Icma.az
close
up
RU
Qərbi azərbaycanlıların qayıdış hüququna həsr olunan konfransın iştirakçıları ilə görüşlər

Qərbi azərbaycanlıların qayıdış hüququna həsr olunan konfransın iştirakçıları ilə görüşlər

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda keçirilən “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda ikinci beynəlxalq konfrans çərçivəsində Qərbi Azərbaycan İcmasının İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Ramil Həsən dekabrın 5-də Norveç Resurs Mərkəzinin direktoru Alim Tahir Mahmud ilə görüşüb. SİA xəbər verir ki, görüşdə Ramil Həsən özünün doğulduğu torpaqlardan 35 ildir uzaq düşdüyü, yaxınlarının məzarını ziyarət edə bilmədiyi barədə qonağı məlumatlandırıb.

X X X

Ramil Həsən bu gün, həmçinin Heydər Əliyev Avrasiya Araşdırmaları Mərkəzinin direktoru, İbn Haldun Universitetinin beynəlxalq siyasət professoru Yaşar Sarı ilə görüş keçirib. Ramil Həsən diqqətə çatdırıb ki, ötən əsrdə dörd dəfə həyata keçirilən deportasiya Qərbi azərbaycanlılar üçün ağır nəticələrlə müşayiət olunub. Onlar öz ata-baba yurdlarından qovulublar. Bu gün həmin insanların əsas istəkləri sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə öz evlərinə geri qayıtmaqdır.

X X X

Bu gün, eyni zamanda, Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının sədr müavini, Milli Məclisin deputatı Kamal Cəfərov ilə “Vestnik Kavkaza” İnformasiya Analitik Agentliyinin ingilisdilli versiyasının baş redaktoru Marina Laqutina arasında görüş olub. K.Cəfərov bildirib ki, Ermənistan hökuməti qovulmuş azərbaycanlıların hüquqlarını bərpa etmək sahəsində tədbir görməkdən imtina edir. İcma Ermənistanın baş naziri Nikol Paşinyana bununla bağlı müraciət etsə də, dialoqa çağırış cəhdləri indiyədək cavabsız qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Dekabr 2024 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see293

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see198

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see172

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see157

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see156

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see145

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see141

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri