III MDB Oyunları: Azərbaycanın 3 karateçisi qızıl, 4 idmançısı isə bürünc medallar qazandılar FOTO
Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gün III MDB Oyunları çərçivəsində Mingəçevir “Kür” olimpiya Kompleksində karate yarışları keçirilib.
Apasport.az xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində iki azərbaycanlı karateçi qarşılaşıb.
Mədinə Sadiqova Nəzrin Piriyevaya qalib gələrək qızıl medala sahib çıxıb.
Digər təmsilçimiz Nuran Rzazadə (-67 kq) qırğızıstanlı Yerlan Akılbekə qalib gəlib (7:3) və qızıl medal qazanıb.
Bundan başqa Roman Heydərov (kata) özbəkistanlı Səməndər Urazaliyevə qalib gələrək qızıl medala sahib çıxıb.
İnci Əzizova (50 kq), Aslan Dostuyev (67 kq), Ramilə Heydərova və Rövşən Əliyev (hər ikisi kata) yarımfinalda uduzduqları üçün bürünc mükafatla kifayətləniblər.
Qeyd edək ki, karate yarışlarına oktyabrın 4-də yekun vurulacaq.
Baxış sayı:78
Bu xəbər 03 Oktyabr 2025 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















