Icma.az
close
up
RU
II Beynəlxalq Multikulturalizm Gənclər Forumunun iştirakçıları Şuşa və Xankəndi şəhərlərində olublar FOTOLAR

II Beynəlxalq Multikulturalizm Gənclər Forumunun iştirakçıları Şuşa və Xankəndi şəhərlərində olublar FOTOLAR

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) ICESCO ilə birgə təşkil etdiyi “Gənclər çoxmədəniyyətli mühitdə sülh quruculuğunun elçiləri kimi” mövzusuna həsr edilən II Beynəlxalq Multikulturalizm Gənclər Forumunun iştirakçıları Şuşa və Xankəndi şəhərlərində səfərdədirlər. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən SİA-ya verilən məlumata görə, forumun iştirakçıları Xankəndi şəhərində aparılan abadlıq-quruculuq işləri ilə tanış olublar.

BBMM-in şöbə müdiri İrina Kunina çıxışında Azərbaycan multikulturalizminin siyasi əsaslarının Azərbaycan Konstitusiyasının bəndlərində, qanunvericilik aktlarında, fərman və sərəncamlarda öz əksini tapdığını bildirib:

"Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti Azərbaycanı çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı edib. Mühazirə Forum iştirakçıları tərəfindən maraqla qarşılanıb və müzakirələrlə davam edib".

Milli Məclisin deputatı siyasi elmlər doktoru Rizvan Nəbiyev Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinin əhəmiyyətindən söz açıb. ABŞ-la strateji əməkdaşlıq, 907-ci düzəlişin tətbiqinə verilən imtinanın uzadılması, işğalın nəticələri və məcburi köçkünlərin geri dönüş hüququ kimi məsələlər də diqqətə çatdırılıb.

Forum iştirakçıları “Müasir konfliktlər zamanı sülhün bərpasında dinin rolu" mövzusunda interaktiv müzakirə aparıblar. Sonra “Gənclər çoxmədəniyyətli mühitdə sülh quruculuğunun elçiləri kimi” mövzusuna həsr edilən II Beynəlxalq Multikulturalizm Gənclər Forumunun iştirakçılarının Şuşa şəhərinə ekskursiyası təşkil olunub. Ekskursiya çərçivəsində gənclərə şəhərin tarixi, mədəni və dini abidələri barədə ətraflı məlumat verilib.

İştirakçılar Xurşidbanu Natəvanın evi və Bülbülün muzeyini ziyarət ediblər. Onlara bu görkəmli şəxsiyyətlərin Azərbaycan mədəniyyətindəki yeri və işğal dövründə abidələrə vurulmuş zərərlər haqqında məlumat verilib. Daha sonra qonaqlar Şuşa qalası, Yuxarı Gövhər Ağa məscidi və Vaqifin məqbərəsini gəzib, restavrasiya və bərpa işləri ilə tanış olublar. Ekskursiya zamanı gənclərə Şuşanın Azərbaycanın musiqi və poeziya beşiyi olması, şəhərin çoxmillətli mədəniyyət mərkəzi kimi tarixi əhəmiyyəti, habelə işğaldan azad olunmasından sonra həyata keçirilən yenidənqurma layihələri barədə məlumat verilib. Forum iştirakçıları həmçinin Cıdır düzünü ziyarət edərək Qarabağın gözəl təbiəti ilə tanış olublar və burada xatirə şəkilləri çəkdiriblər.

Forum çərçivəsində “Öz xalqını təqdim et” musiqili axşamlar da təşkil olunub. Burada iştirakçılar öz xalqlarının mədəniyyəti, adət ənənələri ilə bağlı məlumat veriblər.

Qeyd edək ki, “Gənclər çoxmədəniyyətli mühitdə sülh quruculuğunun elçiləri kimi” mövzusuna həsr olunan II Beynəlxalq Multikulturalizm Gənclər Forumuna avqustun 22-də start verilib. Bakı, Şuşa və Xankəndi şəhərlərində keçirilən Foruma dünyanın 50-dən çox ölkəsindən 70-dək iştirakçı qatılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:54
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 Avqust 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri