Elmir Məhərrəmovla bağlı yeni məlumatlar
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Moskvada 20-ci mərtəbədə yerləşən mənzilinin pəncərəsindən yıxılaraq həlak olan Azərbaycanəsilli məşhur musiqi prodüseri Elmir Məhərrəmovun ölümünün səbəbləri araşdırılır. İlkin ehtimallara görə, hadisə bədbəxt təsadüf ola bilər. Bununla yanaşı, istintaq orqanları faciədən əvvəl onun birgə yaşadığı sevgilisi ilə hər hansı münaqişənin olub-olmadığını öyrənir.
Mərhumun qohumlarının sözlərinə görə, hadisə zamanı mənzildə yalnız Elmir və onun sevgilisi Nadejda olub. Onlar gənclər arasında qısqanclıq zəminində mübahisə yarana biləcəyini də istisna etmirlər.
Bakıvaxtı.az bildirir ki, həlak olan prodüserin anası, tanınmış beynəlxalq jurnalist Mariya Məhərrəmova baş verənlərlə bağlı Media.Az-a açıqlama verib.
O, oğlunun vəfatından sonra yayılan borc iddialarının həqiqəti əks etdirmədiyini vurğulayıb:
"Mənim oğlum kifayət qədər tanınmış şəxs idi, onun heç vaxt maddi problemi olmayıb".
Jurnalistin sözlərinə əsasən, hazırda istintaq tədbirləri davam edir və bu hadisənin bədbəxt təsadüf olub-olmadığını ekspertizanın nəticələri sübut edəcək.
"O, sevgilisi ilə mübahisə edib. Bədbəxt hadisə baş verərkən evdə ondan və sevgilisindən başqa heç kim olmayıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır", - deyə o bildirib.
M.Məhərrəmovanın bildirdiyinə görə, oğlu ziyalı və tanınmış nəsildəndir. O, Bakıda heykəli ucaldılan, adı küçəyə və məktəbə verilən Sovet İttifaqı Qəhrəmanı Həbibulla Hüseynovun nəticəsidir. Gəncin babası, polkovnik Eynulla Hüseynov isə Moskvadan Azərbaycana işləməyə gələrək Qarabağ müharibəsində şəhid olub.
"Oğlum Moskva şəhərində yaşayırdı, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişdi və çox məşhur sənətçilərin prodüseri kimi fəaliyyət göstərirdi", - deyə ana əlavə edib.
Mərhumu ləyaqətli bir insan kimi xarakterizə edən ana, onun heç vaxt maddi sıxıntı çəkmədiyini bir daha xatırladıb. O, Elmir Məhərrəmovun İsa adında kiçik qardaşı olduğunu və uşaqlarının atasının təxminən on il əvvəl yol-nəqliyyat hadisəsində dünyasını dəyişdiyini də qeyd edib.
Faciəvi şəkildə ölən prodüserin anası ictimaiyyəti və mətbuatı tələsik şərhlər verməməyə, ekspertiza və araşdırmanın yekunlarını gözləməyə çağırıb. Hazırkı mərhələdə hüquq-mühafizə orqanları tərəfindən hadisə ilə bağlı hər hansı rəsmi açıqlama verilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 24 Noyabr 2026 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















