Icma.az
close
up
RU
İİTKM beynəlxalq müsabiqədə iki yüksək mükafata layiq görülüb

İİTKM beynəlxalq müsabiqədə iki yüksək mükafata layiq görülüb

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 18 noyabr, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Böyük Britaniyada yerləşən nüfuzlu beynəlxalq media qurumu – “International Finance” tərəfindən təşkil olunan “International Finance Awards 2025” müsabiqəsində “Government Services” nominasiyası üzrə iki yüksək mükafata layiq görülüb.

AZƏRTAC xəbər verir ki, mərkəz “Ən yaxşı dövlət beyin mərkəzi və tədqiqat institutu” (Best Government-Affiliated Think Tank and Research Institution) və “İqtisadi islahatlar üzrə ən yaxşı ictimai əlaqə platforması” (Best Public Engagement Platform for Economic Reforms) elan edilib.

Bu mükafatlar İİTKM-in dövlət idarəçiliyi, iqtisadi islahatların təşviqi və ictimai iştirakçılığın artırılması istiqamətində həyata keçirdiyi çoxşaxəli fəaliyyətin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.

İİTKM həm də elmi-tədqiqat və analitik institut kimi fəaliyyət göstərir. Mərkəz iqtisadi siyasətin təhlili, makroiqtisadi modelləşdirmə, fiskal sabitlik, rəqəmsal iqtisadiyyat, yaşıl maliyyə və süni intellekt əsaslı idarəetmə istiqamətlərində tədqiqat layihələri, analitik hesabatlar və elmi məqalələr hazırlayır. İİTKM-nin nəşr etdiyi “Economic Reforms: Scientific and Analytical Journal” beynəlxalq açıq elmi platformalarda yayımlanır və qlobal akademik icmada Azərbaycan iqtisadi modelinin öyrənilməsi üçün əsas istinad mənbələrindən birinə çevrilib.

Bununla yanaşı, Mərkəz beynəlxalq təşkilatlarla əməkdaşlıq edən aparıcı beyin mərkəzi kimi tanınır və bu çərçivədə müxtəlif qurumlarla birgə tədqiqatlar, təlim proqramları, siyasət sənədləri və strateji hesabatlar hazırlayır. Bu əməkdaşlıqlar İİTKM-in regional və qlobal miqyasda dayanıqlı iqtisadi inkişaf, rəqəmsal idarəetmə, süni intellekt və innovasiya siyasətləri sahəsində bilik mübadiləsi aparan nüfuzlu tədqiqat mərkəzi statusunu möhkəmləndirib.

Qiymətləndirmə komissiyası qeyd edib ki, İİTKM tərəfindən yaradılmış ağıllı məlumat idarəetmə platformaları dövlət proqramlarının icrasının şəffaf və effektiv monitorinqini təmin edir, eləcə də vətəndaş cəmiyyəti və biznes subyektlərinin iqtisadi islahatlara real vaxtda qoşulmasına şərait yaradır.

İİTKM-in bu istiqamətdə atdığı addımlar Azərbaycanın rəqəmsal dövlətçilik, elmi əsaslı siyasət planlaşdırılması və süni intellekt əsaslı idarəetmə modelinin inkişafında aparıcı rol oynayır. Mərkəzin bu mükafatlara layiq görülməsi, onun qlobal texnoloji idarəetmə və iqtisadi islahatlar ekosistemində lider tədqiqat institutu və analitik mərkəz kimi mövqeyini bir daha təsdiqləyib. Əldə edilən bu uğur İİTKM-in formalaşdırdığı ağıllı, dayanıqlı və adaptiv idarəetmə sisteminin həm milli, həm də beynəlxalq səviyyədə tətbiq oluna biləcək innovativ modelə çevrildiyini, Azərbaycanın isə süni intellekt əsaslı idarəetmədə regionda qabaqcıl nümunə kimi tanındığını sübut edir.

Azərbaycanın dövlət texnologiyalarına (GovTech) dair əldə etdiyi bu ali beynəlxalq mükafatlar Prezident İlham Əliyevin iqtisadi islahatlar sahəsində, o cümlədən proqram idarəetməsi və nəticə etibarilə büdcə istiqamətində apardığı uğurlu siyasətə verilmiş daha bir yüksək beynəlxalq qiymət kimi dəyərləndirilir. Dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə formalaşan iqtisadi islahatların idarə edilməsi modeli dünya üçün nümunə təşkil edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see181

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see175

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see173

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

Bütün azərbaycanlılar bilməlidirlər ki... Prezident

01 Yanvar 2026 00:11see140

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see136

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see136

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see135

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see131

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see131

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri