İflic olan aktyorun vəziyyəti barədə açıqlama
Icma.az bildirir, Metbuat portalına istinadən.
Aktyor Möylə Mirzəliyevin vəziyyəti ağır olaraq qalır.
Metbuat.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Yeni Klinikadan məlumat verilib.
Bildirilib ki, aktyorun müalicəsi reanimasiya şəraitində davam etdirilir:
“Möylə Mirzəliyev həmçinin böyrək çatışmazlığı problemi yaşayır. Bu səbəbdən davamlı hemodializ olunur”.
Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev bir müddət əvvəl özəl tibb müəssisələrinin birində əməliyyat olunub. Əməliyyatdan sonra aktyorda yuxarı və aşağı ətrafların iflici qeydə alınıb və o, uzun müddət digər tibb müəssisəsinin reanimasiya və intensiv terapiya şöbəsində müalicə edilib.
Aktyor vəziyyəti daha da ağırlaşdıqdan sonra Yeni Klinikaya yerləşdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 01 Aprel 2025 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















