Icma.az
close
up
RU
Metroda qiymətlər dəyişəcək? AÇIQLAMA

Metroda qiymətlər dəyişəcək? AÇIQLAMA

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Bakı Metropoliteni” QSC-nin Maliyyə departamentinin rəisi Kamal Hüseynli metroda tarif siyasəti ilə bağlı açıqlama verib. O bildirib ki, hazırda vahid tarif modeli tətbiq olunsa da, bu sahədə analitik qiymətləndirmələr davam etdirilir. Onun sözlərinə görə, məsafə, zona və sərnişin seqmentlərinə əsaslanan diferensial tarif modelləri üzrə aparılan təhlillər gələcəkdə daha balanslı və iqtisadi cəhətdən əsaslandırılmış tarif mexanizminin formalaşdırılmasına imkan yarada bilər. Departament rəhbəri qeyd edib ki, tarif dəyişikliklərinin əsas məqsədi gəlirlərin artırılması deyil, metro xidmətinin təhlükəsizliyinin, etibarlılığının və dayanıqlılığının təmin edilməsidir.

“Yeni tarif çərçivəsində işarəvermə və enerji sistemlərinin təkmilləşdirilməsi, hərəkət qrafikinin daha stabil və çevik qurulması, qatarlararası intervalın azaldılması, 34 cüt qatarla istismar imkanlarının genişləndirilməsi, eləcə də stansiyalarda xidmət keyfiyyətinin yüksəldilməsi prioritet istiqamətlərdir. Görülən işlərin nəticələri növbəti maliyyə və fəaliyyət hesabatlarında öz əksini tapacaq”, – deyə Kamal Hüseynli vurğulayıb.

Hurriyyet.az xəbər verir ki, mövzu ilə bağlı Musavat.com-a danışan nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev isə metroda diferensial tariflərin tətbiqinin hələ tez olduğunu bildirib. Onun sözlərinə görə, bunun üçün metro şəbəkəsi xeyli genişlənməlidir: “Diferensial tarifdən danışmaq üçün ən azı daha 10 metro stansiyasının tikilməsi lazımdır. Şəbəkə genişlənmədən bu model gündəmə gələ bilməz. İndiki mərhələdə əsas müzakirə mövzusu Brutto müqaviləyə keçid olmalıdır. Bu keçid 2026-cı il yanvarın 1-dən baş verib və əsas məqsəd müxtəlif nəqliyyat növlərinin inteqrasiyasını sürətləndirməkdir”.

Ekspert bildirib ki, bu model çərçivəsində gündəlik, aylıq və illik bilet paketləri, eləcə də güzəştli kateqoriyalar üçün xüsusi tariflər nəzərdə tutulur: “Güzəşt qruplarına tələbələr, təqaüdçülər, müharibə veteranları daxildir. Bu sistemdə 90 dəqiqəlik pulsuz tranzit vaxtı da önəmli yer tutur. Uzaq məsafədən – Sumqayıt, Ələt, Bilgəh kimi ərazilərdən gələn sərnişinlərin xərcləri daha çox olur. Onlar üçün gündəlik və aylıq güzəşt paketləri tətbiq edilə bilər. Sərnişin bir dəfə ödəniş edir və 90 dəqiqə ərzində həmin ödənişlə müxtəlif nəqliyyat vasitələrindən istifadə edə bilir. Bu da xərclərin optimallaşdırılması deməkdir”.

Rauf Ağamirzəyev qeyd edib ki, hazırda Bakı metrosunun 27 stansiyası fəaliyyət göstərir: “Bu proses daha çox 2030-cu ildən sonra mümkün görünür. Hazırkı mərhələdə tələskənliyə yol vermək olmaz. İndiki şəraitdə metroda diferensial tarif dəyişikliyini real hesab etmirəm”.

Qeyd edək ki, diferensial tarif modeli sərnişinlərin metrodan istifadə məsafəsinə, hərəkət zonalarına və sosial kateqoriyalarına (tələbə, təqaüdçü, işləyən sərnişinlər və s.) uyğun olaraq fərqli ödəniş etməsini nəzərdə tutur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 08 Yanvar 2026 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see604

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see426

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see307

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see294

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see277

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see267

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see264

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see241

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see221

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see212

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see210

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see202

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see193

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see192

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see191

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see189

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see182

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see177

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see175

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri