Icma.az
close
up
RU
Abel Məhərrəmovla bağlı SENSASİON YAZI Sərvəti, maaşı

Abel Məhərrəmovla bağlı SENSASİON YAZI Sərvəti, maaşı

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Sabiq deputat Etibar Əliyev maraqlı və sensasional yazı paylaşıb.

Yenisabah.az həmin yazını olduğu kimi təqdim edir:

"ABEL MƏHƏRRƏMOV MƏNİ KÖVRƏLTDİ...

Jurnalist Abel Məhərrəmova sual verir: Aldığınız maaş və təqaüd sizi qane edirmi?

Abel məllim müdrik görkəm alıb, sualı belə cavablandırır: Əlbəttə ki, mən iki dəfə deputat olmuşam, xalqımız da deputatın təqaüdünü bilir, mənə də deputat təqaüdü verirlər. Akademiyada çalışıram, hamı bilir ki, akademik nə qədər alır. Bakı Dövlət Universitetində akademik kafedra müdiri kimi ordan da maaş alıram. Rusiya Elmlər Akademiyasından da müəyyən köməkliklər olur. Beləliklə, sosial durumumdan heç bir narazılığım yoxdur. Yoldaşım da çalışır, uşaqlar da özlərini dolandırırlar. Arzu edirəm ki, Azərbaycan cəmiyyətinin hamısının kaş bizim kimi sosial durumları yaxşı olsun.

Adam olmayan alimliyi ilə hökumətdən azı 15 min pul qopardır. Yadımdan çıxmamış yazım. Adam 5.000- dən çox adama köçürmə və 2- ci təhsil adı ilə “Hüquqşünaslıq” diplomu verib.

Abel müəllimin sosial durumunun yaxşılaşmasına Mona Liza şadlıq sarayını, Nabranda sahibi olduğu və Hökumət evi yekəliyində “İstirahət mərkəsi”ni, (Hökumət evindən yekə bir istirahət mərkəzinin açılışını da yaxın günlərdə edəcək) Qızıl Qazmada mülklər və restoranlarını, 20-dən çox evinin olmasını da əlavə etsək, həqiqətən sosial durumunun pis olmadığı qənaətinə gələ bilərik.Ən maraqlısı nədir: İstirahət Mərkəzi və Şadlıq sarayında kassanın arxasında oturub, pulları özü sayır. Hələ Altıağacdakı villalarını demirəm. Adam əhvalı yaxşı olanda elmdən də danışır.

Bəs görəsən akademik Əhliman Əmiraslanovun sosial durumu necədir? Əhliman məllim Milli Məclisin Səhiyyə Komitəsinin sədridir. "Onkologiya Klinika”sının direktorudur, Tibb Universitetinə 23 il rəhbərlik edib və həmin universitetdə 33 ildir ki, “Onkologiya” kafedrasının müdiridir. Elmlər Akademiyasında “Biologiya və tibb elmləri bölmə"sinin akademik katibi olub. Sumqayıta nəhəng bir Onkologiya klinikasının sahibidir. Uşaqları da general və biznesmen kimi özlərini dolandırırlar. Yəqin ki, Əhliman məllimin də arzuları Abelin arzularına bənzəyər.

Bütün bunların müqabilində onlar insanlara mənəviyyat dərsi keçir, gəncləri həyatda dürüst olmağa çağırırlar.

Zəruri qeyd: Abel Məhərrəmov Ramiz Mehdiyevin nəvəsinin toyunda Ramiz Enveroviçin “şərəfinə” tost dedi. Əlində çaxır yox, araq rumkası tutmuşdu. Əhliman Əmiraslanov isə Ramiz Mehdiyevin əməllərinin ifşa olunduğu vaxtda səsini də çıxarmadı".


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 10 İyun 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see173

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see154

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see154

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see140

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see138

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri