Icma.az
close
up
RU
İdxal olunan panko zəhərləyə bilər Ekspertdən XƏBƏRDARLIQ

İdxal olunan panko zəhərləyə bilər Ekspertdən XƏBƏRDARLIQ

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

 Ağa Salamov: "Laboratoriya yoxlamasından keçməyən məhsullar ölkəyə buraxılmamalıdır" 

Çindən idxal olunan ümumi çəkisi 2 ton təşkil edən çörək qırıntıları (panko) məhsulundan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən nümunələr götürülərək müayinələrə cəlb edilib.

Bu barədə AQTA-nın məlumatında bildirilir ki, “Premium Food Baku” MMC tərəfindən idxal olunan məhsul "Yantai Yuji Foodstuff Co." müəssisəsinin istehsalı olub. "Laborator müayinələrin nəticələrinə əsasən, məhsulda kif və maya göbələkləri üzrə uyğunsuzluq aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyası məhv edilib", - məlumatda vurğulanıb.

Qida məsələləri üzrə ekspert Ağa Salamov “Sherg.az”a açıqlamasında bildirdi ki, panko məhsuluna ölkəmizdə tələbat çoxdur:

"Amma təəssüf ki, bizim çörək zavodları bu məhsulun istehsalı ilə məşğul olmur. İri dənəli pankolar istehsal edilə bilər. Pankoya əhali arasında suxarı deyilir. Nəyə görə tələbat azdır, ona görə ki, suxarı istehsal olunmur. İstehsal olunanlar da yaponların istehsal etdiyi kimi iri dənəli deyil, xırda dənəlidir. Panko yemkləri var, xırçıldayan balıq, xırçıldayan toyuq, toyuq dırnaqları, balıq barmaqları, Chicken fingers, Chicken strips və ya toyuq nagetsi, Panrlanmış balıq çubuqları, Fish and chips, Kiyev kotleti və sair kimi menyular var. Bunların hazırlanmasında Panko-lardan istifadə olunur. Restoran biznesinə aid menyulardır və onların hazırlanması üçün bu ərzağa ehtiyac var. Ona görə də idxal olunur ölkəyə. Halbuki özümüz də bunu istehsal edə bilərik. 

A.Salamov qeyd etdi ki, idxal məhsullarında mitotoksin aşkarlana bilir: 

- İstehsal xəttində qırılma varsa, məhsul düzgün şərtlər altında saxlanmayıbsa, nisbi rütubət qorunmursa, bu, məhsulun tərkibində mitotoksin (kif göbələklərinin əmələ gətirdiyi zəhərli maddə) əmələ gəlməsinə səbəb olur, bu da qida zəncirinin sonunda zəhərlənməyə gətirib çıxara bilir. Hətta saxlanma qaydası, istehsal partiyaları uyğun ola bilər, amma məsələn, daşınmada və ya satışda hr hansı qayda pozuntusu olacaqsa, nisbi rütubət nəzərə alınmayacaqsa, qırılmalar baş verir, kiflənmə mikotoksinlərin əmələ gəlməsinə, bu da öz növbəsində zəhərlənməyə gətirib çıxaracaq. AQTA-nın məhsuldan nümunələr götürərək yoxlaması onu deməyə əsas verir ki, laborator müayinə olunmadan heç bir məhsul ölkəyə idxal edilməməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 İyul 2026 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see360

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see358

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see319

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see308

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see307

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see292

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see290

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see281

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see249

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see247

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see238

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see233

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see230

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see229

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see220

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see213

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see191

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see189

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri