Icma.az
close
up
RU
İgidlik və əyilməzlik rəmzi!

İgidlik və əyilməzlik rəmzi!

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mübariz İbrahimovun şəhadətindən 15 il ötür...

Qəhrəmanlıq tariximizə adını qızıl hərflərlə yazdırmış bir neçə şəxsiyyət var ki, onların cəsarəti, vətənpərvərliyi və fədakarlığı uzun illər boyu xalqın yaddaşında yaşayacaq. Bu adların sırasında xüsusi yer tutan Mübariz İbrahimov təkcə Azərbaycanın deyil, bütün türk dünyasının fəxri, igidlik və əyilməzlik rəmzidir. Onun həyatı və qəhrəmanlığı Azərbaycan gənclərinə Vətən sevgisinin, mərdliyin və əzmkar olmağın ən bariz nümunəsi kimi göstərilir.

Bu gün Milli Qəhrəmanımızın şəhidlik zirvəsinə ucalmasından 15 il ötür. 1988-ci il fevralın 7-də doğulan qəhrəmanımız Qarabağ müharibəsi ilə həmyaşıd idi. Qəhrəmanlıq ənənələri ruhunda böyüyən Mübariz orta təhsilini şəhid Malik Piriyev adına Əliabad kənd orta məktəbində alıb. 2006-cı ilin yazında həqiqi hərbi xidmətə çağrılan gənc Mübariz Daxili Qoşunların “N” saylı hissəsinin xüsusi təyinatlı bölüyündə atıcı əsgər olub, həqiqi hərbi xidmətini çavuş rütbəsində başa vurub. 2009-cu ildə yenidən, bu dəfə gizir kimi orduda xidmətə başlayıb. Çox keçmədən öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birinə xidmətə göndərilib.

Ailədən gələn Vətən məhəbbəti

Mübariz İbrahimovun ailəsi onun həyatı və formalaşmasında xüsusi rol oynayıb. Atası Ağakərim İbrahimov, ailənin başçısı kimi övladlarına milli-mənəvi dəyərlər aşılamaqda daim nümunə olub. Mübarizin anası da qayğıkeşliyi, səbr və dözümü ilə övladlarının tərbiyəsində böyük pay sahibi idi.

Ailənin hər bir üzvü ilə yaxın münasibətdə olan Mübariz, ata-ana sevgisi və ailə dəstəyi ilə böyümüşdü. Uşaqlıqdan ailəsində səmimiyyət, qarşılıqlı hörmət və birlik mühiti hökm sürüb. Qardaşları və bacısı ilə isti münasibətləri, valideynlərinə dərin ehtiramı Mübarizi həm ailə içində, həm də cəmiyyətdə nüfuzlu bir gəncə çevirib.

Ailə daxilində Mübariz həm qayğıkeş övlad, həm məsuliyyətli qardaş, həm də dost kimi sevilirdi. Onun ailə üzvlərinə olan sevgisi, onların qayğısına qalması, çətinlik zamanı birgə olması ailənin bütün üzvlərinin xatirələrində iz qoyub. Hətta hərbi xidmətdə olduğu dövrdə belə, ailəsinə məktub yazır, onların vəziyyəti ilə maraqlanırdı.

Şəhidlik zirvəsinə ucaldıqdan sonra Mübarizin ailəsi həm böyük qürur, həm də böyük kədər yaşayıb. Onlar oğullarının Vətən üçün etdiyi fədakarlıqdan qürur duyduqlarını hər zaman bəyan ediblər.

Onun şəxsi həyatı ailə, dostluq, vətənpərvərlik, səmimiyyət və mərdlik dəyərləri üzərində qurulmuşdu. Sadə, iddiasız, dostlarına və ətrafına daim kömək etməyə hazır insan kimi tanınıb. Ailə və şəxsi həyatında Mübariz hər zaman dürüst, saf və səmimi olub, özü kimi olmağa üstünlük verib. Onun həyat tərzi və ailəyə münasibəti bu gün də gənclər üçün örnəkdir.

Sonuncu məktub...

2010-cu il, iyunun 18-dən 19-na keçən gecə Tərtər rayonunun Çaylı kəndi yaxınlığında 22 yaşlı gizir Mübariz İbrahimov döyüş növbəsində olduğu vaxt düşmən tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində başlanan atışmada şəxsi rəşadət nümayiş etdirir. Təkbaşına təmas xəttinin bir kilometrlik minalanmış sahəsini keçir. Qəfil həmləsi ilə Ermənistan ordusunun çox sayda əsgər və zabitini məhv edir. Sonra isə düşmənin öz silahlarından onun özünə qarşı istifadə edərək 5 saat təkbətək döyüşür. Düşməni çox ağır itkilərə məruz qoyur. Azərbaycan döyüşçüsü səhərə yaxın qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.

Bu sətirlər Mübarizin evlərinə göndərdiyi son məktubundandır: “Canım atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək düşmənin üzərinə gedəcəyəm. Şəhid olsam - ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim... Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”.

Bu gün Mübariz İbrahimovun ruhu şaddır. Çünki onun da qəhrəmanlığından ilham alan igid oğullarımız 2020-ci ilin 44 günlük Vətən müharibəsində torpaqlarımızı düşməndən azad edərək şanlı Qələbə qazandılar.

Mübarizin şücaətinə verilmiş layiqli qiymət

Prezident İlham Əliyevin 22 iyul 2010-cu il tarixli Sərəncamı ilə gizir Mübariz İbrahimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib, “Qızıl Ulduz” medalı, “Vətən övladı” qızıl ordeni ilə təltif edilib. O, həmçinin Azərbaycanda ilin adamı mükafatına layiq görülüb. İgid Mübarizin düşmən tərəfdə qalmış nəşi bir müddət sonra Ali Baş Komandanın qətiyyətli səyləri sayəsində alınaraq doğma Vətənə gətirilib.

Prezident İlham Əliyev qəhrəmanla vida mərasimindəki nitqində onun əbədiyyət yolçuluğunu yüksək qiymətləndirib: “Mübariz yaxşı bilirdi ki, o döyüşdən sağ-salamat çıxa bilməyəcək. Ancaq Vətən, torpaq sevgisi, onda olan vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. Mübariz bütün gənclər üçün örnəkdir, nümunədir... Bizim ordumuzda minlərlə, on minlərlə Mübariz kimi, Fərid kimi qəhrəmanlar var... Azərbaycan Ordusu Cənubi Qafqazda ən qüdrətli, ən peşəkar, ən mübariz ordudur və şəhidlərimizin qəhrəmanlığı bunu bir daha sübut edir”.

Ziyarətgaha çevrilmiş ev...

Milli Qəhrəmanın xatirəsinin əbədiləşdirilməsi məqsədilə doğulub boya-başa çatdığı Biləsuvar rayonunda lisey kompleksinə və küçələrdən birinə onun adı verilib.

15 ilə yaxındır ki, Əliabad kəndini Mübarizin kəndi adlandırırlar. Milli Qəhrəmanın ata evinin həyətində onun ev-muzeyi tikilib. Bura gələn hər kəs ondan xatirə qalmış əşyalarla, fotoguşəylə tanış olur, qəhrəmanın əziz xatirəsinə sonsuz ehtiramını bildirir.

İctimaiyyətin reaksiyası və beynəlxalq əks-səda

Mübariz İbrahimovun qəhrəmanlığı bütün Azərbaycanda böyük səs-küyə səbəb oldu. Onun şəhidliyi və göstərdiyi igidlik Azərbaycan xalqının birliyini və Vətən sevgisini bir daha nümayiş etdirdi. Mübariz İbrahimovun cəsədi qaytarıldıqdan sonra minlərlə insan onun dəfn mərasimində iştirak etdi və onu son mənzilə yola saldı. Şəhidin qəhrəmanlığı təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında, o cümlədən Türkiyədə də geniş əks-səda doğurdu.

Mübariz İbrahimovun adı Azərbaycan gəncləri üçün əbədi bir nümunə oldu. Onun adını daşıyan küçə, məktəb və parklar yaradıldı. Həmçinin onun qəhrəmanlığının unudulmaması üçün müxtəlif tədbirlər, konfranslar və anım mərasimləri təşkil edilir.

Mübariz İbrahimovun həyatı və irsi Azərbaycan xalqının yaddaşında və milli kimliyində əbədi yer alacaq. Onun adı gələcək nəsillər üçün həmişə vətənə sədaqətin, mərdliyin və qəhrəmanlığın simvolu kimi yaşayacaq.

Mübariz İbrahimovun həyatı və qəhrəmanlığı Azərbaycan xalqının milli kimliyinin və vətənə bağlılığının ən parlaq təcəssümüdür. Onun igidliyi təkcə bir fərdin deyil, bütün bir xalqın iradəsinin və gücünün göstəricisidir. Mübariz İbrahimovun adı gələcək nəsillər üçün vətənpərvərliyin, qəhrəmanlığın və əyilməzliyin simvolu olaraq daim yaşayacaq. Bizlər üçün Mübariz ölməyib. Hər bir şəhidimiz kimi Mübariz İbrahimov da əbədiyaşardır...

Yeganə BAYRAMOVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 İyun 2025 08:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahimoviç DÇ 2026 da azarkeşlik etdiyi komandanın adını dedi Mənim köküm o ölkədəndir

13 İyun 2026 14:02see244

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir ŞOK

13 İyun 2026 02:47see215

Aygün Kazımova məzunlarla bir arada Geyimi gündəm oldu

13 İyun 2026 11:00see204

Qarabağ Bakıda hazırlığını davam etdirir

13 İyun 2026 02:46see191

Bakı Dövlət Universiteti ilə vidalaşacaq məzunların sayı AÇIQLANDI

12 İyun 2026 20:54see184

Kanada məşhur futbolçunu ölkəyə buraxmadı Zorlama ilə ittiham olunur

12 İyun 2026 22:33see182

Bakıda binadan yıxılan kişi öldü

13 İyun 2026 10:33see178

Ən yaxşı babalar hansı tarixdə doğulanlardır?

12 İyun 2026 21:12see177

Putin: “Məqsəd rusiya cəmiyyətini parçalamaqdır”

12 İyun 2026 23:31see172

Bakıda parkinq böhranı: Yer yoxdur, qiymətlər isə artır VİDEO

13 İyun 2026 08:28see167

İldırımlı hava AZAL ın təyyarəsi geri qayıtdı

12 İyun 2026 22:09see167

Dünya çempionatı: Braziliya mllisi xal itirib

14 İyun 2026 04:09see163

Tanınmış aparıcının ARXİV FOTOSU yayıldı

14 İyun 2026 03:45see163

Neft bazarında ucuzlaşmanın səbəbi: Gözləntilər niyə səhv çıxdı?

13 İyun 2026 02:50see162

Şuşada qurulan birlik: Cənubi Qafqazın siyasi gündəliyini müəyyən edən Bakı

13 İyun 2026 18:09see161

DÇ 2026: İngiltərə millisinin düşərgəsində oğurluq

13 İyun 2026 07:24see160

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

14 İyun 2026 04:04see160

ABŞ və İran sülh sazişinin yekun mətnini razılaşdırdı

12 İyun 2026 21:06see159

DÇ 2026: ABŞ Paraqvaya rəhm etmədi

13 İyun 2026 08:01see156

Dövlət “bir daşla üç quşu necə vura bilər”? “Uşaq pulu” ilə bağlı təklif

13 İyun 2026 13:50see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri