərlik hissinin idmanın ayrılmaz tərkib hissəsi olduğunu bildirən K.Nurullayeva bildirib ki, “idman arenasında dalğalanan üçrəngli bayrağımız, səslənən Dövlət Himnimiz hər birimizin qəlbində eyni hissi oyadır. O an arenada bütöv bir xalqın ümidi, inamı və qüruru təmsil olunur. Qazanılan qələbə milyonların sevincinə çevrilir”.

Azərbaycanın son illər ev sahibliyi etdiyi mötəbər beynəlxalq idman tədbirlərinə uğurlu ev sahibliyinə də toxunan deputat bildirib ki, bu nailiyyətlər təkcə idman sahəsində deyil, eyni zamanda dövlətimizə göstərilən etimadın bariz ifadəsidir. Mükəmməl idman təcrübəsi olan bu tədbirlər gənclər arasında idmana marağı artırmaqla yanaşı, milli həmrəyliyimizi daha da möhkəmləndirməkdədir.
“Bu gün dövlətimizin idman siyasətinin mərkəzində məhz gənclər dayanır. Əsas hədəfimiz sağlam, savadlı, vətənpərvər, öz yolunu düzgün müəyyən edən, milli kimliyini qoruyub saxlayan, eyni zamanda qlobal düşüncə tərzinə sahib bir gənclik formalaşdırmaqdır” deyən. K.Nurullayeva diqqəti 44 günlük Vətən müharibəsinə, gənclərin ərazi bütövlüyü və suverenliyimizin bərpasında xüsusi roluna da toxundu. Qəhrəman oğullarımızın göstərdiyi şücaət, ərazi bütövlüyü və suverenliyimizin qorunması kimi ali dəyərlərin gələcək nəsillərə ötürülməsinin ən müqəddəs vəzifəmiz olduğunu qeyd etdi.

Deputat hesab edir ki, idmanın kütləviliyini təmin etmək üçün idman ixtisasları müasir elmi yanaşmalarla təkmilləşdirilməli, idman fiziologiyası, psixologiyası, qidalanma və idman menecmenti kimi sahələr daha da gücləndirilməlidir: “Çünki idmanın inkişafı yalnız fərdi təşəbbüslərlə deyil, kompleks tədbirlərlə mümkündür. Belə ki, təhsildən başlayan, sosial müdafiə ilə davam edən və peşəkar idarəetmə ilə möhkəmlənən sistem daha da inkişaf etdirilməlidir”.
Ruhiyyə Mehdiyeva
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 05 Mart 2026 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see386

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see339

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see327

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see325

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see307

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see301

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see297

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see254

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see241

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see237

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see234

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see228

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see227

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see222

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see215

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see207

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see202

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see197

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see193

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri