Icma.az
close
up
RU
Iğdır Naxçıvan qaz boru kəməri açıldı İran necə reaksiya verəcək?

Iğdır Naxçıvan qaz boru kəməri açıldı İran necə reaksiya verəcək?

Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Iğdır-Naxçıvan qaz boru kəmərinin açılışı olub. Açılış mərasimində verilən məlumata əsasən gələcəkdə Türkiyə ərazisindən keçməklə Naxçıvana elektrik və hətta dəmiryol xəttinin də çəkilməsi gözlənilir.

İndiyə qədər Naxçıvana qazın hamısı, elektrik enerjisinin bir hissəsi İran üzərindən ötürülüb. 

Naxçıvanla enerji və nəqliyyat əlaqələrinin Türkiyə üzərindən yaradılmasının əhəmiyyəti nədir? 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli İğdır-Naxçıvan qaz kəmərinin fəaliyyətə başlaması geosiyasi, geoiqtisadi və geostrateji baxımdan mühüm əhəmiyyətə malik olduğunu bildirib:

“Azərbaycan dövləti bu qaz kəmərinin açılışı ilə Naxçıvanın enerji təhlükəsizliyi istiqamətində çox vacib addım atmış oldu. Bundan sonra Naxçıvanın təbii qaz təminatı məhz Azərbaycan tərəfindən, Türkiyə üzərindən həyata keçiriləcək. Bu da Azərbaycanla maraqları toqquşa biləcək hər hansı digər dövlətin prosesdə iştirakını aradan qaldırır. Türkiyə Azərbaycanın strateji müttəfiqi olduğu üçün Naxçıvanın təbii qazla təminatı tam təhlükəsiz bir istiqamət almış oldu. Eyni zamanda, bu prosesin elektrik enerjisinə də aid edilməsi gələcəkdə Naxçıvanın enerji təhlükəsizliyinin daha da möhkəmlənməsi deməkdir. Yəqin ki, Azərbaycan bu istiqamətdə müəyyən hazırlıqlara başlayıb”.

Politoloq İranda bu addımın necə qarşılanacağı ilə bağlı da şərh verib:

“İranın bu məsələyə münasibəti ciddi əhəmiyyət daşımır. Çünki hər bir dövlət öz enerji təhlükəsizliyini öz maraqlarına uyğun şəkildə təmin etmək hüququna malikdir. İndiyədək Naxçıvanın təbii qaz və elektrik enerjisinə olan ehtiyacları İran üzərindən təmin olunurdu. Lakin artıq buna ehtiyac qalmayıb. Azərbaycan İranla qaz idxalı məsələsində məcburiyyət qarşısında deyil və öz təbii qaz ehtiyatları hesabına Naxçıvanın enerji təminatını tam şəkildə həyata keçirə biləcək gücə sahibdir. Əgər bu proses elektrik enerjisinə də aid edilərsə, Naxçıvanın enerji təhlükəsizliyi maksimum səviyyədə təmin olunacaq. Bununla yanaşı, Naxçıvana dəmir yolu xəttinin çəkilməsi də gözlənilir. Bu layihə həm geoiqtisadi, həm də geostrateji baxımdan mühüm əhəmiyyət kəsb edir. Çünki Naxçıvana təhlükəsiz gediş-gəlişin təmin olunması hazırda əsas problemlərdən biridir. Ermənistan Zəngəzur dəhlizinin açılmasına maneə törədir. Lakin görünən odur ki, Azərbaycan Ermənistanın bu addımları ilə vaxt itirmək fikrində deyil və Türkiyə üzərindən bu məsələni həll etməyə qərar verib”.

Ekspertin sözlərinə görə, bundan sonrakı mərhələdə artıq problem Ermənistan üçün əhəmiyyət daşıyacaq:

“Azərbaycan Naxçıvanın təbii qaz təminatını və ümumilikdə enerji təhlükəsizliyini Türkiyə üzərindən reallaşdırırsa, bu o deməkdir ki, Ermənistan çox önəmli bir geoiqtisadi layihədən kənarda qalmış olur. Zəngəzur dəhlizinin açılmasına mane olmaqla Ermənistan, əslində, özünü daha böyük iqtisadi risklər altına atır. Çünki Ermənistandan yan keçən hər bir geoiqtisadi layihə onun üçün əlavə problemlər yaradır. İrəvanın belə layihələrdə iştirak etməsi və qarşılıqlı münasibətləri normallaşdırması onun blokadadan çıxma şanslarını artırardı, lakin bu imkanlar getdikcə məhdudlaşır. Əgər Azərbaycan Naxçıvana nəqliyyat-kommunikasiya xəttini, o cümlədən dəmir yolu xəttini Türkiyə üzərindən reallaşdırarsa, Zəngəzur dəhlizinə olan ehtiyac da minimuma enmiş olacaq. Bu isə Ermənistanla nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı müzakirələrin əhəmiyyətini azaldacaq”.

E.Xalidbəyli Azərbaycan-Türkiyə müttəfiqliyinin təkcə enerji sahəsində deyil, digər mürəkkəb məsələlərin həllində geniş perspektiv açdığını vurğulayıb:


"Azərbaycan açıq şəkildə bildirir ki, öz maraqlarından geri çəkilməyəcək və yalnız milli maraqlarına uyğun qərarlar qəbul edəcək. Son hadisələr də bunu təsdiq edir ki, Azərbaycan böyük və əhəmiyyətli bir layihəni uğurla sona çatdırdı. Artıq Naxçıvanın təbii qazla təminatı tam şəkildə Azərbaycan tərəfindən həyata keçirilir. Bu prosesdə Türkiyənin rolu xüsusi önəm daşıyır və iki ölkə arasındakı müttəfiqlik münasibətləri bir çox mürəkkəb məsələlərin həllində geniş imkanlar yaradır”.

Fidan Hacızadə
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://sfera.az
archiveBu xəbər 06 Mart 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see229

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see171

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see146

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see137

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri