Icma.az
close
up
RU
III qrupda təhsil haqları açıqlandı 1500 4800 AZN

III qrupda təhsil haqları açıqlandı 1500 4800 AZN

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə III ixtisas qrupunda təhsil haqları məlum olub.

Modern.az-ın “Abituriyent” jurnalının 4-cü nömrəsindən əldə etdiyi məlumata görə, III ixtisas qrupu üzrə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti və Bakı Slavyan Universitetində illik təhsil haqları ixtisas, tədris dili və təhsil formasından asılı olaraq 1500-4800 manat arasında dəyişir.

Dörd universitet arasında ən yüksək təhsil haqqı Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə müəyyənləşdirilib - 4800 manat. Bu məbləğ Azərbaycan bölməsində əyani, eləcə də tədrisi ingilis dilində olan Hüquqşünaslıq proqramına aiddir. Rus bölməsində əyani Hüquqşünaslığın illik təhsil haqqı da 4800 manatdır. Qiyabi Hüquqşünaslıq üzrə isə illik ödəniş 3800 manat təşkil edir.

BDU-da Beynəlxalq münasibətlər və Dövlət və ictimai münasibətlər ixtisasları üzrə təhsil haqqı 3200 manatdır. Jurnalistika üzrə Azərbaycan, ingilis və rus bölmələrində illik ödəniş 2400 manat müəyyən edilib. Filologiya, Tarix, Sosial iş, Kitabxanaçılıq və informasiya fəaliyyəti, Politologiya və digər bir sıra ixtisaslarda təhsil haqqı əsasən 2200-2500 manat arasında dəyişir.

Universitetin Qazax filialında isə III qrup üzrə şəkildə göstərilən ixtisaslarda illik təhsil haqqı 1600 manatdır.

Azərbaycan Dövlət Pedaqoji Universitetində əsas tədris korpusunda III qrupa aid göstərilən ixtisasların böyük əksəriyyətində illik təhsil haqqı 2400 manatdır. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Xarici dil müəllimliyi, Xüsusi pedaqogika, İbtidai sinif müəllimliyi, Məktəbəqədər təhsil, Tarix müəllimliyi, Təhsildə sosial-psixoloji xidmət, Filologiya və Sosial iş bu sıradadır.

ADPU-nun tədrisi ingilis dilində olan III qrup proqramlarında və rus bölməsində göstərilən ixtisaslarda da illik ödəniş 2400 manatdır.

Universitetin Şamaxı, Şəki, Ağcabədi, Cəlilabad və Quba filiallarında isə təqdim olunan III qrup ixtisasları üzrə illik təhsil haqqı 2100 manat müəyyənləşdirilib.

Azərbaycan Dillər Universitetində III qrup üzrə illik təhsil haqları 1500-3000 manat arasında dəyişir.

Universitetdə İngilis dili və ədəbiyyatı üzrə dil və ədəbiyyat müəllimliyi, İngilis dili üzrə xarici dil müəllimliyi və Beynəlxalq münasibətlər ixtisaslarında illik təhsil haqqı 3000 manatdır. Böyük Britaniya və Amerika üzrə Regionşünaslıq proqramlarında da ödəniş 3000 manat təşkil edir.

İngilis dili və ədəbiyyatı üzrə Filologiya və İngilis dili üzrə Tərcümə ixtisaslarında illik təhsil haqqı 2500 manat, Azərbaycan dili və ədəbiyyatı müəllimliyində və tədrisi ingilis dilində Jurnalistika ixtisasında 2200 manatdır.

ADU-da III qrup üzrə ən aşağı təhsil haqqı Erməni dili üzrə Tərcümə ixtisasındadır - 1500 manat. Alman, fransız, ispan, Koreya, rus, ərəb, italyan və Çin dilləri üzrə bir sıra Tərcümə proqramlarında, eləcə də Regionşünaslığın bir sıra istiqamətlərində illik ödəniş 2000 manat müəyyənləşdirilib.

Bakı Slavyan Universitetində isə III qrup üzrə illik təhsil haqqı 2000-2500 manat arasında dəyişir.

Azərbaycan bölməsində İngilis və rus dili üzrə Xarici dil müəllimliyi, İbtidai sinif müəllimliyi, Məktəbəqədər təhsil, Beynəlxalq münasibətlər, Filologiyanın bir sıra istiqamətləri, Jurnalistika və Tərcümənin bəzi proqramlarında illik təhsil haqqı 2400 manatdır.

BSU-da Jurnalistika ixtisasının həm əyani, həm də qiyabi təhsil formasında illik ödənişi 2400 manat göstərilib. Beynəlxalq münasibətlər üzrə əyani təhsil 2400, qiyabi təhsil isə 2300 manatdır.

Rus bölməsində İngilis dili və ədəbiyyatı üzrə Filologiyanın illik təhsil haqqı 2500 manatdır. Digər ixtisaslarda məbləğ əsasən 2100-2400 manat arasında dəyişir.

Beləliklə, təqdim olunan dörd dövlət universiteti arasında III qrup üzrə ən yüksək illik təhsil haqqı BDU-da - 4800 manat, ən aşağı isə ADU-da - 1500 manatdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Avqust 2026 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see583

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see250

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri