Haber Global beynəlxalq müsabiqədə iki nüfuzlu mükafata layiq görülüb
Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyədə 28 ildir davamlı olaraq keçirilən "Zoom Uluslararası Haber Görüntüleri Yarışması"nın builki nəticələri açıqlanıb. Jurnalistika sahəsində nüfuzlu hesab olunan bu müsabiqədə "Haber Global" kanalı iki müxtəlif nominasiyada mükafata layiq görülüb.
BAKU.WS xəbər verir ki, bu barədə məlumatı müsabiqənin təşkilatçısı - Türkiyə Xəbər Operatorları Dərnəyi yayıb.
Bildirilir ki, 11 fərqli kateqoriya üzrə keçirilən müsabiqəyə müxtəlif media qurumlarından onlarla müxbir və operator qatılıb. Ümumilikdə 220 xəbər materialı arasında "Haber Global" kanalının hazırladığı iki reportaj münsiflər heyəti tərəfindən xüsusi qiymətləndirilib.
Kanalın operatoru Çağrı Çalışkanın çəkdiyi, müxbir Mehmet Altunışıkın hazırladığı "Eve Dönüş" adlı reportaj "Canlı yayım" nominasiyasında birincilik qazanıb.
Bundan başqa, kanalın kəşfiyyat rəhbəri Mücahit Topçu və operator Serdar Altıntepenin Dəməşqdən hazırladığı "Suriye Devrimi" adlı reportaj "Dron xəbərləri" kateqoriyasında mükafatla təltif olunub.
Qaliblərə mükafatların təqdimatı 2025-ci ilin sentyabr ayında baş tutacaq./Oxu.az
Baxış sayı:98
Bu xəbər 01 Avqust 2025 18:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















