Icma.az
close
up
RU
“İgid ərənlərin əlində silah!” FOTO

“İgid ərənlərin əlində silah!” FOTO

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Nazlı Yazar

“Şəhid Ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi” İctimai Birliyinin İnsan Resusrsları şöbəsinin müdüri, Jurnalistlər Birliyinin, Turan Yazarlar Birliynin Üzvü, “Qızıl Qələm” Mükafatı Laureatı Vətənpərvər Şair

Günəşin önündə, dayanıb bayraq,

O, özü Günəşdir, özü bir çıraq!

İgid ərənlərin, əlində silah,

Vətən keşiyində, qorxmazdı, qıvraq!

Aslan biləklidir, hünərdir onlar,

Düşmənə dərs verib, başa salanlar!

Savaş deyiləndə, hər kəsdən öndə,

Nəbitək dayanıb, qisas alanlar!

Yağı tapdağını, torpaqdan silib,

Vətən torpağını, müqəddəs bilib.

Öpüb and içdilər, peyman aldılar,

Şəhidtək, qazitək onlardı qalib!

Savaşa qorxmadan gedən igidlər,

Yarı əzalıtək geri döndülər.

Arzusu ürəkdə qalan Şəhidin,

Məzarı önündə, güllər söndülər...

Otuz ildir, bir nər igidin ömrü,

Xüsusi Təyinat, ümüdün ömrü.

Ay bilmədilər ki, il bilmədilər,

Göz önündə durdu, ölməzlik ömrü!

Xarıbülbüllərin açan çiçəyi,

Unutmaz o ömrü, keçən əməyi.

Azad olan eldə pərvaz eləyən,

Şəhidli, qazili keçən əməyi!

Şəhid Ailəsi, Əlil, Veteran,

Yumruqtək birləşib, bir Birlik olan!

Tahir Məmmədovdu, düşmən qənimi,

Dediyim Birliyə, bir rəhbər olan!

Amalı budur ki, olsun o dəstək,

Hüquq pozulmasın, olsun o kömək.

Basılmaz qalatək, bir Birlik kimi,

Sədalı bəndləri loqoda görək!

Nazlı Yazar deyir: “Üçrəng Bayrağı,

Hər zaman, hər yerdə, biz uca görək!

Vətəni sevməkçün, imandır gərək,

Hilal, ulduzuyla Vətəni sevək!

Üçrəngli Bayrağı öpüb, and içib,

Vətənin şəninə, min nəğmə deyək!

BÜTÖV AZƏRBAYCAN GERÇƏK OLACAQ!

Bir şeir gözləyir, səsləyir məni,

Deyir yaz, sətir-sətir, yaz sən məni.

Vəsf edib Vətəni, tər bənövşəni,

Unutma ətirli gül yasəməni.

Dağlarım sıralı cüyür tək gözəl,

Bu haqda deyilib şeir, həm qəzəl.

Dənizim, yaylağım, şaqraq çaylarım,

Şanı üzərində, bal küpü arım...

Belə yaradıbdı, Yaradan əzəl,

Bir huri mələkdi, Vətənim gözəl!

Dağı, aranımı, vəsf etdikcə mən,

İnan zövq alıram, gözəlliyindən!

Vətənim birbaşa gözəl tamaşa,

Şükür olsun nəqş edən, Rəbb Nəqqaşa.

On bir iqlimindən doqquzu bizim,

Gül, laləzarlıdır, dərəli düzüm.

İstər Qarabağım, İstər İrəvan,

Təbrizim, Dərbəndim, Borçalım, Aran.

Bir gün birləşəcək, böyük ürək, can,

Olacaq Xətaili Azərbaycan!

Babam Xətainin ruhu olar şad,

Azərbaycan bir nur, gülüşü azad.

Düşmən bizdən qorx sən, biz birləşirik,

Bütöv Azərbaycantək söz deyirik!

Bax o zaman, o vaxt bir ürək tək biz,

Dünyaya səs salacaq bu şüar, söz.

O, taydan, bu taydan söz açmayacıq!

Haqq tapdanmasına göz yummayacıq!

“Bəsdir çəkdiyimiz bu həsrət, bu qəm,

Qarabağı bütöv azad edəcəm!”

Deyən İgid Nərim, Nər Cəngavərim,

Tək Qarabağ deyil, İrəvanda bil...

Şanlı Bayrağımı o, ucaldacaq,

Bütöv Azərbaycan Gerçək Olacaq!

Nazlı Yazar Bu Gözəldən yazacaq,

Nazlı Yazar Bu Gözəldən yazacaq!

“Zəngilan dağının, Araz əlimi?”

Hər kəsin acılı-şirin dünyası,

Düşmənə uddurdu, əsrin, dün yası.

70 il bir İgid, ömrüdü dostlar,

Bayram Məmmədovun, Şirin dünyası!

Hələ doxsanlarda tabor yaratdı,

Qır atı, Dür atı, ona yar atdı.

Zəngilan taboru onun əsəri,

Hərb siyasətindən, lüğət yaratdı!

İlahi, bu insan qələm əhlimi?

Qələmlə silahın vəhdət aləmi!

Polkovnik-leytenant, uzman müəllim,

Zəngilan dağının, Araz əlimi?

Zəngilan elinin, kəndidir Canbar,

Bu el can yetirdi, elinə can, bar.

Babası Nəbimin dostu olanın,

Vətənin pərvəri, nəvəsi can var!

Novruz Bayramıyla, dünyaya gəldi,

O, Bayram adıyla, göyə yüksəldi.

Oğlu Orxanı da yol davamçısı,

Analı günləri, qayğılı əldi.

Atası düzlükdən, Yurddan deyərdi,

Təbiət min sevgi, nəğmə söylərdi.

Əqidəsi parlaq, Bayram böyüyüb,

Elmindən, dilindən köynək geyərdi.

İllər keçdi düşmən, yüz baş qaldırdı,

Bayram düşmən başın, üz baş qaldırdı.

Yığdı Tahir kimi İgid Ərənlər,

Zəngilan Taborun, düz baş qaldırdı!

NATO-da, dünyada, sülhü səslədi,

“Biz ki, düz yoldayıq, haqq bizimlədi!”

Deyən hərçi, nasir Bayram müəllim,

Müjdəli Zəfəri, Tarix gözlədi!

Yurd həsrəti onu, içdən yoğurar,

Sınmaz, bölünməz, bir polad doğurar.

Arazın o tayı, şahid sözümə,

Yurd “Xocalı” olma, doğru oğul var.

Bitdi o niskillər, gözünüz aydın,

Uca Tutmalıyıq, Şəhidin adın!

İllərdir yazıram, İgid Ərəndən,

Bu şeir payıyla, Sizi də andım.

Qələmə dincliyi, verməyən nasir,

Bakıda gilavar küləyi əsir.

Nazlı Yazar Sizdən yazmaq istədi,

Gördü yazılacaq, Sizdən min əsr.

“Qurtuluş Günüdür bu gün təqvimdə!”

Xəyalən getdim mən, həmin illərə,

Hərcmərclik illəri, yaman illərə.

Qardaş qırğınıydı, o zaman tüğyan,

Güllə səslərisə, vermirdi aman.

İlahi, bu nədir, nələr baş verir?

Kimlər özlərini şahənşah görür?!

Dövlət təhlükədə, kimi cənubda,

Kimi Gəncə, Qərbdə xəyal qurub da...

Yeni-yeni xanlıq yaratmaq istər,

Dövləti paramparça didmək istər...

Hər kəsin ağlında bir mayak vardı,

Çox keçmədi, mayak imdada vardı!

Gərək idi xalqa, güclü xilaskar,

Hər sözü, söhbəti ötkəm xilaskar!

Xalq Birliyi dedi: “Gəlsin o, Öndər,

Əlirza oğlu nər, o Ulu Heydər!

Gəldi, gəlişiylə sabitlik gəldi,

Çöhrələr gül açdı, sakitlik gəldi.

Pərakəndə ordu, müzəffər oldu,

İllər keçdi, ordi qalib də oldu!

Bakı-Tiflis-Ceyhan müqaviləsi,

Əsr qarantıdır, əsr müqaviləsi.

Xarici investor, ona inanıb,

Öndərlə bağladı müqaviləsin.

Tarixə yazdı o, Öndər imzasın,

Tarixdən silinməz Heydər imzasın!

Elə bir siyasət yürütdü inan,

Adıyla gəldi o, qətiyyət, inam!

Nə qədər yazsaq da, ondan bil hələ,

Tarix 100 ildə bir, yetirir belə.

Tarixi şəxsiyyət, uca varlığı,

Yazılmaış qalıb, kitab varlığı!

O, ilk hakimiyyət illərində də,

Müstəqil dövlətin, illərində də.

Elmə və təhsilə önəm verirdi,

“Elm xilas edəcək xalqı!” deyirdi.

Qurdu bir zəkalı, yeni dövləti,

Dosta dost, düşmənə qənim dövləti!

Bu Zəfərdə də, onun payı var,

Zəfər bünövrəsi, adıyla parlar!

Qartal baxışlıydı, iti zəkalı,

Xalq xilaskarıdı, budur amalı!

Qurtuluş günüdür, bu gün təqvimdə,

Xilas oldu xalqım, düz seçimində!

Nazlı Yazar baxıb, bundan zövq alır,

Bu gün bayrağımız gur dalğalanır.

Şuşa, Xocalıda, Xanın Kəndində,

Ulu Öndər varsız, şeir bəndində!

Sizin Dühanız, şeirə sığmaz,

Əsərə, dastana, romana sığmaz!

Nər oğlu İlhamı, unutmaq olmaz!

Sizin o, qələmlə yazdı Zəfəri!

İrəlidə gözlər, İrəvan səfəri!

Zəfərli Bayraq Günüm!

Vətən sevdalısı, Bayraq sevdalısı mən,

Yazım möhtəşəm olan, Zəfərli bu gündən!

Komandan nidasıyla, cərgəli düzülüb,

Qarabağı azad etdi, ordum düşməndən!

Biz nə qədər çəkəydik, qəm yükü şələsin,

Mərd igidlər açdı, namərd tülkü tələsin.

Elə şillə vurdular, nər ustad şilləsin!

Yurd həsrətli ürəklər, Yurda siz tələsin!

Zəfərli Bayraq Günüm, düzülüb ard-arda,

Xarıbülbül boylanır, Şuşa, Qarabağda!

Şükür göz yaşın silir, “ağlar” Xocalı da,

Nazlı Yazar yazmışdı:”Bayraq ucalacaq,

Xanlı Xankəndimdə, gözyaşlı Xocalıda!”

Üç rəngli libası şanla əyninə geyən,

Ay ulduzlu Bayrağım, bil şanla ucalar!

Qıy vuran qartallı Laçından, Xankəndindən,

Dədə-Baba Yurdum İrəvana yol alar!

Ey, Vətən sevdalısı, İgid Nər Ərənim,

Vətən sağ olsun, deyə can fəda edənim!

Zəfərli bu gün üçün, Sizə minnətdarıq,

Tarixi Zəfərlə, şərəflə yol gedənim!

Sən ey, Zəfər yazan, Ali Baş Komandanım,

Ali Nidanla birləşdi Azərbaycanım!

Sən mənim İgidim, Sən mənim Generalım,

Bizə daim kömək olsun, Nur Yaradanım.

“Düşmənin başını, dişinə çəkdi!”

Vətənin dar günü, o sinə gərdi,

Yaqub oğlu Tahir, Ər oğlu Ərdi!

Zəngilan elinin, o, comərd oğlu,

Komutan Məmmədov, Yurda sipərdi!

Vətənin sevgisi, qəlbdə çiçəkdi,

Qızıl gül deyil, o, mərmini əkdi!

Nahaq yağı düşmən, baş qaldıranda,

Düşmənin başını, dişinə çəkdi!

Vətən aşiqidi, atlı çapardı,

İllər o günləri, hara apardı?

At oynada bilməz, düşmən önündə,

Hərbi müəllim tək, söz də tapardı.

Gənclikdə düşmənə, dərsi az oldu,

44 Gün Savaşda, Cəngi, Saz oldu!

Yığdı ətrafına Qazi Taborun,

Boranlı Qarabağ, Güllü Yaz oldu!

İgidliyə görə, medal da aldı,

Əlini qazinin çiyninə saldı.

“Bu tək mənim deyil, hər birimizin!”,

Beş illik döyüşü, o yada saldı.

Şəhid ailəsi, qazi, veteran,

Yumruq tək birləşib, bir Birlik olan.

İgid Ərənlərin, hüquq sözçüsü,

Tahir Məmmədovdu, rəhbəri olan!

Seyid Həsən Ağa, sənin bu nəvən,

Vətən aşiqidir, elini sevən.

Ona yaxınlaşıb, kömək istəyən,

Adınla yanaşır, Seyidə güvən!

“Əllini aşırdın, yüzə nə qaldı?”

Bu söz Aşıq Alı, yadigarıdı.

Nazlı Yazar Sizə, xoş gün diləyir,

Yüzə bir şey deyil, 44 il qaldı.

Nəvənin əlindən, tutub gəzəsiz,

Yaqubun toyunda, şaqraq süzəsiz.

Sizə məndən kimsə, bir söz söyləsə,

O, qız mənim bacım, bilin deyəsiz,

Nazlı mənim bacım, bilin deyəsiz.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 İyul 2026 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see600

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see436

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see352

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see265

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see244

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see237

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see234

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see231

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see230

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see227

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see225

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see211

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see210

Tramp pop mədəniyyət həvəskarlarının hədəfində Səbəb

08 Sentyabr 2026 15:18see206

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see203

Ukrayna şirkəti Azərbaycandan gedir

08 Sentyabr 2026 15:45see194

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see190

Filippotun iddiaları əsassızdır Politoloq

08 Sentyabr 2026 10:34see178

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see169

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri