Icma.az
close
up
RU
Vətənin igid oğlu FOTO

Vətənin igid oğlu FOTO

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

29 iyul Zaur İsmayılzadənin doğum günüdür

İkinci Qarabağ Müharibəsində Vətən, torpaq uğrunda şəhid olub adını tarixə yazan minlərlə igidlərdən biri də Zaur Nizami oğlu İsmayılzadədir. 29 iyul 1995-ci ildə Lənkəran rayonunun İstisu qəsəbəsində anadan olun bu Vətən sevdalısı həyatı dərk edən gündən ana yurdu Azərbaycanın hər qarışına ürəkdən bağlanır. Odur ki, Vətənin harayına birincilər cərgəsində gedir, onun 30 il əsir düşən torpaqlarının azadlığı naminə ömrünün ən gözəl zamanında, 25 yaşında əbədiyyətə qovuşur. Vətən, xalq adı dastana düşən qəhrəman oğlunu bağrına basmaqla bərabər layiq görüldüyü “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Müharibə iştirakçısı”, Füzulinin, Şuşanın azadlığına görə medalları, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni gələn nəsillərə yadigar qalır. Onun əziz xatirəsinə ucaldılan bulaq isə lənkəranlılar üçün müqəddəs and yerinə dönüb.
Şəhid adı özündə torpağına, millətinə ilahi bir sevgi yaşadan, həmişə ehtiramla xatırlanan Zaur İsmayılzadə 2013-cü ildə müddətli hərbi xidmət keçməkdən ötrü səfərbər olunur. Sərhəd Qoşunlarının Zaqatala və Balakəndəki hərbi hissələrində əsgəri qulluq keçir. Nümunəvi Vətən keşikçisi kimi tanınır, komandirlərin bütün tapşırıqlarını məsuliyyətlə yerinə yetirir.
Əsgəri xidmətini bitirdikdən sonra düşməndən qisas almaq məqsədilə orduda qalmaq istəyir. 2014-cü ilin yanvarında Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində təşkil edilən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) hazırlığı kursunda oxuyur. Bu sahədə mükəmməl bilik alır və oranı bitirib hərbi hissədə xidmətə başlayır. Qatıldığı təlimlərdə xüsusi peşəkarlıq göstərməklə zabitlərin, əsgərlərin sevimlisi olur.
Şanlı tariximizə yazılan 2016-cı ilin aprel ayındakı məlum 4 günlük müharibəyə Zaur da qatılır. Və torpaq uğrunda gedən ölüm-dirim mübarizədə göstərdiyi şücaətlə ad qoyur. Belə ki, düşmənə qan uydurur, Lələ-təpə yüksəkliyinə qələbə bayrağımızı sancan qəhrəmanlardan biri olur. Zaur Vətən müharibəsinin 44 günlük savaşı başlayan andan-27 sentyabrdan əlinə silah alıb odun-alovun içinə atılır. Müharibə meydanında erməni dığalarını məhv edib Vətən torpaqlarını azad görmək eşqi ilə döyüşür. Füzuli, Xocavənd uğrunda gedən haqq savaşımızda girdiyi döyüşlərdə ön sıralarında olur, yağı düşməni qanda boğmaqla ona böyük itkilər verir. Oktyabr ayının 7-də isə namərd düşmən gülləsi ondan da yan keçmir...
Bəli, şəhidlik ən müqəddəs bir yoldur. Zaur İsmayılzadə də qısa ömrünü belə yaşadı. İllər keçəcək həmişə onun adı Vətənlə qoşa çəkiləcək.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 İyul 2026 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see365

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see351

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see275

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see265

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see255

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see244

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see237

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see236

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see231

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see223

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see221

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see212

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see211

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see190

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see188

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see185

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see177

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see173

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri