Icma.az
close
up
RU
Rəsmi Bakıdan növbəti uğur: Azərbaycanın D8ə üzvlüyü ilə İƏT daha da güclənəcək ŞƏRH

Rəsmi Bakıdan növbəti uğur: Azərbaycanın D8ə üzvlüyü ilə İƏT daha da güclənəcək ŞƏRH

Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan xarici siyasətində müntəzəm olaraq yeni uğurlara imza atır. Bu, özünü zaman- zaman, müxtəlif istiqamətlərdə göstərir.

Bu gün rəsmi Bakı Misirin paytaxtı Qahirədə İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı D-8 təşkilatının üzvü seçilib. Təşkilatın təməli Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında qoyulub. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub. Təxminən 28 il əvvəl yaradılan təşkilat indiyə kimi genişlənməyib. Yəni ilk dəfə olaraq Azərbaycanın timsalında D-8 genişlənib. Bu, rəsmi Bakının regionda və beynəlxalq müstəvidə yaratdığı yeni geosiyasi reallıqların təzahürü olmaqla yanaşı, həm də Azərbaycanın qüdrətli aktor kimi qəbul edilməsinin nəticəsidir.

Təşkilata üzvlüklə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib ki, ədaləti və beynəlxalq hüququn norma və prinsiplərini özünün prioritet məqsədi kimi qarşıya qoyan rəsmi Bakı D-8-in təməl prinsiplərinin qorunmasına, təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsində mühüm rol oynayacaq:

"Bu çərçivədə həmçinin geniş regionumuzda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət, nəqliyyat, kommunikasiya və bir sıra digər vacib istiqamətlərdə əlaqələrin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Tarix boyu Şərq ilə Qərb arasında körpü rolu oynamış, İslam dünyasının əsas mədəni, dini və sivilizasiya mərkəzlərindən biri olan Azərbaycanın D-8 üzvlüyü eyni zamanda, İslam həmrəyliyinin möhkəmlənməsində, İslam dəyərlərinin dünyada təbliğində və islamofobiya ilə mübarizə sahəsində böyük töhfə olacaq".

Azərbaycanın D-8- ə qəbul edilməsi təkcə bu təşkilatın özünün deyil, həm də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) siyasi və iqtisadi cəhətdən güclənməsinə kömək edəcək. Bu konteksdə xüsusilə Azərbaycanın iqtisadi və logistika imkanlarını qeyd etmək olar. Azərbaycan tranzit bir ölkə Şərq və Qərb arasında körpü rolunu oynamağa davam edəcək. D-8-ə üzvlük isə bu istiqamətdə rəsmi Bakının rolunu daha da qüvvətləndirəcək.

Bundan başqa, Azərbaycanın siyasi qüdrəti də, əlbəttə, həm D-8, həm də İƏT üçün müstəsna rol oynayacaq. Məhz rəsmi Bakının timsalında hər iki təşkilatın beynəlxalq müstəvidəki çəkisi daha da artacaq. Azərbaycanın yeni üzv kimi təşkilat daxilində oynayacağı rolu dünya liderləri də yaxşı başa düşür, müsbət qiymətləndirirlər. Bu baxımdan, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın üzvlüyü ilə bağlı təbrikində qeyd etdiyi fikirlər xüsusi xarakterikdir. Belə ki, o, təbrikində deyib: "Azərbaycanın təşkilatımıza üzv olması ilə birlikdə bu gün dünəndən daha güclüyük".

Misir Prezidenti Əbdül Fəttah əs-Sisi isə bildirib ki, Azərbaycanın təşkilata üzvlüyü ölkələr arasında əlaqələrdə yeni səhifə açacaq. Hər iki liderin səsləndirdiyi fikirlər Azərbaycanın dünyada artan rolunun qiymətləndirilməsi ilə yanaşı, həm də D-8-ə verə biləcəyi töhfənin təzahürüdür.

Başqa bir məqam isə ondan ibarətdir ki, məhz rəsmi Bakının D-8-ə üzvlüyü ilə islamafobiyaya qarşı mübarizə daha da güclənəcək. Azərbaycan onsuz da indiyə qədər bu istiqamətdə fəal işlər görürdü. İndi isə islamafobiyaya qarşı mübarizədə Azərbaycanın daha təsirli addımlar atmasına şərait yaranacaq. Bu, əlbəttə, təkcə Azərbaycan yox, D-8-in bütün üzvləri və bütövlükdə müsəlman dünyası üçün ciddi dividentdir.

Beləliklə, Azərbaycanın sözügedən təşkilata üzvlüyü ilə nəinki ölkənin xarici siyasət kursunda, həm də müsəlman aləmində yeni mərhələ başlandı. Bu mərhələ rəsmi Bakının da səyləri nəticəsində təşkilatın daha ciddi uğurlar qazanması ilə yadda qalacaq.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://report.az
archiveBu xəbər 19 Dekabr 2024 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see184

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see130

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see130

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see128

“Erməni kilsəsi milli siyasi manipulyasiya mərkəzi olub”

23 Dekabr 2025 10:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri