Icma.az
close
up
RU
IJF: Azərbaycan 2026 cı ildə yenidən dünya cüdosunun paytaxtı olacaq

IJF: Azərbaycan 2026 cı ildə yenidən dünya cüdosunun paytaxtı olacaq

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 27 oktyabr, AZƏRTAC

Beynəlxalq Cüdo Federasiyasının (IJF) saytında Azərbaycanın gələn il dünya çempionatına ev sahibliyi edəcəyi barədə məqalə dərc olunub.

AZƏRTAC Azərbaycan Cüdo Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, yazıda Bakının mundialı qarşılamağa hazırlaşdığı, mötəbər yarışın oktyabrın 4–11-də keçiriləcəyi bildirilib.

Qeyd olunub ki, bu il Macarıstanın paytaxtı Budapeştdə baş tutan dünya çempionatından sonra daha bir böyük cüdo mərkəzi – Bakı – dünyanın diqqət mərkəzində olacaq: “Dünya səviyyəli idmançılar yetişdirməsi ilə tanınan Azərbaycan 2026-cı ildə yenidən dünya cüdosunun paytaxtı olacaq. Bakı son olaraq 2018-ci ilin sentyabrında bu yarışa ev sahibliyi etmiş, həmin turnir möhtəşəm ab-havası və yüksək səviyyəli çıxışlarla yadda qalmışdı”.

Məqalədə IJF-in rəhbəri Marius Vizer və Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyevin fikirlərinə də yer verilib.

Bundan başqa, məqalədə vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idmana, xüsusilə cüdonun inkişafına göstərdiyi diqqət və qayğı bu prosesdə həlledici rol oynayır: “Dövlət başçısının həm böyüklər, həm də gənclər yaş qruplarındakı cüdoçuları yaxından tanıması və onların nəticələrinə dərindən bələd olması liderlik baxımından unikal nümunədir, cüdo ictimaiyyətində məsuliyyət və motivasiya hissini gücləndirir. Prezident İlham Əliyev cüdonu ali prinsiplərə söykənən, cəmiyyət üçün yüksək tərbiyəvi dəyərə malik idman növü hesab edir. Onun fikrincə, cüdo gənclərin sosial və peşəkar inteqrasiyası baxımından real motivasiya mənbəyidir”.

“Ev sahibi Azərbaycan üçün bu yarış həm də ölkə daxilində cüdonun təbliği, yeni nəsil idmançıların ilhamlandırılması və qalıcı idman dəyərlərin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Bakı-2026 sadəcə bir yarış deyil, cüdonun birlik, dostluq və sülhü təşviq edən gücünün bayramı olacaq”, - deyə yazıda qeyd olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Oktyabr 2025 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri