Icma.az
close
up
RU
İdxal artır, ixrac azalır... Qiymətlər necə DƏYİŞƏCƏK?

İdxal artır, ixrac azalır... Qiymətlər necə DƏYİŞƏCƏK?

Bizim media saytına istinadən Icma.az xəbər verir.

2025-ci ildə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 49 milyard 422 milyon 580 min ABŞ dolları təşkil edib.
Bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatında qeyd olunub.
O cümlədən, 2025-ci ildə idxal əməliyyatları üzrə 24 milyard 379 milyon 730 min ABŞ dolları, ixrac əməliyyatları üzrə 25 milyard 42 milyon 850 min ABŞ dolları ticarət qeydə alınıb, saldo müsbət 663 milyon 119  min ABŞ dolları olub.
 

MÖVZU İLƏ BAĞLI:
Bu məhsul kəskin bahalaşdı - Daha da artacaq


Xatırladaq ki, 2024-cü ildə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 47 milyard 612 milyon 101 min ABŞ dolları, o cümlədən, idxal əməliyyatlarının cəmi dəyəri 21 milyard 58 milyon 44 min ABŞ dolları, ixrac əməliyyatlarının cəmi dəyəri 26 miilyard 554 milyon 57 min ABŞ dollar, saldo müsbət 5 milyard 496 milyon 13 min ABŞ dolları təşkil etmişdi.
Beləliklə, ötən il Azərbaycanın ixracı azalıb, idxalı artıb, müsbət saldo 8,3 dəfə azalıb.
İxrac gəlirlərinin azalması neft-qaz sektoruna daxil olan mallar üzrə gəlirlərin 2024-cü ildəki 23 milyard 197 milyon 549 min dollardan 21 milyard 414 milyon 602 min dollaradək geriləməsilə əlaqədardır. 
Cəmi idxalın dəyərinin artması isə əsasən nəqliyyat vasitələri və onların hissələrinin, yeyinti məhsullarının idxalının artması ilə bağlıdır.
Bəs müsbət saldonun azalmasının hansı təsirləri ola bilər?
Məsələyə münasibət bildirən iqtisadçı Natiq Cəfərli Bizim.Media-ya deyib ki, ticarət dövriyyəsində müsbət saldonun azalmasının əsas səbəbi neftin həcmidir:
“Məlumdur ki, ixracatımızın 90 faizini neft-qaz məhsulları təşkil edir. Ötən il ixrac olunan neftin həcmi təqribən 5 faiz azalıb. Eyni zamanda ixrac olunan neftin dəyəri azalıb. Nəzərə alaq ki, 2024-cü ildə neftin bir barrelinin qiyməti 80 dollar civarında idisə, ötən il bu qiymət xeyli aşağı olub. Yəni ötən il ixrac edilən neftin həm həcmi, həm də dəyəri azalıb. Nəticədə xarici ticarət dövriyyəmizdə müsbət saldonun səviyyəsi aşağı düşür.

Qeyd edim ki, müsbət saldonun bu qədər azalması yaxın keçmişdə qeydə alınmayıb. Bu göstəricinin getdikcə azalması və mənfi saldoya keçməsi ehtimalı da var. Çünki bu ildə neftin hasilatında azalmalar müşahidə olunacaq. Qiymət isə daha aşağı düşəcək.


Ən azından 2025-ci ilə nisbətən bu il neftin qiymətinin daha aşağı olması ehtimalı daha yüksəkdir. Bu ilin sonunda ola bilsin ki, satdığımızla aldığımız başa-baş olsun, ya da mənfi saldo yaransın. Bu da makroiqtisadi göstəricilərə mənfi təsir göstərə bilər. Nəticədə xaricə güclü valyuta axını başlayar”.
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://bizim.media
archiveBu xəbər 23 Yanvar 2026 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri