Icma.az
close
up
RU
Vətənin mərd, igid oğlu FOTO

Vətənin mərd, igid oğlu FOTO

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Samir Əlizadə oğlu Hüseynov Vətənini, doğma yurdunu ilahi bir məhəbbətlə sevirdi. Odur ki, Azərbaycanın müqəddəs parçası olan Qarabağın düşmən tapdağına düşməsinə ürəyi heç cür dözə bilmirdi. Elə həyatı dərk edəndən birinci arzusu əsarətdə olan Vətən torpaqlarını azad görmək olur. Və bunun yolunu hər bir Vətən övladının Ana torpağa, xalqına sədaqətli olmasında görür. İkinci Qarabağ müharibəsində qanı bahasına Ana torpağının şərəfini uca tutan Samir 26 yaşında şəhidlik zirvəsinə ucalmaqla ürəyinin istəyinə qovuşur. Gəlimli-gedimli dünyadan vaxtsız getməsi Vətənin yaşaması üçün olur. Məhz buna görə də Azərbaycanın mərd, igid oğlunun aramızdan getməsi cismanidir, zəfər tariximizə adını elə həkk edib ki, zaman-zaman heç bir qüvvə onu millətin qəlbindən silib apara bilməz. Əksinə ucaldığı müqəddəslik zirvəsindən sevdalı günlərə boylanan parlaq ziyası yüzlərin, minlərin həyat yoluna nur çiləyər.
Lerik rayonunun Vov kəndində yurd salan Hüseynovların el-obada böyük hörmət vardır. Əzəldən bu ocağının od götürüb, qeyrət içiləsi ərənləri olubdur. 1994-cü ildə dünyaya gəlmiş Samir Hüseynov da ailə ənənəsinə sadiq boy atır. Haqqa tapınmaq, halallıq, qurub-yaratmaq eşqi getdiyi yolda onu izləyir. Cəmiyyətdən ötrü xeyirli, işıqlı bir şəxs olaraq müstəqil həyata qədəm qoyur. 2013-cü ildə Milli Ordu sıralarına yola düşəndə artıq haqqın-ədalətin tərəfdarı olaraq, gördüyü nəcib işlər hesabına el-oba arasında özünəməxsus nüfuz qazanmışdı. Yaşına uyuşmayan kamilliyi, bütövlüyü, yurd məhəbbəti Vətənə ləyaqətli xidmətdə də özünü göstərir. Samir Vətən torpaqlarının erməni dığalardan təmizləməyi ən müqəddəs iş sayır...
Bütün həyatı Vətən sevgisinə köklənən, arzu-istəyi millətinin gələcəyini çıraqban görmək eşqi olan Samir xidmətdən sonra bir müddət halal zəhmətdən yapışır. Ötüb keçən hər gün ömrünə yadda qalan işlərlə iz salır. Amma dığaların xəyanətkar, təcavüzkar mövqeyi, Qarabağda baş verən qanlı hadisələr həmişə onu ciddi düşündürür, narahat edir. Odur ki, onlara qarşı mübarizə aparmaq üçün 2016-ci ildə könüllü hərbi xidmətə gedir. Vətən müharibəsində Xüsusi Təyinatlı Kəşfiyyatçı kimi döyüş meydanına girir. Samir döyüşdən-döyüşə atıldıqca sanki ona yeni bir güc, yeni bir qüvvə verilir. Odun-alovun içində düşmənə meydan oxuyanda yalnız Vətən torpaqların azadlığını düşünür. Zəngilanda, Füzulidə, Qubadlıda, Xocavənddə, Cəbrayılda, Şuşada ağır müharibə meydanında intiqam hissi ilə vuruşur, dığaların layiqli cəzasını verir. Şanlı zəfərimizə 13-14 saat qalmış şəhidlik zirvəsinə ucalır. Və bu şərəfli ölüm Samirə əbədi bir həyat qazandırır. Azərbaycan var olduqca, Samir kimi igid Vətən övladların adı ləyaqət, sədaqət, etibar rəmzi olaraq el-obaya başıucalıq gətirər.
Samir Hüseynov ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Oktyabr 2026 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri