Icma.az
close
up
RU
Azərbaycan paytaxtı yenidən dünya ekranında

Azərbaycan paytaxtı yenidən dünya ekranında

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Formula 1 izləyicilərinin Bakı təəssüratları

Sürət, səs, izdiham və paytaxt küçələrində yarış həyəcanı. Bu artıq Bakının hər il ev sahibliyi etdiyi böyük idman tədbirlərindən birinin – Formula 1 Azərbaycan Qran-prisinin paytaxtda yaratığı fərqli mənzərədir.

Formula 1 Bakıda keçirilən ən iri miqyaslı idman tədbirlərindən biridir. Hər il paytaxtın mərkəzi küçələri yarış üçün xüsusi olaraq bağlanır, beton sədlər və qoruyucu torlar quraşdırılır.

Yarış günlərində bulvarətrafı ərazilərə və İçərişəhərin tarixi küçələrinə minlərlə yerli və xarici azarkeş yığışır. Bolidlərin yaratdığı yüksək səs dalğası və mühərrik gurultusu bütün mərkəzi bürüyür. Komandalar və pilotlar həftəsonu ərzində sərbəst yürüşlər, sıralanma turu və əsas yarış mərhələsində mübarizə aparırlar. Bakı Şəhər Halqasının ən tanınmış hissələrindən biri də İçərişəhərin qala divarları yaxınlığındakı ərazidir. Cəmi 7,6 metr eni olan 8-ci döngədə maşınların sürəti saatda 300 kilometri ötə bilir ki, bu da yarışı həm tamaşaçılar, həm də sürücülər üçün olduqca həyəcanlı edir.

Bəs şəhərin bu ab-havası xarici qonaqlarda hansı təəssüratı yaradır? Formula 1 üçün Bakıya gələn turistlər yarış atmosferini necə qiymətləndirirlər?

Keuublis MURİŞUS,
Cənubi Koreya:

– Koreyada avtomobil sənayesi kifayət qədər inkişaf edib. Ona görə də Formula 1-in texnologiya və avtomobil mühəndisliyi ilə bağlı tərəfi mənim üçün xüsusilə maraqlıdır. Bakıda isə yarışın müasir texnologiya ilə şəhərin tarixi simasını bir araya gətirməsi diqqətimi çəkdi. Bakı haqqında təsəvvürüm yarışdan əvvəl tamam başqa idi. İndi isə bu şəhəri daha yaxından tanımaq istəyirəm.

Rauki SU,
Banqladeş:

– Banqladeşdə kriket həyatımızın çox böyük hissəsidir. Bizdə idmanda strategiya, komanda oyunu və son ana qədər mübarizə anlayışlarına xüsusi önəm verilir. Formula 1-də də mən buna bənzər bir məqam görürəm. Burada komanda işi, düzgün strategiya və saniyələr içində verilən qərarlar yarışın nəticəsinə ciddi təsir göstərə bilir. Sadəcə, fərq ondadır ki, kriketdə bunu meydanda, Formula 1-də isə yüksək texnologiyalı avtomobillər üzərində müşahidə edirik.

Deiba XAN, Zülfiqar XAN,
Pakistan:

– Xalqlarımız arasında xüsusi bir yaxınlıq var. Formula 1 üçün Bakıda olmaq isə səfərimizə ayrıca rəng qatdı. Yarışın müasir və dinamik atmosferi ilə şəhərin tarixi simasının eyni məkanda birləşməsi bizim üçün xüsusilə maraqlı oldu. İki ölkə arasında dostluğun yalnız rəsmi görüşlərdə deyil, insanların bir-birini yaxından tanımasında da əks olunmasını çox gözəl hal hesab edirik.

Amara OKAFOR,
Nigeriya:

– Formula 1-də məni ən çox cəlb edən məqam sürücülərin yüksək sürətlə yanaşı, hər döngədə dəqiq qərarlar verməsidir. Bir neçə saniyə ərzində düzgün xətti seçmək, əyləc nöqtəsini hesablamaq və rəqibin hərəkətinə reaksiya vermək böyük konsentrasiya tələb edir. Bakıda yarışı canlı izləyəndə bunun televiziyada göründüyündən daha mürəkkəb olduğunu başa düşdüm. Bundan əlavə, Bakı F1 üçün çox yaxşı seçimdir, çünki burada küçələr qıvrımlı və dar formaya malikdir.

Mariska ANDREYS,
MOTUL şirkətinin İndoneziya nümayəndə heyətinin üzvü:

– Dünyanın müxtəlif ölkələrində motorsport tədbirlərində iştirak etmişik və hər yarışın özünəməxsus atmosferi var. Bakı isə bu baxımdan xüsusilə maraqlıdır. Formula 1-in şəhərin mərkəzində, tarixi və müasir memarlığın əhatəsində keçirilməsi yarışa fərqli xarakter verir. Eyni zamanda, belə tədbirlər avtomobil sənayesi, texnologiya, turizm və beynəlxalq əməkdaşlıq üçün də böyük platforma yaradır. Müxtəlif ölkələrdə Formula 1-in necə təşkil olunduğunu görmüşük və Bakının bu qlobal yarış təqvimində özünəməxsus yerinin formalaşdığını düşünürük.

Onu da qeyd edək ki, Formula 1-in Azərbaycanda ilə bağlı müqavilənin müddəti daha 4 il uzadılıb. Beləliklə, yarışların 2030-cu ilədək paytaxtda keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Formula 1 yürüş Bakıda ilk dəfə 2016-cı ildə keçirilib. 2017-ci ildən isə yarış Azərbaycan Qran-prisi adı ilə təşkil olunur. Bakı Şəhər Halqası 20 döngədən ibarətdir. Azadlıq meydanından başlayan yürüş marşrutu Hökumət Evinin ətrafından keçərək İçərişəhərin qala divarları boyunca davam edir, Qız qalasının ətrafında 2,2 kilometrlik hissəni qət etdikdən sonra Neftçilər prospekti ilə start xəttinə qayıdır.

Fidan ƏLİYEVA,
Ləman TƏHMƏZ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Sentyabr 2026 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see324

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see273

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see231

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see226

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see224

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see221

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see220

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see218

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see217

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see214

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see205

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see201

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see195

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see195

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see184

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see183

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see181

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see180

Yeni yaranan planet aşkarlandı

23 Sentyabr 2026 22:47see174

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri