Icma.az
close
up
RU
Vətənpərvərlik və qəhrəmanlıq

Vətənpərvərlik və qəhrəmanlıq

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycanın azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizə aparanlar arasında hərbçilərlə yanaşı, öz peşəsini silahsız şəkildə səngərdə, xəstəxanada və ölüm-dirim mücadiləsində yerinə yetirən səhiyyə işçilərinin misilsiz xidmətləri var. Həmin fədakar insanlardan biri də Azərbaycanın Milli Qəhrəmanı, təcrübəli hərbi həkim Soltanağa Nəhmət oğlu Bayramovdur.

Soltanağa Bayramov 17 oktyabr 1936-cı ildə Lənkəran rayonunun Şürük kəndində anadan olmuşdur. Orta təhsilini Astara rayonunda almışdır. 1957-ci ildə Lənkəran Tibb Məktəbini bitirərək, təyinatla hərbi hospitalda əmək fəaliyyətinə başlamışdır. 1967-ci ildə fizioterapevt, sonra isə rentgenoloq-texnik vəzifəsində işləmişdir.Soltanağa həkim hospitalda çalışdığı müddət ərzində kollektivin dərin hörmətini qazanır. Hamı onu qayğıkeş, prinsipial, qanunpərəst, ədalətli bir insan kimi tanıyırdı. "Səhiyyə əlaçısı" adını qazanmışdı. Milli Ordumuzun neçə-neçə əsgərinin sağalıb fəal həyata qayıtmasında Soltanağa Bayramovun böyük əməyi olmuşdur.

1990-cı il... Xalqımız çətin sınaqlarla üz-üzə durmuşdu. Xarici dövlətlərin havadarlığı ilə daxili düşmənlər: vətən xainləri, nankorlar, satqınlar respublikanı parçalamaq üçün hər cür rəzil əməllərə əl atırdılar. "Talış Muğan respublikası" yaratmaq xülyası ilə yaşayan Əlikram Hümbətov öz quldur dəstəsi ilə Azərbaycanın cənub bölgələrində ağır cinayətlər törədirdi. Soltanağa həkim kimi neçə-neçə insan separatçı dəstənin şəxsi ambisiyasının qurbanı oldu, onun haqsız əməllərinin güdazına getdi. Lakin Azərbaycanın mərd oğulları bütün bu çətinliklərə sinə gərərək cinayətkar dəstələri məhv etdi.1993-cü ilin isti iyul günlərində Surət Hüseynovun qiyamından çox keçməmiş ölkəmizin cənub regionunda yeni bir münaqişə ocağı yaradıldı. Bu dəfə briqada komandiri olan polkovnik Əlikram Hümbətov bir qrup separatçını ətrafına toplayaraq Azərbaycanı parçalamaq planını işə saldı. Bu, elə bir vaxt idi ki, qarmaqarışıqlıqdan istifadə edən Ermənistan qoşunları rayonlarımızı bir-birinin ardınca işğal edirdi. Tabeliyindəki briqadanı və zirehli texnikanı döyüşdən geri çəkən Əlikram Hümbətov bu xain hərəkəti ilə Azərbaycana arxadan zərbə vurdu.

Ümummilli liderimiz Heydər Əliyev separatçılara silahı yerə qoyub məsələnin danışıqlar yolu ilə nizama salınmasını təklif etsə də üzdəniraq polkovnik qara əməllərini yenidən davam etdirdi. Vəziyyətin daha da gərginləşdiyini görən dahi rəhbər televiziya ilə cənub bölgəsinin əhalisinə müraciət etdi. Həmin tarixi müraciətə on minlərlə insan səs verdi. Əhali əlikramçılara qarşı birləşərək ayağa qalxdı. Avqustun 23-də isə separatçılar çirkin niyyətlərini sonadək həyata keçirə bilməyərək ifşa olundular. Onların bir çoxu inzibati orqanlar tərəfindən həbs edildi, digərləri isə Rusiyaya və digər xarici ölkələrə qaçdılar.

Beləliklə, Azərbaycanın bütövlüyünün qorunmasını özünün tarixi missiyası sayan ulu öndər Heydər Əliyev respublikamızın parçalanmasının qarşısını aldı. Həmin hadisələr bir daha göstərdi ki, Azərbaycan xalqı və ordusu ölkə daxilində qarşıdurma yaratmaq istəyənləri dəstəkləmir və onları müdafiə etmir. Xalq Vətənə xəyanət edən cinayətkar ünsürlərin həbs olunmasını, törətdikləri əməllərə görə cəzaya layiq görülməsini istədi. Nəticədə respublikamızın müqəddəs və müstəqil dövlətçiliyinə qəsd etmək xülyasına düşənlərin niyyətləri gözlərində qaldı.

23 avqust 1993-cü ildə keçirilən əməliyyatda qəlbi Vətənə, xalqa sədaqətlə dolu olan Soltanağa Bayramov da öz vətənpərvərlik borcunu ləyaqətlə yerinə yetirdi, quldurlar hərbi hospitala hücum edərkən onlara ciddi müqavimət göstərdi. Lakin döyüşdə faciəli surətdə həlak oldu. 

Azərbaycan Respublikası Prezidentinin 24 avqust 1993-cü il tarixli fərmanı ilə Bayramov Soltanağa Nəhmət oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Lənkəran şəhər Şəhidlər xiyabanında dəfn edilmişdir və küçələrdən birinə onun adı verilmiş, büstü qoyulmuşdur. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.

Soltanağa Bayramov ömrünü insan həyatının şəfa tapmasına və Vətənin sədaqətli xidmətinə həsr etmiş əsl ziyalı, ləyaqətli həkim və qorxmaz vətəndaş idi. Onun əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır!

Müşfiq MİRZƏ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Oktyabr 2026 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see529

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see396

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see295

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see290

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see289

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see284

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see276

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see259

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see257

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see253

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see246

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see234

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see227

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see220

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see220

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see200

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see191

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see184

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see181

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri