İƏT in nümayəndəsi: İtkin düşmüş şəxslər məsələsinin həlli etimadın yaranmasına töhfə verə bilər
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 9 oktyabr, AZƏRTAC
İtkin düşmüş şəxslərlə bağlı vəziyyət ikiqat əzab deməkdir. Bu, sevdiklərini itirmək, qeyri-müəyyənlik, dayandırılmış ümid və ümidsizlik içində əzab çəkmək, yas saxlaya bilməmək və sağala bilməməkdir.
AZƏRTAC xəbər verir ki, bunu oktyabrın 9-da Bakıda “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Haqları Komissiyasının Katibliyinin sədr müavini Mahi Həsən Əbdül-Lətif deyib.
O bildirib ki, Cenevrə Konvensiyası və əlavə protokollar çərçivəsində dövlətlər itkin düşmüş şəxslərin taleyini müəyyən etmək və ailələrinə məlumat vermək öhdəliyinə malikdir. “İtkin düşmüş şəxslər məsələsinin həlli düşmənçiliyi, etimadsızlığı və dözümsüzlüyü azaltmağa, etimad yaratmağa və mübahisələrin siyasi həllini tapmaq səylərini asanlaşdırmağa töhfə verə bilər”, - deyə o vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 09 Oktyabr 2025 14:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















