Icma.az
close
up
RU
İdmanla məşğul olmursunuz?

İdmanla məşğul olmursunuz?

Icma.az bildirir, Azpost saytına əsaslanaraq.

Müntəzəm fiziki aktivliyin olmaması təkcə artıq çəkiyə deyil, orqanizmdə bir çox gizli problemlərin yaranmasına səbəb olur. Həkimlər bildirirlər ki, hərəkətsiz həyat tərzi dünyada vaxtından əvvəl ölüm riskini artıran əsas amillərdən biridir. AzPost RBC-Ukrayna-ya istinadla xəbər verir ki, idmandan uzaq qalmaq həm fiziki, həm də psixoloji sağlamlığa ciddi təsir göstərir.

Mütəxəssislərin sözlərinə görə, fiziki aktivliyin azalması ilk növbədə çəkinin artmasına gətirib çıxarır. Gün ərzində qəbul edilən kalori yandırılandan çox olduqda artıq çəki qaçılmaz olur. Həftədə ən azı 150 dəqiqə orta intensivlikdə hərəkət və balanslı qidalanma çəkiyə nəzarətdə mühüm rol oynayır.

İdmanla məşğul olmayan insanlarda əzələlər tədricən zəifləyir və həcmini itirir. Oturaq iş rejimi olan şəxslər bu problemlə daha tez üzləşirlər. Qeyd olunur ki, 30 yaşdan sonra insanlar hər 10 ildə əzələ kütləsinin 3–5 faizini itirir və bu prosesi yavaşlatmaq üçün gücləndirici hərəkətlər vacibdir.

Fiziki aktivliyin azlığı sümüklərin möhkəmliyinə də mənfi təsir edir. Hərəkətsizlik sümük sıxlığının azalmasına səbəb olur və zamanla sınıq riskini artırır. Gəzinti, pilləkənlə qalxma və yüngül qaçış kimi yüklənməli hərəkətlər sümüklərin güclənməsinə kömək edir.

Mütəxəssislər həmçinin bildirirlər ki, idman etməyən insanlarda stress səviyyəsi daha yüksək olur. Fiziki aktivlik zamanı beyində xoş əhval yaradan maddələr ifraz olunur və stress hormonu olan kortizol azalır. Bu da depressiya və narahatlıq əlamətlərinin zəifləməsinə kömək edir.

Hərəkətsiz həyat tərzi enerjinin azalmasına və yuxu problemlərinə də yol açır. Daimi idman ürək və ağciyərlərin fəaliyyətini gücləndirir, gündəlik işlər üçün daha çox enerji verir. Eyni zamanda, düzgün vaxtda edilən fiziki aktivlik yuxuya getməyi asanlaşdırır və yuxunun keyfiyyətini artırır.

Araşdırmalara görə, idmandan uzaq qalan insanlarda xroniki xəstəliklərin riski daha yüksəkdir. Bunlara ikinci tip şəkərli diabet, maddələr mübadiləsi pozuntuları, ürək-damar xəstəlikləri, insult, yüksək təzyiq və xolesterinin artması daxildir. Mütəxəssislər sağlam həyat üçün müntəzəm fiziki aktivliyin vacibliyini bir daha vurğulayırlar.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://azpost.info
archiveBu xəbər 06 Yanvar 2026 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see304

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see282

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see277

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see269

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see264

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see255

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see251

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see244

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see243

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see237

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see236

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see236

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see221

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see219

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see215

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see210

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see210

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see204

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see201

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri