Icma.az
close
up
RU
İkinci Beynəlxalq Aqrar İnnovasiya Forumu keçiriləcək

İkinci Beynəlxalq Aqrar İnnovasiya Forumu keçiriləcək

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Bakıda 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro" və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan" sərgiləri çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə 2-ci Beynəlxalq Aqrar İnnovasiya Forumu keçiriləcək.

Oxu.Az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Nərmin Kərimli sərgilərin açılışına həsr olunmuş mətbuat konfransında deyib.

"Forum çərçivəsində müasir kənd təsərrüfatı yanaşmalarında aqropark modeli, süni intellektin aqrar sahədə tətbiqi, aqrar sığorta sisteminin inkişaf perspektivləri, dayanıqlı qida sistemləri, kənd təsərrüfatı və qida elmləri sahəsində təcrübə mübadiləsi, innovativ kənd təsərrüfatı texnologiyaları, aqrar sahədə qadınların rolu və digər vacib mövzular müzakirə olunacaq. Foruma xarici qonaqların, o cümlədən nazirlərin də qatılacağı gözlənilir", - deyə o bildirib.

N.Kərimli əlavə edib ki, sərgilər çərçivəsində kənd təsərrüfatı sahəsinə dair daha bir əhəmiyyətli beynəlxalq tədbir - İslam Ticarət və İnkişaf Palatasının Dayanıqlı kənd təsərrüfatı investisiya Forumu baş tutacaq:

"Tədbir mayın 14-15-də baş tutacaq. Forum Kənd Təsərrüfatı Nazirliyi, Aqrar İnnovasiya Mərkəzi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və sərgi təşkilatçılarının dəstəyi ilə həyata keçiriləcək. Tədbirdə 200-dən çox beynəlxalq və yerli nümayəndənin, rəsmi şəxslərin və ekspertlərin iştirakı gözlənilir. Forumun müzakirə gündəmini davamlı kənd təsərrüfatına investisiyalar, kənd təsərrüfatında kiçik və orta biznesin (KOB) gücləndirilməsi, kənd təsərrüfatı ticarəti, dəyər zəncirləri və qida bazarları kimi mövzular təşkil edəcək. Eyni zamanda, forum çərçivəsində ikitərəfli işgüzar (B2B) görüşlər və müxtəlif təlimlər də keçiriləcək".

O qeyd edib ki, bu forum Azərbaycanın kənd təsərrüfatı sektorunda beynəlxalq iqtisadi əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Məhərrəm Əliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 May 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri