Icma.az
close
up
RU
İdmanla məşğul olanların qida rejimi necə olmalıdır?

İdmanla məşğul olanların qida rejimi necə olmalıdır?

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Orqanizmin möhkəmlənməsi və enerji toplamaq baxımından “sağlam qidalanmaq” idmanla məşğul olanlar üçün çox əhəmiyyətli bir mövzudur. Bəzi qidaların çoxluğu və ya əskikliyi fiziki performansınızda, inkişafınızda əhəmiyyətli rol oynayır. Bu səbəbdən idman edənlərin qidalanması sağlam, balanslı və müxtəlif olmalıdır. Zülal əzələ inkişafını və yenilənməsini dəstəkləyir. Zülalı, ümumiyyətlə qırmızı ət, ağ ət, yumurta və balıqdan ala bilərsiniz”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, dos. Gülbaba Quliyev bildirib.
G.Quliyev həmçinin əlavə edib ki, xəmir, düyü, çörək, kartof, manna yarması ağır qidalardır və qlüsit qaynaqlarıdır. Əgər qlikojen yığımı kafi olmazsa, orqanizm ehtiyac duyduğu enerjini amino asitdən (yəni zülaldan) və yağlardan almağa başlayır. Beləcə həm əzələ inkişafınız, həm idman performansınız geriləməyə başlayır. Süd məhsulları kalsium və zülalla zəngindir və təməl sümüklərinizin möhkəmlənməsinə köməkçi olur. Süd məhsullarından mütləq daim istifadə olunması məsləhətdir. Yağ qəbulunu minimuma endirmək üçün ümumiyyətlə yağsız süd və qatığa üstünlük vermək tövsiyə olunur. Krem və qaymaqlı məhsullar kalsium baxımından zəif, kalori baxımından zəngin olduqları üçün çox istifadə edilməməlidir.
Meyvə və tərəvəzlər lif, vitamin, mineral “anbarıdır”. Tərkibindəki şəkər, yəni fruktoz, qaraciyərdə qlikojen yığılmasına köməkçi olur.
“Qandakı dəmir çatışmazlığı qırmızı qan hüceyrələrinin oksigeni daşıya bilməməsinə və dolayısıyla yorğunluq, halsızlıq və gücsüzlük yaranmasına gətirib çıxarır. Bir çox qidanın içində olan dəmiri iki kateqoriyada izah edə bilərik. Birincisi mərci, göy noxud, taxıl və yumurtada olan (təxminən 5 faiz miqdarında olan), ikincisi isə ət və balıqda olan və dəmiri 25 faiz nisbətində saxlayan qidalar. Eyni zamanda C vitamini kimi bəzi vitaminlər də qırmızı qan hüceyrələri üçün çalışır və anemiyaya qarşı yaxşı mübarizə aparır. İdman edərkən su və mineral itirirsiniz. Bu səbəbdən idmanla məşğul olanların su içməsi bədənin su nisbətini qoruya bilməsi baxımından çox əhəmiyyətlidir. İdman edənlərin susamadıqları zaman belə iş əsnasında, hətta gün boyu su içməsi vacibdir. İdman edərkən susamaq etdiyiniz idmanın performansını da sala bilər. Ümumiyyətlə, mütəxəssislər idmandan tam 3 saat əvvəl həzmə asan gedən, yüngül yeməklərlə qıdalanmağı təklif edirlər. İdmanı yekunlaşdırdıqdan təxminən 2 saat sonra isə əzələləriniz qidaya ehtiyac çoxalır. Mütəxəssislər idmandan təxminən 2 saat sonra qoz, qatıq kimi yağsız zülal və ya meyvə yeyərək sağlam bir şəkildə tox qala biləcəyinizi deyir”, - deyə G.Quliyev fikrini tamamlayıb.

Afət Tahirqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 Dekabr 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see294

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see285

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see277

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see259

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see243

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see236

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see189

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see175

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see171

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see165

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri