III MDB Oyunlarının Media mərkəzi fəaliyyətə başlayıb FOTO
Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gündən etibarən Gəncə İdman Sarayında III MDB Oyunlarının Media mərkəzi fəaliyyətə başlayıb.
Apasport.az xəbər verir ki, oyunları işıqlandırmaq üçün 8 ölkədən 432 yerli və xarici media nümayəndələri qeydiyyatdan keçib.
Mərkəzdə 120 media nümayəndəsinin bir vaxtda işləməsi üçün lazımi şərait yaradılmışdır.
Əsas Media Mərkəzinin yerləşdiyi idman məkanında həmçinin, 4 idman növünü – üzgüçülük, boks, qılıncoynatma, voleybol yarışlarını canlı izləmək, qarışıq zonalarda açıqlama, müsahibələr götürmək və bunun nəticəsində operativ reportaj və məqalələr hazırlamaq imkanı yaradılmışdır.
Bundan başqa, yarışların keçiriləcəyi 12 idman arenasının hər birində media toplanış məntəqələri, mətbuat otaqları və qarışıq zonalar mövcuddur.
Qeyd edək ki, Media mərkəzi hər gün 09:00-dan 21:00-dək açıq olacaq.
Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində keçirilir: Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi. Açılış və bağlanış mərasimləri Gəncə stadionunda baş tutacaq. Hər iki tədbir yerli vaxtla 19:00-da başlayacaq.
Samir Abasov: “Dərsliklərdə nə tələb olunursa, hər şeyi etdik” Azər Həşimov: "Heç kim "Karvan"a 3 xal gözüylə baxmasın" “Neftçi” “Karvan-Yevlax”la bacarmadı - YENİLƏNİB Emreli yenə heyətdən kənar qaldı Ayxan Abbasov: “Bizə inam varsa, kənara çəkilmək olmaz”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 28 Sentyabr 2025 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















