İkardi sevgilisinə bahalı daşlarla bəzənmiş “Qalatasaray” formasını hədiyyə edib FOTO
Icma.az bildirir, Idman.biz portalına istinadən.
“Qalatasaray”ın ulduzu Mauro İkardi yenidən diqqət mərkəzinə düşüb – bu dəfə futbola görə deyil, sevgilisi, argentinalı model Çina Suarezin dəbdəbəli hədiyyəsi sayəsində.
İdman.Biz-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, forvard onun üçün qiymətli daşlarla bəzədilmiş “Qalatasaray” forması hazırladıb.
İkardi 9 nömrəli və arxasında “Çina”nın adı olan unikal formanı sifariş verib. Əl işi olan və Türkiyə bayrağı elementi ilə tamamlanan eksklüziv parçanın təxminən 500.000 türk lirəsi (25.000 Azərbaycan manatı) dəyərində olduğu təxmin edilir.
Futbolçunun romantik jesti dərhal sosial şəbəkələrdə yayılıb. Mediada yayılan xəbərlərə görə, Çina Suarez hədiyyədən çox təsirlənib və sosial şəbəkədə formasının şəklini yerləşdirərək İkardiyə təşəkkür edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 11 Oktyabr 2025 05:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















