Icma.az
close
up
RU
İƏT dən Qərbi azərbaycanlıların qayıdış hüququna dəstək

İƏT dən Qərbi azərbaycanlıların qayıdış hüququna dəstək

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Pərvanə SULTANOVA
[email protected]

Məlum olduğu kimi, bu günlərdə İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasında bir sıra əhəmiyyətli qərarlar və qətnamələr qəbul olunub. Onların arasında Qərbi Azərbaycan İcması ilə bağlı qətnamə də var ki, bu, qeyd edilən mövzu üzrə qəbul edilmiş ilk sənəddir.

Ümumiyyətlə, yekunda Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş 5 qətnamə dəstəklənib. İƏT çərçivəsində ilk dəfə olaraq qəbul olunan "Hazırkı Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ" adlı qətnamədə təşkilata üzv ölkələrin Qərbi Azərbaycan İcmasının öz yurdlarına ləyaqətli qayıdış hüququna dəstəyi ifadə olunur, habelə Ermənistan tərəfindən sözügedən İcmanın hüquqlarının inkar olunması qınanılır. Bu qətnamə ilə yanaşı, "İstanbul Bəyannaməsi"ndə Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesində əldə olunan irəliləyişlər alqışlanır, Ermənistan tərəfinə sülh müqaviləsinin imzalanmasının qarşısında duran siyasi və hüquqi məsələlərin aradan qaldırılması ilə bağlı çağırış edilir. Bəyannamə, həmçinin Ermənistanın təcavüzü nəticəsində öz yurdlarından didərgin düşən məcburi köçkünlərin ləyaqətli geri qayıdışını təmin etmək istiqamətində Azərbaycanın yenidənqurma və minatəmizləmə səylərinə dəstəyi ifadə edir. Sənəddə, indiki Ermənistan ərazilərindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququnun mövcudluğu təsdiqlənir və Ermənistan tərəfinin Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi qınanılır.

"1992-ci il Xocalı qətliamı qurbanları ilə həmrəylik" adlı qətnamədə isə Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən 1992-ci ilin fevralında Azərbaycan Respublikasının Xocalı şəhərində, habelə Azərbaycanın əvvəllər işğal olunmuş digər ərazilərində törədilən müharibə cinayətləri, insanlıq əleyhinə və soyqırımı cinayətləri bir daha qətiyyətlə pislənir, üzv dövlətlər törədilmiş cinayətlərin tanınması üçün lazımi səylər göstərməyə çağırılır.

"Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması" adlı qətnamədə Ermənistanın Azərbaycana qarşı nəticələrinin hələ də davam etdiyi təcavüzü bir daha qətiyyətlə pislənir, Azərbaycanın postmünaqişə dövründə işğaldan azad olunmuş ərazilərində apardığı bərpa və yenidənqurma fəaliyyətinə dəstək ifadə olunur.

Bu gün Azərbaycan üçün əsas məsələlərdən biri də azad edilmiş ərazilərin minalardan təmizlənməsidir. 44 günlük müharibədən sonra 400-ə yaxın vətəndaşımız mina partlamasının qurbanı olub. İƏT-in "Azərbaycan Respublikasına iqtisadi dəstək" adlı qətnaməsində üzv dövlətlər, İslam maliyyə institutları ölkəmizin yenidənqurma, habelə minatəmizləmə fəaliyyətinə dəstək göstərməyə çağırılır.

Daha bir qətnamə isə "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycan Respublikasının ərazilərində İslam dininə aid tarixi və mədəni abidələrin və izlərin dağıdılması və təhqir olunması" adlanır ki, burada keçmiş işğal dövründə Ermənistan tərəfindən Azərbaycan ərazilərində İslam mədəni irs nümunələrinə qarşı törədilən vandalizm aktları qətiyyətlə pislənir və Ermənistanın bu cinayətlərinə görə Azərbaycanın irəli sürdüyü reparasiya tələbi dəstəklənir.

Göründüyü kimi, bu qətnamələrin hamısı Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır.  Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın sədrliyi ilə keçən toplantının əsas mövzusu "Dəyişən Dünyada İslam Əməkdaşlıq Təşkilatı" olub. Bu mövzu ətrafında aparılan müzakirələrdə İƏT-ə üzv 57 ölkə ilə yanaşı, təşkilata bağlı qurumlar, müşahidəçi ölkələr və digər beynəlxalq təşkilatlardan təxminən 1000-ə yaxın nümayəndə iştirak edib.

Ümumiyyətlə, İƏT yarandığı vaxtdan daim İslam dünyasını narahat edən problemləri diqqətdə saxlayaraq, onları müzakirəyə çıxarır və müvafiq sənədlər qəbul edir.

1969-cu ilin 25 sentyabr tarixində Rabat şəhərində (Mərakeş Krallığı) müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında qəbul edilmiş qərara əsasən İslam Konfransı Təşkilatı (İKT) yaradılıb. Həmin sammit zamanı qəbul edilmiş bəyanat görüşdə iştirak edən dövlətlər arasında iqtisadiyyat, elm, mədəniyyət və digər sahələrdə əməkdaşlıq və qarşılıqlı yardım üzrə məşvərətlərin keçirilməsi, öz aralarında yaranacaq problemlərin BMT-nin məqsəd və prinsipləri əsasında həll edilməsi barəsində öhdəlikləri əks etdirir. Bu tarixi hadisədən altı ay sonra, 1970-ci ilin mart ayında Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçirilmiş İKT Xarici İşlər Nazirlərinin I konfransında İƏT Baş Katibliyi təsis edilib. 2011-ci ildə Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilmiş İKT Xarici İşlər Nazirləri Surasının 38-ci sessiyası zamanı İslam Konfransı Təşkilatının adı İslam Əməkdaşlıq Təşkilatı adı ilə əvəz olunub. Hazırda 57 dövlət İƏT-ə üzvdür. Bəzi dövlətlər, müsəlman icmaları, habelə bir sıra beynəlxalq və regional təşkilat İƏT yanında müşahidəçi statusa malikdir. İƏT 1975-ci ildən etibarən BMT yanında müşahidəçi statusa malikdir.  2013-cü ilin iyun ayından etibarən İƏT-in Avropa İttifaqı yanında daimi müşahidəçi missiyası fəaliyyətə başlayıb.

Azərbaycanın xarici siyasətində İƏT-lə münasibətlərinin inkişafı prioritet istiqamətlərdəndir. Öz müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikalarından ilk olaraq Azərbaycan İƏT-ə üzv olmaq barədə müraciət edib və 1991-ci ilin dekabrın 8-də İƏT-in Dakarda keçirilmiş dövlət və hökumət başçılarının 5-ci konfransında təşkilata tamhüquqlu üzv qəbul olunub. Bu, həmin dövrdə erməni təcavüzünə məruz qalmış ölkəmizin öz haqq səsini dünyaya çatdırması və İslam dövlətləri tərəfindən dəstəklənməsi üçün mühüm bir tribuna idi. İƏT 90-cı illərdən başlayaraq işğalla bağlı bir sıra qətnamələr qəbul edib. Onların arasında 1996-cı ildəki "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında" başlıqlı qətnamə Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında önəmli rol oynadı.

2013-cü ilin fevral ayında İƏT-in Qahirə şəhərində keçirilmiş Zirvə toplantısında qəbul edilmiş yekun kommünikedə Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı yekdil və birmənalı mövqeyi əks olunur, eyni zamanda, Xocalı qətliamı soyqırım aktı və insanlığa qarşı törədilmiş cinayət kimi tanınıb.

İƏT sonrakı mərhələdə də Ermənistanın təcavüzünü, xüsusilə Azərbaycana hücumlarını, Tovuz təxribatını, İkinci Qarabağ müharibəsində cəbhədən uzaq olan regionların hədəf almasını kəskin pisləyib, ölkəmizin haqq işinə dəstək verib. Bu gün də Qərbi azərbaycanlıların qayıdış hüququnu tanımaqla ölkəmizin haqlı mövqeyinə dəstəyini növbəti dəfə ifadə edib.

İƏT-in İstanbul Bəyannaməsi və Azərbaycanın irəli sürdüyü qətnamələrin qəbulu Bakının yaratdığı yeni reallıqların dəstəklənməsi, ölkəmizin növbəti diplomatik uğurudur. Qərbi Azərbaycanla bağlı məsələ və bu istiqamətdə aparılan iş beynəlxalq hüquqa, ədalətə əsaslanır. Hər kəsin öz doğma yurdunda yaşamaq hüququ var. Beynəlxalq hüquqda da, insan haqları konvensiyalarında da bu hüquq tanınır.

Amma Qərbi azərbaycanlıların qayıdış hüququnu tanımaq istəməyən rəsmi İrəvan İƏT-in sənədlərindən narahat qalıb və yenə də təhrifə əl atıb. Ermənistan Xarici İşlər Nazirliyi Qərbi azərbaycanlıların Ermənistandan guya könüllü köçdüklərini, onlar tərəfindən kompensasiya ödəndiyini və bu ölkədəki Azərbaycan mədəni irsinin qorunduğunu iddia edən yalanlarla dolu bəyanat yayıb.

Azərbaycan XİN-in cavabında isə vurğulanıb ki, İƏT-in qəbul etdiyi qətnamələr, o cümlədən "indiki Ermənistan ərazisindən zorla və sistemli şəkildə qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququ" adlı qətnamə tarixi faktları əks etdirir və beynəlxalq hüquq və ədalət prinsiplərinə əsaslanır. Ermənistanın iddialarının əksinə olaraq, azərbaycanlıların indiki Ermənistandan sistemli şəkildə qovulması könüllü deyil, zorakılıq, hədə-qorxu və insan hüquqlarının kobud şəkildə pozulması ilə yadda qalıb. İƏT-in azərbaycanlıların geri qayıtmaq hüququnu dəstəkləməsi Ermənistanın əsassız şəkildə təqdim etdiyi "ərazi iddiası" deyil, ədalətə və onların fundamental hüquqlarının bərpasına çağırışdır.

XİN bəyan edib ki, 700 mindən artıq azərbaycanlını köçkün vəziyyətinə salmış və 2023-cü ildə Azərbaycanın suverenliyinin bərpası ilə yekunlaşmış ərazilərimizin Ermənistan tərəfindən təxminən 30 il davam edən qanunsuz işğalı kontekstini nəzərə alaraq, Ermənistanın 2023-cü il antiterror tədbirlərinə dair iddiası da eyni dərəcədə əsassızdır.

Qərbi Azərbaycan İcması da bəyanat yayaraq, azərbaycanlıların Ermənistandan bu ölkənin hakimiyyət orqanlarının birbaşa iştirakı ilə, zor tətbiq etməklə çıxarıldığını açıqlayıb. Qeyd olunub ki, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın azərbaycanlıların Ermənistandan qovulmasını "tarixi uğur" kimi təqdim etməsi, sözügedən faciənin Ermənistanın dövlət siyasəti olduğunu göstərir: "Qayıdış hüququndan imtina müqabilində "kompensasiya" ödənilməsi barədə iddiaya gəlincə, qeyd edək ki, ilk dəfə Ermənistanın Baş naziri səviyyəsində 2023-cü ilin avqust ayında irəli sürülmüş bu yalanla bağlı Ermənistan tərəfi hələ də bir sübut ortaya qoymayıb. Ermənistan ərazisindəki müsəlman irsinə gəlincə, bu ölkə ərazisində dövlət qeydiyyatına alınmış 269 məsciddən 268-i və 700-ə yaxın məzarlıq yer üzündən silinib. Ermənistan hökumətinin yalana söykənərək qayıdış hüququmuzu inkar etməsi, dialoqdan yayınması bu ölkənin sülh və barışıq niyyətində olmadığını göstərir".

Beləliklə, gedişat göstərir ki, İrəvan faktların təhrifi, Qərbi  azərbaycanlıların qayıdış hüququnun inkarı ilə heç nə əldə edə bilməyəcək. Vaxtilə işğal etdiyi ərazilərimizlə bağlı da eyni ritorika ilə danışır, eyni yalanları uydururdular. Bakı bu məsələni beynəlxalq müstəviyə çıxarıb, faktlarla öz mövqeyini əsaslandırır və artıq İƏT kimi nüfuzlu bir təşkilatın qətnaməsi mövcuddur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://525.az
archiveBu xəbər 30 İyun 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ nüvə obyektinə qarşı bunker bombalarından istifadə etməyib

28 İyun 2025 19:35see142

Xalq artisti Rusiyada azərbaycanlıların başına gələnlərə reaksiya verdi

29 İyun 2025 22:40see136

Hüseyn Böyükfırat vaxtsız gedən övladından yazdı FOTO

28 İyun 2025 23:43see127

Sergey Markov Yekaterinburq hadisələri ilə bağlı: Biz dəqiq araşdırma və rəsmi izahat gözləyirik

29 İyun 2025 01:43see123

Polis polkovnik leytenantı vəfat etdi

28 İyun 2025 22:16see119

Hizbullah ın bölmə komandanı zərərsizləşdirib

28 İyun 2025 23:23see118

Qızı mənə zəng vurdu dedi ki, nənə ata anamın boğazını kəsdi Kürdəmirdəki dəhşətli qətlin təfərrüatı

29 İyun 2025 20:17see117

Spirtli içki ailə faciəsinə səbəb oldu: Ərini bıçaqlayaraq öldürdü VİDEO

28 İyun 2025 21:08see116

Lerikdə qardaşlar qonşunun arvadını döydülər

28 İyun 2025 19:22see116

“Sığortaya salınsın, insanlar ölür”

29 İyun 2025 00:06see116

İsrail ordusu Hizbullah üzvünü məhv etmək üçün Livana zərbələr endirib

28 İyun 2025 23:36see115

Diaspor Komitəsindən açıqlama

29 İyun 2025 22:44see115

Rusiya taktikasını dəyişir: Kiyev yenidən əsas hədəfə çevrilir

28 İyun 2025 20:29see114

Simonyan Paşinyanı təhqir etdi

30 İyun 2025 02:12see114

Həsrət Məmmədyarov: İldən ilə nəticəmiz daha da yaxşılaşacaq”

30 İyun 2025 00:29see114

Sirkə turşusu içən qadın Bakıya gətirildi

28 İyun 2025 19:56see113

Qarabağ formalarını Şuşadan təqdim etdi Şəkillər

29 İyun 2025 20:43see113

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

29 İyun 2025 00:01see113

Dünyanın ən zəngin 50 qadınının siyahısı açıqlandı

30 İyun 2025 05:31see113

Zamanın üçüncü ölçüsü kəşf edildi...

29 İyun 2025 20:25see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri