Icma.az
close
up
RU
İƏT müstəvisində növbəti uğur.

İƏT müstəvisində növbəti uğur.

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Təşkilat Azərbaycanla bağlı dörd qətnaməni yenidən qəbul edib

Azərbaycanın xarici siyasətində  beynəlxalq təşkilatlarla əməkdaşlıq mühüm yer tutur. Məhz bunun nəticəsidir ki, ölkəmiz bir sıra beynəlxalq platformaların fəal üzvüdür. Eyni zamanda, Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində də aktiv siyasət həyata keçirir. Bu təşkilatlar arasında İslam Əməkdaşlıq Təşkilatı xüsusi vurğulanmalıdır.

İƏT-in fəal üzvü...

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ailəsinin fəal üzvü kimi həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində üzv dövlətlərlə sıx əməkdaşlıq edir. Son bir neçə il ərzində Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin xarici işlər, mədəniyyət, turizm, təhsil, əmək və digər nazirləri səviyyəsində bir sıra görüşlər keçirilib. Bundan başqa, İƏT Baş katibinin və təşkilatın məsul şəxslərinin intensiv olaraq ölkəmizə səfərləri Azərbaycanın müsəlman dünyasında nüfuzunun və mövqeyinin əyani göstəricisidir. Biz bu faktlara ölkəmizin 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsini də əlavə edə bilərik.

Yeri gəlmişkən, oktyabrın 17-18-də İraqın paytaxtı Bağdad şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 52-ci sessiyası keçirilib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, Azərbaycanı sessiyada xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Sessiya zamanı İƏT üzv dövlətlərinin gündəliyində olan aktual məsələlər, regional və beynəlxalq çağırışlar, İƏT məkanında baş verən yeniliklər, əhəmiyyətli hadisələr, eləcə də üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi və təşkilatın fəaliyyətinin səmərəliliyinin artırılması üzrə müzakirələr aparılıb. Tədbir çərçivəsində əsas plenar iclasda və “Sülh və davamlı inkişafın təşviqində dialoq və həmrəylik - iki əsas sütun” mövzusuna həsr olunmuş xüsusi sessiyada çıxışlar edilib. Y.Rəfiyev çıxışında regionda baş verən hərbi qarşıdurmalar, artan gərginlik və dünyada İslamofobiya trendinin yüksəlməsi ilə bağlı narahatlıq ifadə edib, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, Fələstin məsələsi, eləcə də ölkəmizin qarşıdan gələn İƏT Zirvə Konfransına sədrliyinin prioritetlərinə toxunub.

Bağdad Bəyannaməsinin əhəmiyyəti...

Sessiyanın yekununda isə siyasi, iqtisadi, humanitar-mədəni və bir sıra digər istiqamətlərlə bağlı qətnamələr, habelə Bağdad Bəyannaməsi qəbul edilib. Tədbirin Azərbaycan üçün əsas əlamətdar nəticələrindən biri İƏT XİN Şurası  tərəfindən ölkəmizlə bağlı ənənəvi əsasda qəbul edilən dörd qətnamənin (“Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması”, “Azərbaycan Respublikasına iqtisadi yardım”, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycan ərazilərində İslam tarixi və mədəni abidələrinin və izlərinin dağıdılması və təhqir edilməsi” və “1992-ci il Xocalı qətliamının qurbanları ilə həmrəylik”) müvafiq yenilikləri əks etdirməklə yenidən qəbul edilməsi və Bağdad Bəyannaməsində Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı bəndin yer alması olub.

Bağdad Bəyannaməsində Azərbaycan-Ermənistan normallaşma prosesindəki irəliləyişlər, xüsusilə iki dövlət arasında sülh və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Sazişin paraflanması alqışlanır, Ermənistan tərəfinə İƏT üzv dövlətləri adından sülh sazişinin imzalanması istiqamətində yerdə qalan hüquqi və siyasi əngəllərin aradan qaldırılması ilə bağlı çağırış edilir. İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması səylərində  Azərbaycan Respublikası Hökuməti və xalqı ilə həmrəylik ifadə edilir, habelə həmin ərazilərdə minalardan təmizlənmə fəaliyyətinə fəal dəstək verilməsi üçün İƏT üzv dövlətlərinə çağırış edilir.

Bununla yanaşı, sessiya çərçivəsində baş tutmuş müvafiq səsvermənin nəticələrinə əsasən Azərbaycan nümayəndəsi Aydın Səfixanlı İƏT Müstəqil Daimi İnsan Haqları Komissiyasının 2027-2030-cu illər üzrə üzvü seçilib. Tədbir çərçivəsində Y.Rəfiyev ilə Qambiyanın xarici işlər naziri Serinq Modu Njiye, Türkiyənin xarici işlər nazirinin müavini Musa Kulaklıkaya və İraqın xarici işlər nazirinin müavini Məhəmməd Hüseyin Bəhr Əl-Ulum arasında ikitərəfli görüşlər keçirilib. Görüşlərdə İƏT çərçivəsində bu ölkələrlə əməkdaşlıq məsələləri müzakirə edilib.

Ölkəmiz İslam həmrəyliyinə töhfələr verir

Bütün bunlar göstərir ki,  Azərbaycan dövləti İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə geniş əlaqələrə malikdir. Beynəlxalq müstəvidə İslam həmrəyliyinə və sivilizasiyalararası dialoqun inkişafına mühüm töhfələr verən ölkəmiz bu nüfuzlu təşkilatın fəal üzvlərindən biridir. İƏT nüfuzlu beynəlxalq qurum olaraq ötən illər ərzində hər zaman Ermənistanın işğalçılıq siyasətini pisləyib, Azərbaycanın ədalətli mövqeyinə dəstək nümayiş etdirib. Bu qurum, həmçinin Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Təqdirəlayiq haldır ki, 44 günlük Vətən müharibəsində də İƏT Azərbaycanın haqq işinə dəstək nümayiş etdirib. İƏT-in Baş Katibliyinin, İƏT-in Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı Təmas Qrupunun üzvlərinin və İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESCO) nümayəndə heyətləri bir neçə dəfə ölkəmizin işğaldan azad edilmiş ərazilərinə səfər ediblər. Onların Ermənistan tərəfindən İslam irsinə qarşı törədilmiş vəhşiliklərin bilavasitə şahidi olmasının da böyük əhəmiyyəti var. Çünki Ermənistanın İslama qarşı tutduğu düşmənçilik mövqeyi bütün müsəlman ölkələrinin ictimaiyyətinə çatdırılır.

Nardar BAYRAMLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:42
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 Oktyabr 2026 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see294

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see290

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see280

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see267

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see260

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see256

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see243

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see231

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see224

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see217

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see212

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see212

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see211

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see208

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see203

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see194

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see194

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see183

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see178

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri