Icma.az
close
up
RU
İİTKM də Gənclər Günü ilə bağlı millət vəkili Bəhruz Məhərrəmovla görüş keçirilib

İİTKM də Gənclər Günü ilə bağlı millət vəkili Bəhruz Məhərrəmovla görüş keçirilib

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) 2 fevral – Gənclər Günü münasibətilə Milli Məclisin deputatı Bəhruz Məhərrəmovla könüllü gənclərin görüşü keçirilib.

“Azərbaycan gəncliyi: inkişafın yeni istiqamətləri və gələcəyə baxış” mövzusunda təşkil olunan tədbirdə İİTKM-in “İslahat könüllüləri”, DGK-nin “Könüllü gömrükçü” təşkilatlarının nümayəndələri və digər könüllülər iştirak ediblər. 

Açılış nitqi ilə çıxış edən İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn bildirib ki, gənclər cəmiyyətin əsas hərəkətverici qüvvəsidir və ölkənin gələcək inkişafı məhz onların bilik, bacarıq və təşəbbüskarlığından asılıdır. O, gənclərin əldə etdikləri uğurların sabahın möhkəm təməlini qoyduğunu, bu cür tədbirlərin onların özünəinamını artırdığını və sağlam rəqabət mühitinin formalaşmasına xidmət etdiyini qeyd edib. 

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov müstəqil Azərbaycanın memarı, ulu öndər Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğını xatırladaraq, bu siyasətin bu gün də uğurla davam etdirildiyini qeyd edib. O vurğulayıb ki, hər il ölkəmizdə Gənclər Gününün qeyd edilməsi gənclərin potensialını, enerjisini və yaradıcı gücünü ön plana çıxararaq onların ictimai, mədəni və siyasi həyatda fəal iştirakının əhəmiyyətini göstərir. Gənclər Günü eyni zamanda gənclərin hüquqlarına diqqət yetirilməsinə, onların təhsil, məşğulluq və özünüinkişaf imkanlarının genişləndirilməsinə stimul yaradır. Gənclər cəmiyyətin yenilikçi qüvvəsi kimi çağırışlara çevik cavab vermək, müasir dünyanın tələblərinə uyğun inkişaf etmək potensialına malikdirlər. Gənclər Günü onların səylərinin qiymətləndirildiyini göstərir və gələcək uğurlar üçün motivasiya mənbəyi rolunu oynayır.

İnteraktiv keçən görüşdə könüllülərin fikirləri dinlənilib, sualları cavablandırılıb. Millət vəkili gəncləri qarşılarına qoyduqları məqsədlərə çatmaq yolunda əzmlə irəliləməyə, şəxsi inkişaflarına və ölkənin tərəqqisinə töhfə verməyə çağırıb. 

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Fevral 2026 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see228

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see228

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see223

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see221

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see201

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see196

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see195

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see183

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see182

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see179

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see173

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see164

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see162

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see160

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see157

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see149

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see145

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see145

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri