Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

Ronaldo tarixə düşdü

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

İgidlik, qəhrəmanlıq, vətənpərvərlik nümunəsi

İgidlik, qəhrəmanlıq, vətənpərvərlik nümunəsi

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şəhid Kamran Hüseynovun 30 yaşı tamam olur

Azərbaycan Silahlı Qüvvələrinin cəsur hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşaraq şəhidlik zirvəsinə ucalmış Kamran Bəhman oğlu Hüseynov xalqımızın qəhrəmanlıq salnaməsini yazan unudulmaz Vətən övladlarındandır.

Kamran Hüseynov 1996-cı il avqustun 14-də Bakı şəhərində anadan olub. 2002-2013-cü illərdə Bakı şəhərində 287 saylı Zəkalar liseyində, 2013-2017-ci illərdə isə Naxçıvan Müəllimlər İnstitutunda təhsil alıb. Kamran 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Culfa rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Kamran Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Kamran Hüseynov oktyabrın 1-də Füzuli döyüşləri zamanı şəhid olub. İkinci Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin Sərəncamlarına əsasən Kamran Hüseynov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə və ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Kamran igid, qəhrəman kimi doğulmuşdu. 24 yaşlı igid ailənin bir övladı idi. Müəllimləri, şagird, tələbə yoldaşları da onu ədalətli, qorxmaz, doğru bildikləri uğrunda mübarizə aparan biri kimi xatırlayır. Həmişə hərbi idman oyunlarında kapitan olarmış. Onların komandası muxtar respublikada I yerə çıxardı. Hərbi müəlliminin “Kamran, sən hərbçi kimi dünyaya gəlmisən” deməsini də hamı yaxşı xatırlayır. Ancaq Kamran Naxçıvan Müəllimlər İnstitutunun psixologiya ixtisasını bitirir.

Hələ Aprel döyüşlərində Milli orduya yazılılıb döyüşə getmək istəmişdi. Atası Bəhman dayının xatirələrində bildirir ki, “Qarabağ şikəstəsi” oxunanda çox narahat olurdu. Deyirdi: “Qarabağ erməni dığalarının tapdağında, biz ancaq şikəstəsini oxuyuruq”. İgidlik, qəhrəmanlıq, vətənpərvərlik onun xislətində idi. Tovuz döyüşlərində səfərbərliyə müraciət etdi. O günlərdə çox narahat idi. Mən ona hər şeyin bir zamana ehtiyacı olduğunu deyirdim. Lakin dinləmirdi, deyirdi ki, Qarabağ alınmamış mən ölsəm, nə özümü, nə də ki, əli silah tutan heç bir Azərbaycan vətəndaşını bağışlamaram. Su torpağa düşərsə, palçıq, şəhid qanı torpağa düşərsə, vətən olar. Qarabağsız Azərbaycan meyvəsiz ağaca bənzəyir”.

Vətən müharibəsi başlayanda isə könüllü cəbhəyə gedən Kamran ailəsi ilə danışanda hansı rayonda olduğunu demir. Ancaq “torpaqlarımızı ala-ala, erməni əsgərini qıra-qıra gedirik” deyirmiş. Cəbhədə əsgər yoldaşları ilə danışan Kamranın ailəsinə isə onların sözü belə olur: “Sağ olun ki, Kamran kimi oğul yetişdirmisiniz. Bir “od parçasıdır”. Çox qorxmaz, dürüst, vətənpərvər, torpağa bağlı əsgərdir, ürəkli döyüşçüdür. Düşmənin həm canlı qüvvəsini, həm də texnikasını məhv edir. Var olsun, onu yetirən torpağa, tərbiyə verən ata-anaya minnətdaram…”

Həmin gün Füzuli uğrunda gərgin döyüşlər gedirdi. Kamrangilin tağımı da ön cəbhədə igidliklə irəliləyirdi. Düşmənin xeyli canlı qüvvəsi və silah-sursatı məhv edilmişdi. Kamranın sevincinin həddi-hüdudu yox idi. Qəflətən Kamranın tağımının yaxınlığına bir minamyot düşür. Bir neçə nəfər şəhid olur, xeyli əsgər yaralanır. Kamran şəhid olan, yaralanan döyüş yoldaşlarını o ərazidən çıxarmağa çalışır. Sonuncu yaralı əsgəri öz səngərimizə çatdıranda Kamran və yaralı əsgər düşmən snayperinə tuş gəlir. Yaralı əsgər deyir ki, burdan sağ çıxsaq, doğulacaq olan oğlumun adını Kamran qoyacağam. Ancaq onların hər ikisi vətəni bütövləşdirmək yolunda şəhid olurlar.

 Şəhid Kamrandan geriyə Aslan adlı bir oğul övladı qalıb. Ataya oğul, vətənin gələcək əsgəri aslan kimi bir Aslan. “İki yaşlı körpə isə sanki atasının şəhid olduğunu duyur”-, deyir anası,- “Vətəni bütöv görmək üçün alışıb yanırdı. Şəhid kimi ölmək üçün, şəhid kimi yaşamaq lazımdır. Kamran ölümlərin ən ölümsüz olanını qazandı. Həmişə Aslanı bağrına basıb deyərdi ki, bugünkü nəsil Qarabağ kimi böyük bir dərdi sizin ümidinizə qoymayacaq. Siz Qarabağ acısı ilə böyüməyəcəksiniz…”

Vətən torpağı Kamran kimi igidlərin qəhrəmanlığı sayəsində bütövləşdi. Şuşaya üçrənglimiz sancılanda, Zəfər günümüzdə Kamran kimi narahat ruhlar rahatlıq tapdı. Ali Baş Komandanımız İlham Əliyev və onun qalib əsgərləri bizim Qarabağ dərdimizə məlhəm oldu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Avqust 2026 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see402

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see386

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see316

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see311

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see221

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see218

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see216

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see211

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see198

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see190

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see185

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see184

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see183

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see182

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see178

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see173

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see168

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri